Azərbaycanda dincə qoyulmuş torpaq sahələrinə görə subsidiya veriləcək
Azərbaycanda dincə qoyulmuş torpağa görə subsidiya veriləcək. Dincə qoyulmuş torpaq subsidiyası əkin subsidiyasına görə müraciət edilmiş torpaqlarda kənd təsərrüfatı bitkilərinin Şuranın müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə 1 il müddətinə dincə qoyulan sahəsinin hər hektarına görə verilən subsidiya olacaq.Prezident İlham Əliyev 27 iyun 2019-cu il tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanında dəyişiklik edib.
“Marja” xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra Azərbaycanda dincə qoyulmuş torpaq sahələrinə görə subsidiya veriləcək. Belə ki, fermerlər əkin subsidiyası üçün müraciət etdiyi torpaqlarda kənd təsərrüfatı bitkilərinin Aqrar Subsidiya Şurasının müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə 1 il müddətinə dincə qoyulan sahəsinin hər hektarına görə subsidiya alacaq.
Bundan başqa, fərmana görə 10 hektar və daha çox torpaq sahəsində Şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyasının sığorta müqaviləsi bağlandıqdan sonra verilməsi tələbi 2030-cu il yanvarın 1-nə qədər qüvvədə olacaq.
Dincə qoyulmuş torpaq subsidiyasının məbləği aşağıdakı qaydada hesablanacaq:
baza məbləği × dincə qoyulmuş torpaq əmsalı = dincə qoyulmuş torpaq subsidiyası∙dincə qoyulmuş torpaq əmsalı – müəyyən ərazilər üzrə dincə qoyulmuş torpaqlar üçün Şuranın müəyyən etdiyi göstərici.
XXX
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 10-cu hissə əlavə edilsin:
“10. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 3.1-1-ci bəndi 2030-cu il yanvarın 1-dək qüvvədədir.”.
2. Həmin Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” üzrə:
2.1. 1-ci hissə üzrə:
2.1.1. 1.2.9-cu yarımbəndə “aparılmasına,” sözündən sonra “aqrotexniki xidmətlərdən istifadə edilməsinə,” sözləri əlavə edilsin;
2.1.2. aşağıdakı məzmunda 1.2.9-1-ci yarımbənd əlavə edilsin:
“1.2.9-1. dincə qoyulmuş torpaq subsidiyası – bu Qaydanın 1.2.9-cu yarımbəndinə uyğun olaraq əkin subsidiyasına görə müraciət edilmiş torpaqlarda kənd təsərrüfatı bitkilərinin Şuranın müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə 1 (bir) il müddətinə dincə qoyulan sahəsinin hər hektarına görə verilən subsidiya;”;
2.1.3. 1.2.12-ci yarımbəndə “buzova” sözündən sonra “və balağa (camış balasına)” sözləri əlavə edilsin.
2.2. 2-ci hissə üzrə:
2.2.1. 2.4.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.4.1. əkin subsidiyasının tətbiqi üçün vahid əkin sahəsi elan edilən yerlərin siyahısının, regionlar üzrə bitkilərin siyahısının və onlara tətbiq edilən əkin əmsallarının, həmçinin “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aqrar sığorta predmetinə aid bitkilərdən sığortalanması tələb olunanların (bundan sonra – sığortalanmalı olan bitkilər) siyahısının (bu Qaydanın 2.5-1-ci bəndi nəzərə alınmaqla) və onların əkin sahələrinin minimum ölçüsünə dair tələblərin təsdiqi;”;
2.2.2. aşağıdakı məzmunda 2.4.1-1-ci və 2.4.3-1-ci yarımbəndlər əlavə edilsin:
“2.4.1-1. dincə qoyulmuş torpaq subsidiyasının tətbiqi üçün ərazilərin siyahısının, həmin ərazilərin ardıcıl becərilmə dövrlərinin və onlara tətbiq edilən dincə qoyulmuş torpaq əmsallarının təsdiqi;”;
“2.4.3-1. bitkiçilik sahəsində subsidiyaların tətbiqi üçün torpağın sahəsi və keyfiyyət parametrləri, çoxillik bitkilərin əkin ili, əkilən toxum və tinglər, aqrotexniki tədbirlərin aparılması, müasir suvarma sistemlərinin tətbiqi nəzərə alınmaqla əmsalların fərqləndirilməsi;”;
2.2.3. 2.5-1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.5-1. Bu Qaydanın 2.4.1-ci yarımbəndinə uyğun olaraq Şura tərəfindən əkin subsidiyasının tətbiqi üçün sığortalanmalı olan bitkilərin siyahısı təsdiq edilərkən həmin bitkilərin ixracyönümlü olması və ya ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolu əsas götürülür.”.
2.3. 3-cü hissə üzrə:
2.3.1. 3.1-1-ci bənddə “İstifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu” sözləri “Bu” sözü ilə əvəz olunsun və həmin bəndə “bitkinin” sözündən sonra “minimum ölçüdən az olmayan əkin sahəsində” sözləri əlavə edilsin;
2.3.2. aşağıdakı məzmunda 3.4-1-ci bənd əlavə edilsin:
“3.4-1. Dincə qoyulmuş torpaq subsidiyasının məbləği aşağıdakı qaydada hesablanır:
baza məbləği × dincə qoyulmuş torpaq əmsalı = dincə qoyulmuş torpaq subsidiyası
∙ dincə qoyulmuş torpaq əmsalı – müəyyən ərazilər üzrə dincə qoyulmuş torpaqlar üçün Şuranın müəyyən etdiyi göstərici.”;
2.3.3. 3.8.1-ci yarımbəndə “çoxillik əkmələr” sözlərindən sonra “, habelə dincə qoyulmuş torpaqlar” sözləri əlavə edilsin;
2.3.4. 3.12-ci bənd üzrə:
2.3.4.1. birinci cümləyə “çoxillik əkmələr” sözlərindən sonra “, dincə qoyulmuş torpaq subsidiyası ilə bağlı dincə qoyulmuş torpaq sahələri” sözləri əlavə edilsin;
2.3.4.2. ikinci və üçüncü (hər iki halda) cümlələrə ismin müvafiq hallarında “kart hesabı” sözlərindən sonra ismin müvafiq hallarında “(hüquqi şəxsin cari hesabı)” sözləri əlavə edilsin;
2.3.5. 3.13-cü bəndə “aparılması,” sözündən sonra “aqrotexniki xidmətlərdən istifadə edilməsi,” sözləri əlavə edilsin.
2.4. 4-cü hissə üzrə:
2.4.1. 4.1-ci bəndə “buzova” sözündən sonra “və balağa (camış balasına)” sözləri əlavə edilsin;
2.4.2. 4.4.4-cü yarımbənddə “iyun” sözü “sentyabr” sözü ilə əvəz edilsin.
2.5. 5-ci hissə üzrə:
2.5.1. 5.1.2-ci yarımbəndə “çoxillik əkmələrin” sözlərindən sonra “, habelə dincə qoyulmuş torpaq sahələrinin” sözləri əlavə edilsin;
2.5.2. 5.1.3-cü yarımbəndə “yerlərdə,” sözündən sonra “dincə qoyulmuş torpaq sahələrində,” sözləri əlavə edilsin;
2.5.3. 5.2-ci bəndin birinci abzasına “əkmələrə” sözündən sonra “, habelə dincə qoyulmuş torpaq sahələrinə” sözləri əlavə olunsun və həmin abzasda “subsidiyası” sözü “və dincə qoyulmuş torpaq subsidiyaları” sözləri ilə əvəz edilsin;
2.5.4. 5.4-cü bəndin üçüncü cümləsində “DAİM-in mütəxəssisi” sözləri “Agentliyin və ya DAİM-in digər mütəxəssisləri” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 dekabr 2024-cü il
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 13 d. əvvəl
- 17 d. əvvəl
-
- 25 d. əvvəl
-
56 d. əvvəl
Enerji obyektlərinin vurulması ilə neft qiymətlərində kəskin artım baş verdi
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
14 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
15 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
15 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
15 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
-
15 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Yaponiya faiz dərəcələrini sabit saxladı
Azərbaycanda minik avtomobili istehsal 50 faizdən çox artıb
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
Ən çox oxunanlar
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















