Cənubi Koreyada 15 ildən sonra bir ilk: Sürpriz addım
Cənubi Koreya Mərkəzi Bankı 2009-cu ildən bəri ilk dəfə ardıcıl olaraq iki dəfə faiz endirimi edib və iqtisadi artım proqnozlarını aşağı salıb. Vonun sürətlə ucuzlaşması səbəbindən faizin endirilməsi mübahisə doğursa da, Kospi indeksi 0,29 faiz yüksəlib. Oktyabrda ölkədə inflyasiya 1,3 faizə düşüb ki, bu da 2021-ci ilin fevralından bəri ən aşağı göstəricidir.Cənubi Koreya Mərkəzi Bankı (BOK) cümə axşamı siyasət pul siyasəti faizini 0,25 bənd azaldaraq 3 faizə endirib. Sürpriz addım kimi qiymətləndirilən bu azalma iqtisadiyyatın zəifləyən artım proqnozu ilə əlaqədar baş verib. Bu addım bankın 2009-cu ildən bəri ardıcıl faiz endirimi etdiyi ilk addımdır. Oktyabr ayında faiz dərəcələri 0,25 bənd aşağı salınmışdı.
İqtisadçılar faiz endirimini gözləmirdilər
Reuters-in sorğusuna qatılan iqtisadçılar Cənubi Koreya Mərkəzi Bankının faiz dərəcələrini 3,25 faiz səviyyəsində sabit saxlayacağını gözləyirdilər. Bununla belə, üçüncü rübdə gözləniləndən aşağı artım məlumatları bu qərara təkan verib. Ümumi daxili məhsul (ÜDM) iqtisadçıların proqnozlaşdırdığı 2 faiz səviyyəsindən aşağı qalaraq illik 1,5 faiz artıb.
Artım proqnozları aşağı salınıb
Mərkəzi Bank 2024-cü il üçün iqtisadi artım proqnozunu 2,4 faizdən 2,2 faizə, 2025-ci il üçün proqnozunu 2,1 faizdən 1,9 faizə endirib. BOK-un açıqlamasında iqtisadiyyatda aşağı istiqamətli təzyiqlərin artdığı və bu səbəbdən faiz dərəcəsinin endirilməsinin zəruri olduğu bildirilib.
İnflyasiya yavaşlayıb, milli valyuta təzyiq altındadır
Oktyabrda ölkədə illik inflyasiya 1,3 faiz təşkil edərək 2021-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb. Bununla belə, Cənubi Koreya vonunun məzənnəsi son aylarda ABŞ dollarına nisbətdə sürətlə ucuzlaşaraq, noyabrın 14-də 1411,31-ə kimi iki ilin ən aşağı səviyyəsinə düşüb. Vonun bu sürətlə ucuzlaşması mərkəzi bank üçün faiz dərəcələrinin aşağı salınması baxımından əlavə problem yaradır.
Cənubi Koreya Mərkəzi Bankının sədri Rhee Chang-yong oktyabr görüşündən sonra verdiyi açıqlamada, "Koreya vonunun ABŞ dolları qarşısında dəyərini bizim istədiyimizdən daha sürətli və daha aşağı səviyyədə itirir" demişdir. Rhee vurğulamışdı ki, bu vəziyyət faiz dərəcələrinin aşağı salınma sürətinə təsir edən kritik amildir.
Morgan Stanley-dən "sürpriz" şərhi
Morgan Stanley-nin Cənubi Koreya və Tayvan üzrə baş iqtisadçısı Kathleen Oh, faiz dərəcəsinin endirilməsinin sürpriz olduğunu söyləyib. Xüsusilə ixracatdakı yavaşlama səbəbiylə iqtisadi artım perspektivinin pisləşməsinin bu qərarı dəstəklədiyini qeyd edən Oh, "Cənubi Koreya Mərkəzi Bankı, ABŞ siyasətləri təsdiqlənməmişdən əvvəl hərəkət etmək fürsətindən istifadə etdi, çünki mövcud faiz dərəcəsinin neytral səviyyədən yuxarı olduğunu bilirdi" deyib.
BOK 2024-cü ilin birinci rübü üçün neytral faiz dərəcəsini 0,2 faizlə 1,3 faiz arasında proqnozlaşdırır. Qərardan sonra Kospi indeksi 0,29 faiz artdığı halda, von 0,3 faiz ucuzlaşaraq 1392,17 olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
-
4 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
5 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
5 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
5 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
-
5 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
6 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı - SON DƏQİQƏ
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
Ən çox oxunanlar
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi
Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü




















