AZAL-ın təyyarəsinin qəzası rusiyalı turistlər üçün ciddi problemlər yaradıb
Aktau yaxınlığındakı təyyarə qəzasından sonra "Flydubai" reyslərinin ləğvi rusiyalı turistlər üçün ciddi problemlər yaradıb və aviabiletlə səyahət edənlərin 30%-ə qədəri tətil planlarından imtina etmək məcburiyyətində qalıb.
Marja.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Səyahət Sənayesi Assosiasiyası məlumat yayıb.
Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra "Flydubai" Mineralnıye Vodı və Soçiyə uçuşların ləğvini bir neçə dəfə - əvvəlcə yanvarın 2-3-nə, sonra isə 8-9 və 22-dək uzadıb.
Bir neçə xarici aviaşirkət Rusiyanın cənubundakı hava limanlarına uçuşları ləğv edib, lakin Rusiyanın səyahət sənayesini ən çox narahat edən Dubay daşıyıcısının hərəkətləri olub.
Bir çoxları Dubaydan Banqkoka, Maldiv adalarına uçmaq niyyətində idilər, çünki Flydubai-nin 50-dən çox ölkəyə uçuş marşrutu var. On minlərlə rusiyalı turustin tətil planları pozulub.
Turoperatorlar yanvarın 15-də yeni təxir gözləyirlər və turistlərə xəbərdarlıq edirlər ki, yanvar-fevralın sonunda şirkətdən alınan reyslərdə uçuşlara görə məsuliyyət daşımırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 7 saat sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
VTB (Azərbaycan) 0 komissiya ilə 100 000 AZN-dək kredit kampaniyasına start verir
- 2 saat əvvəl
-
21 saat əvvəl
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
İlk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər üçün sərfəli fürsət!
-
2 gün əvvəl
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
-
2 gün əvvəl
Almaniyada təxminən 10 min ölüm halı anomal istilərlə əlaqələndirilib
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
Rəsmi məzənnələr açıqlandı
Monetra Finance-ə yeni direktor təyin olunub
Özbəkistan şəbəkəsi Azərbaycan bazarına daxil olur
İş elanlarına bax - azvak.az
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu
Ən çox oxunanlar
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
























