Qızıla tələbin gələn il də güclü qalacağı gözlənilir
Qızılın unsiyasının qiyməti ötən ili 2062 dollar ilə bağlamışdı. 2024-cü ilin əvvəlindən qızılın qiyməti təxminən 27 faiz artaraq 26 dekabr tarixində 2625 dollara yüksəlib. Bu nisbət, 2010-cu ildən bəri qızılın unsiya qiymətində ən yaxşı gəliri göstərir.
Marja xəbər verir ki, qızıl qiymətləri 2024-cü ildə 40 dəfə rekord qırıb. Oktyabr ayında 2790 dollara çatan qızılın unsiyası 4,15 faiz dəyər qazanaraq ayı 2743 dollardan başa vurmuşdu.
Davam edən Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, İsrailin Fələstinə hücumları və İranla yaşanan gərginlik dünyada etibarlı "sığınacaq" olaraq görülən qızıla tələbatın artmasına səbəb olur.
Noyabr ayında ABŞ-da keçirilən prezident seçkiləri öncəsi artan siyasi qeyri-müəyyənliklər qızılın qiymətini yenidən artıran amil kimi önə çıxsa da, FED-in faiz endirimi dövrünə başlaması, Asiyada güclü tələb və mərkəzi bank alışları da qızılın qiymətini dəstəkləyib.
Geosiyasi qeyri-müəyyənliklər təhlükəsiz sığınacaq tələbini artırıb
Qızılın iqtisadi qeyri-müəyyənlik, bazar dalğalanmaları və ya geosiyasi risklərin artdığı dövrlərdə dəyərini qoruyub saxladığı və ya artırdığı bilinir, buna görə də əksər investorlar onu "təhlükəsiz sığınacaq" adlandırırlar.
2022-ci ilin fevral ayından bu yana davam edən Rusiya-Ukrayna müharibəsində gərginlik yeni raket sistemlərinin qarşılıqlı istifadəsi ilə artarkən, İsrailin Qəzza zolağı və Livana hücumları da qeyri-müəyyənliklərə səbəb olub və qızıla tələbatı artırıb.
2025-ci ildə qızıl ilə bağlı ING-nin Əmtəə Strateqi Ewa Manthey deyib: "İnanırıq ki, təhlükəsiz "sığınacaq" tələbi və mərkəzi bankların alışlar qızılı 2025-ci ildə yeni zirvələrə aparmağa davam edəcək".
Manthey, ABŞ-da Donald Trampın prezident seçilməsi ilə FED-in faiz endirimlərinin qızıl üçün həlledici rol oynayacağına diqqət çəkib.
Mərkəzi bankların qızıl ehtiyatlarını artırmağa davam etdiyini qeyd edən Manthey, “İndi ilin cəminin əvvəlki iki ili geridə qoyacağı ehtimalı var", deyib.
Trampın təklif etdiyi tariflər və daha sərt immiqrasiya nəzarəti kimi siyasətlərə toxunan Manthey, bu addımların inflyasiya təzyiqi yarada və FED-in faiz endirimlərini məhdudlaşdıra biləcəyini vurğulayıb.
Daha güclü dollar və daha sərt pul siyasətinin qızıla müəyyən müqavimət göstərə biləcəyini qeyd edən Manthey, “Ancaq artan ticarət müharibələri qızılın etibarlı sığınacaq cazibəsinə töhfə verə bilər. 2025-ci ildə qızılın bir unsiyasının orta qiymətini 2760 səviyyəsində proqnozlaşdırırıq", deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
9 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi













.jpg)





