“Nobel Energy” tərəfindən Cəbrayılda, Çin şirkəti tərəfindən Füzulidə günəş elektrik stansiyaları tikiləcək
"Növbəti illərdə Azərbaycanda elektrik enerjisinin istehsal-ixrac dinamikası əhəmiyyətli dərəcədə bərpa olunan enerji mənbələrinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, “yaşıl enerji” növlərinin yaradılmasını və dünya bazarlarına nəqlini prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və beynəlxalq investorlarla əməkdaşlıq kimi bütün zəruri şərtlər mövcuddur".
Marja xəbər verir ki, bunu, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov rəsmi qəzetlərdən birində dərc olunmuş məqaləsində qeyd edib.
Nazirin sözlərinə görə, 2027-ci ilədək təxminən 2,8 milyard ABŞ dolları həcmində xarici və yerli investisiya hesabına 2 QVt civarında sənaye miqyaslı 8 günəş-külək elektrik stansiyasının inşası və şəbəkəyə qoşulması ilə bağlı planların icrası göstərir ki, Azərbaycan “yaşıl enerji” cığırı ilə sürətlə irəliləyir və bu, artıq geriyə dönməz prosesdir:
Təsadüfi deyil ki, bu məqam Dünya İqtisadi Forumunun “Effektiv Enerji Keçidinin Təşviqi 2023” hesabatında da əks olunub. Hesabatda deyilir ki, Azərbaycan tənzimləmə mühitini və infrastrukturu təkmilləşdirməklə keçidə hazırlıq istiqamətində məhz aqressiv səylərinə görə 120 ölkə arasında 62 enerji keçidi indeksi ilə 32-ci yerə yüksəlib".
Pərviz Şahbazov qeyd edib ki. bərpa olunan enerji gündəliyimizin reallaşdırılması “Yaşıl dünya naminə həmrəylik ili” və COP 29 çərçivəsində daha geniş vüsət alıb:
"Bu ilin iyun ayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə təxminən 1 milyard ABŞ dolları məbləğində investisiya dəyərinə və 1000 MVt ümumi gücə malik üç stansiyanın - Neftçalanın Bankə qəsəbəsində 315 MVt, Biləsuvarda 445 MVt gücündə günəş və Abşeron-Qaradağ rayonları ərazisində 240 MVt-lıq külək elektrik stansiyalarının təməli qoyuldu. Həmçinin “ACWA Power” şirkəti ilə 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) və 200 MVt-lıq quruda külək enerjisi layihələri üzrə Çərçivə Müqaviləsi imzalandı. Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində Böyükşor gölü üzərində ümumi gücü 100 kVt olan və illik 160 min kVt·st elektrik enerjisi istehsalı imkanına malik ilk üzən günəş elektrik stansiyası istifadəyə verildi. Ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə ilk hərrac prosesinə start verildi və 100 MVt gücündə “Qobustan” GES layihəsi üzrə hərracın nəticəsinin COP29 zamanı elan edilməsi nəzərdə tutulur. COP çərçivəsində icrasına təkan verilən digər bir layihə 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasıdır. Cəbrayılda tikiləcək bu stansiya dünyanın ən böyük neft-qaz terminallarından biri Səngəçalı elektrikləşdirməklə karbohidrogenlərlə “yaşıl enerji”nin vəhdətinin nümunəsi olacaq. Gələn il istismara veriləcək 240 MVt gücündə “Xızı-Abşeron” KES-in inşası ilə bağlı da hazırda intensiv işlər görülür. Abşeron rayonunun Pirəkəşkül kəndində və Xızı rayonunun Sitalçay kəndində quraşdırılacaq 40 ədəd külək turbininin komponentləri artıq əraziyə gətirilib. 6,5 MVt-lıq ilk turbin COP29 tədbirinə qədər hazır olacaq. “Nobel Energy” şirkəti tərəfindən Cəbrayılda 100 MVt gücündə iki günəş elektrik stansiyası, “China Gezhouba Group Overseas Investment” şirkəti tərəfindən isə Füzulidə 160 MVt gücündə iki günəş elektrik stansiyasının tikintisi layihələri üzrə tədbirlər davam etdirilir. Beləliklə, növbəti 3 il ərzində istismara veriləcək bu stansiyalardan 5,3 mlrd. kVt·st elektrik enerjisinin istehsalı nəticəsində 1,2 milyard kubmetr qazın sərbəstləşməsi və 2,5 mln. tona qədər emissiyaların azalması gözlənilir. Ən əsası 2030-cu ilə 30%-lik hədəfimizi daha erkən və artıqlaması ilə yerinə yetirə biləcəyik. Başqa sözlə, artıq 2027-ci ildə elektrik enerjisinin istehsal gücündə “yaşıl enerji”nin payını 33%-ə yüksəltməyə nail olacağıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
15 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)







.jpg)






