“AzİnTelecom” şirkəti maliyyə vəziyyətini açıqladı
SİMA yeni nəsil rəqəmsal imza brendi ilə geniş tanınan “AzİnTelecom” MMC şirkətinin əsas əməliyyat gəliri 2023-cü ildə 2022-ci illə müqayisədə 5 milyon 256 min manat və ya 11,3% artaraq 51 milyon 614 min manat təşkil edib. 2022-ci ildə Şirkətin əsas əməliyyat gəliri 46 miylon 358 min manat olmuşdu.
Marja.az “AzInTelecom” MMC-nin 31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun Fərdi Maliyyə Hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ildə Şirkət 1 milyon 652 min manat maliyyə gəlirləri (2022-ci ildə 1 milyon 156 min manat), 8 milyon 23 min manat məzənnə fərqi üzrə gəlir və 50 min manat digər gəlirlər (2022-ci ildə 569 min manat) əldə edib.
2023-cü ildə “AzInTelecom” MMC-nin cəmi əməliyyat gəlirləri 61 milyon 339 min manat, cəmi əməliyyat xərcləri 66 milyon 838 min manat, əməliyyat zərəri 5 milyon 499 min manat təşkil edib. 1 milyon 364 min manat mənfəət vergisi gəliri hesabına zərər 4 milyon 134 min manata düşüb. Ötən il ümumi və inzibati xərclərin və ehtimal olunan kredit zərəri üzrə xərcin artması “Azintelecom”un cəmi əməliyyat xərclərini artırıb.
Qeyd edək ki, 2022-ci ildə “AzInTelecom” MMC-nin cəmi əməliyyat gəlirləri 144 milyon 925 min manat, cəmi əməliyyat xərcləri 60 milyon 610 min manat, əməliyyat mənfəəti 84 milyon 315 min manat təşkil etmişdi. Şirkət əməliyyat mənfəətindən 6 milyon 288 min manat mənfəət vergisi ödəmişdi və ili 78 milyon 27 min manat xalis mənfəət ilə bağlamışdı.Qeyd edək ki, 2022-ci ildə Şirkətin cəmi əməliyyat gəlirinin 73 milyon 313 min manatı dividend gəliri olmuşdu. 2023-cü ildə “AzInTelecom”un dividend gəliri olmayıb.
“AzInTelecom” MMC-nin 31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə Konsolidə edilmiş mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatına görə (Azercell Telekom daxil), Şirkət 2023-cü ili 25 milyon 379 min manat xalis mənfəət ilə başa vurub. “AzInTelecom” MMC 2022-ci ili 154 milyon 982 min manat xalis mənfəət ilə bağlamışdı.
2022-ci ildə Şirkətin əsas əməliyyat gəlirləri 569 milyon 840 min manat ikən, 2023-cü ildə 633 milyon 13 min manata yüksəlib. Gəlirin artmasına qarşılıq, ümumi və inzibati xərclərin, ehtimal olunan kredit zərəri üzrə xərcin artması ilə əlaqədar olaraq cəmi xərclər gəlirlərdən daha çox artıb və mənfəətin azalmasına səbəb olub.
"AzInTelecom MMC 2015-ci ildə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qərarı ilə yaradılıb. Qurumun fəaliyyət istiqamətləri SİMA rəqəmsal həllər platforması, Bulud həlləri, Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan Beynəlxalq səs trafiki, Biznes həlləri, İnformasiya Təhlükəsizliyi xidmətləri və Mərkəzləşdirilmiş informasiya sistemlərindən ibarətdir.
2018-ci ildə “AzInTelecom” MMC “Azercell Telekom” MMC-nin idarə edilməsini təmin edən səhmlərin nəzarət zərfini əldə edib. Payları tam olaraq dövlətə məxsus olan “Azerbaijan International Telecom” (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən yaradılmış “Fintur Holdings B.V.” şirkəti arasında 5 mart 2018-ci il tarixində Türkiyə Cümhuriyyətində təsis edilmiş “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” (“Azertel”) şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanmışdır. “Azertel” Azərbaycan Respublikasında mobil xidmətlər operatoru olan “Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətin yeganə təsisçisidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
2 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
3 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
-
3 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
3 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
3 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
- 3 saat əvvəl
-
4 saat əvvəl
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
Ən çox oxunanlar
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi
Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü
262 manata məhsulu sığortaladı – 8801 manat sığorta ödənişi aldı!


















