"Baku Auto Mall" və avtomobil udmaq şansı
Ölkəmizin və regionun ən böyük avtomobil satış mərkəzindən avtomobil uduşu layihəsi.Sizcə təzə avtomobil axtaran şəxs hara mürəciət edir?
İnternet satış platformalarına, rəsmi və qeyri-rəsmi salonlara, maşın bazarına…
Araşdırmalar göstərir ki, alıcıların əksəriyyəti avtomobili "canlı" görmək, sükan arxasına əyləşmək, rəng və komplektasiya seçmək, test yürüşü həyata keçirmək, eyni qiymət seqmentində təklif olunan digər istehsalçıların modelləri ilə müqayisə etmək istəyir. Bu baxımdan rəsmi diler mərkəzlərinin bir-birindən uzaq məsafədə yerləşməsi və yollarda hökm sürən "tıxaclar" bəzən avtomobil seçimini aylarla davam edən əsəbi prosesə çevirir.
Bu problemi həll etmək məqsədilə Bakıda gerçəkləşdirilmiş ekstraordinar bir layihə barədə məlumat vermək istəyirik.
Babək prospektində yenicə ucaldılmış yeddi mərtəbəli "Baku Auto Mall"da dünya şöhrətli avtomobil brendlərinin rəsmi nümayəndəlikləri fəaliyyətə başlamışdır. Ölkəmizin və regionun ən böyük avtomobil satış mərkəzində Almaniya, Amerika, Yaponiya, Koreya, Ingiltərə, İtaliya, Fransa, Çin istehsalından bütün növ yeni avtomobillər özunəməxsus formatda müştərilərə təqdim olunur.
"Baku Auto Mall"a geniş alıcı kütləsi cəlb etmək üçün müxtəlf avtomobil sərgiləri və festivalları, yeni modellərin təqdimatları, test-drayvları və avtomobil udmaq şansı verəcək lotoreyalar həyata keçirilir. Müştərilərin rahatlığı üçün parklanma, avtomobillərin satış öncəsi servisi, avtoyuma-cilalama, tüninq və s. xidmətlər də təklif olunur. Tezliklə burada bank nümayəndəlikləri, kredit təşkilatları, sığorta şirkətləri, "rent a car" və s. qurumlar fəaliyyətə başlayacaq. Bundan əlavə kafe və restoranlar, böyüklər üçün müxtəlif avtoidman, o cümlədən Formula-1 simulyatorları və digər oyun zonaları, uşaqlar üçün əyləncə guşəsi də təşkil olunacaq ki, bütün bunlar «Baku Auto Mall»da avtomobil seçimi prosesini buraya gəlmiş ailələr üçün əsl bayrama çevirəcək.
Layihənin mahiyyəti barədə "Baku Auto Mall"un direktoru və Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Natiq Zərbəliyev aşağıdakıları söylədi:
Yeni avtomobil axtarışında olan müştəriləri bir ünvanda qarşılayaraq, istəklərinə və büdcələrinə görə geniş seçim təklif etmək, avtomobilin satın-alma və rəsmiləşdirmə prosesini son dərəcə asanlaşdırmaq, avtomobil satışı xidmətlərində ən innovasion texnologiyalardan istifadə edərək, Azərbaycanda sivil avtomobil bazarının simvoluna çevrilmək, Baku Auto Mall-da təmsil olunmuş rəsmi diler və distribyutorların satış göstəricilərinin dinamik artımına nail olmaq, bununla da ölkə avtomobil sektorunun davamlı inkişafına tövhə vermək - qarşımıza qoyduğumuz əsas məqsədlərdir: "Baku Auto Mall" təkcə ölkə miqyasında deyil, qlobal miqyasda da unikal layihədir. Mərkəzin test rejimində işləməsinə baxmayaraq, tez-tez xaricdən gəlmiş qonaqları qarşılamalı və çoxsaylı sualları cavablandırmalı oluruq.
Yeri gəlmişkən, tezliklə mərkəzin rəsmi açılış mərasimi baş tutacaq. Açılışdan bir həftə sonra isə "Baku Auto Mall"un İnstagram səhifəsinin izləyiciləri arasında onlayn rejimdə avtomobil uduşu baş tutacaq. Xatırladım ki, bu "Baku Auto Mall" və məşhur idmançı-bloqer Çaqayevin birgə layihəsidir. Uduşda iştirak etmək üçün hələ vaxt var, şərtlərimizlə "baku.automall" və ya "chagaev4x20" instagram səhifələrində tanış ola bilərsiz. Hamıya uğurlar arzu edirik".
İnstagram: İnstagram.com/baku.automal
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
12 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
13 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























