SOCAR-ın yeni törəmə şirkəti 5 saziş və memorandum imzaladı
Bakıda keçirilən COP29 konfransı çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə “SOCAR Green” şirkəti bərpa olunan enerji mənbələrinin inkişafı, enerji effektivliyi və Azərbaycanın davamlı gələcəyinin dəstəklənməsinə yönəlmiş bir neçə strateji saziş imzalayıb
Marja.az SOCAR-a istinadən xəbər verir ki, bu strateji tərəfdaşlıq innovasiyaların irəliləməsi, karbon emissiyalarının azaldılması və “yaşıl iqtisadiyyat”ın inkişafı üçün açardır.
İmzalanan sənədlərdən biri “SOCAR Green”, “Siemens Energy” və “Nobel Energy” şirkətləri arasında bərpa olunan enerji layihələrinin birgə işlənməsi, enerji təhlükəsizliyinin artırılması və regionun daha təmiz enerjiyə keçidinin sürətləndirilməsi üçün Anlaşma Memorandumudur.
Həmçinin, “SOCAR Green”, “Smart Sustainability Solutions” və “VEMA SA” şirkətləri arasında metan ilə mübarizə, karbon tutulması və digər sahələrə diqqət yetirməklə Azərbaycanın enerji sektorunda ekoloji təmiz həllərin tətbiqi üzrə Strateji Əməkdaşlıq Sazişi imzalanıb.
Bundan başqa, “SOCAR Green” və “Esyasoft Holding” arasında bərpa olunan enerji mənbələri, dayanıqlılıq və ekoloji həllər sahəsində təminat səylərini gücləndirərək əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Bundan başqa, “SOCAR Green” və Səudiyyə Ərəbistanının “FAS Renewables Company” arasında damüstü günəş elektrik qurğularının yaradılmasının məqsədəuyğunluğunun qiymətləndirilməsi və orta həcmli günəş layihələrinin öyrənilməsi üzrə Anlaşma Memorandumu, “SOCAR Green” və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında su ehtiyatlarının idarə edilməsi sahəsində enerji səmərəliliyinin artırılması və bərpa olunan həllərin genişləndirilməsi üzrə Anlaşma Memorandumu da var.
İmzalanan sonuncu sənəd isə “SOCAR Green və Asiya İnkişaf Bankı arasında “SOCAR Green” şirkətinin əməliyyat modelinin gücləndirilməsi, dekarbonizasiya məqsədləri ilə uyğunlaşmanın dəstəklənməsi üzrə texniki yardımın göstərilməsinə dair Əməkdaşlıq Sazişidir.
Xatırladaq ki, 2023-cü ilin dekabr ayında SOCAR-n Müşahidə Şurasının iclasında “SOCAR Green” MMC şirkətinin təsis edilməsi qərara alınıb. Şirkətin əsas məqsədi SOCAR-ın strateji bərpaolunan enerji layihələrinin effektiv idarə edilməsi, bu sahədə beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, habelə neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərməkdən ibarətdir.
Bərpaolunan enerji, "yaşıl hidrogen"in istehsalı, karbonun tutulması, utilizasiyası və saxlanılması kimi layihələrin icrası, ölkə üzrə karbon emissiyasının azaldılması üçün strateji yol xəritələrinin hazırlanmasında müvafiq köməkliyin göstərilməsi şirkətin əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. Eyni zamanda, yeni yaradılan şirkət qeyd olunan sahələrdə beynəlxalq təcrübələrin öyrənilməsini və ölkəmizdə tətbiqini həyata keçirəcək.
“SOCAR Green” MMC Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə "Meqa” layihəsinin ilkin mərhələsində quruda 1 QVt gücündə külək və günəş enerjisi, BP şirkəti ilə birgə “Şəfəq” layihəsi çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə günəş enerjisi layihələrini icra edəcək. Həmçinin şirkət tərəfindən “ACWA Power”, “Masdar” və “Energy China” şirkətləri ilə birgə Naxçıvan Muxtar Respublikasında günəş və külək enerjisi layihələrinin icrası nəzərdə tutulur.
"Qeyd olunan nüfuzlu şirkətlərlə əməkdaşlıq etməklə “SOCAR Green” MMC "yaşıl enerji", dekarbonizasiya və aşağı karbonlu layihələrin Azərbaycanda və xaricdə həyata keçirilməsində, SOCAR üçün yeni biznes imkanlarının yaradılmasında, bu sahələrdə kadr bazasının formalaşdırılmasında və mövcud potensialın gücləndirilməsində, həmçinin “xalis sıfır” emissiya hədəflərinə çatmaqda öz müsbət töhfəsini verəcək", - məlumatda deyilir.
Müştərilərin xəbərləri
Pərakəndə sektorun səssiz böhranı: POS terminal komissiyaları, vergi təzyiqi və yüksələn icarə qiymətləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 3 gün sonra
-
-
2 saat əvvəl
Azərbaycan pərakəndə ticarət sektorunda ilk: OBA startap ekosisteminə dəstək proqramına start verdi
-
6 saat əvvəl
Ərəb ölkələrinin aparıcı inkişaf fondlarına AZCON Holding-in planları barədə ətraflı məlumat verilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
- 7 saat əvvəl
-
8 saat əvvəl
PashaPay-in direktoru Özbəkistan Fintex Forumunda eksklüziv podkasta qonaq olub - VİDEO
-
8 saat əvvəl
bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının say azalıb
-
8 saat əvvəl
Azercell və Müdafiə Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalandı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PashaPay-in direktoru Özbəkistan Fintex Forumunda eksklüziv podkasta qonaq olub - VİDEO
bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının say azalıb
Ən çox oxunanlar
“Invest in Azerbaijan” informasiya sistemi yaradılır - FƏRMAN
"SOCAR və "Özbəkneftqaz" neft emalı zavodu inşa edə bilər
AFB Bankdan yeni İnternet bankçılıq
Pərakəndə sektorun səssiz böhranı: POS terminal komissiyaları, vergi təzyiqi və yüksələn icarə qiymətləri
Xalq Bank Azərbaycan Boks Federasiyasına üzv oldu














.jpg)






