“İstisu” mineral su zavodunun məhsulları xarici bazarlara çıxarılacaq
Sentyabrın 2-si Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş Kəlbəcər rayonundakı “İstisu” mineral su zavodunun məhsulları xarici bazarlara çıxarılacaq.
Bunu açıqlamasında zavodun direktoru Adil Haqverdiyev bildirib.
"Artıq bununla bağlı danışıqlar aparılıb, oktyabr ayında ilk ixracımızı həyata keçirəcəyimiz gözlənilir. Bu da həm zavodumuz, həm də ölkəmiz adına qürurverici bir hadisədir. Mineral suyumuz dünya bazarlarında satılacaq", - deyə o qeyd edib.
Direktorun sözlərinə görə, "İstisu" markası ölkə daxilində də böyük marağa səbəb olub: "Çox qısa zamanda dünya standartlarına uyğun müasir bir zavod inşa edilib, illərlə həsrətində olduğumuz "İstisu" markası yenidən canlandırılıb, xalqımıza təqdim edilib. Bu, başda Prezidentimiz olmaqla dövlətimizin qüdrətinin təcəssümüdür. "İstisu" markasına xalqın dəstəyi var. Odur ki, qısa zamanda zavod 1 növbəli iş rejimində 100 % doluluqda işləyib, gələn aydan isə biz 2 növbəli iş rejiminə keçməyi planlanlaşdırıq. Bu da öz növbəsində daha çox Kəlbəcər sakininin işlə təmin olunması, rayonda sosial-iqtisadi fəallığın artması deməkdir. Ümumilikdə zavodda 100 nəfərin işləməsi planlaşdırılır. Hazırda bu rəqəm 75-dir. Onun da 56 nəfəri Kəlbəcər sakinidir. Bu da çox qürurverici haldır ki, sakinlər köçdən öncə işlə təmin olunub. Əməkdaşlarımız arasında şəhid ailələri, müharibə qəhrəmanları və iştirakçıları var”.
Qeyd edək ki, “İstisu”-Kəlbəcərin İstisu qəsəbəsində unikal yeraltı termal-mineral su yatağından gələn, içməli təbii mineral qazlı sudur. 1951-ci ildə isti suyun xüsusiyyətlərinin araşdırılması məqsədilə Azərbaycan SSR Səhiyyə Nazirliyi ilə birgə professor Mirəli Qaşqayın rəhbərliyi altında elmi araşdırma aparılıb. Bu araşdırmanın nəticəsində mineral suların siyahısı hazırlanır və bu sular arasından içilə bilən və ən faydalı su olaraq indiki İstisuyun mənbəsinin qazıntısı edilir. Beləliklə, 1976-cı ildə Azərbaycanın Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. Qısa müddətdə həm Azərbaycanda həm də qonşu ölkələrdə rəğbət qazanıb. Təəssüf ki, 1993-2020-ci illərdəki işğal dövründə zavodun fəaliyyəti dayandırılıb. 26 iyun 2022-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev “İstisu” mineral su zavodunun təməlini qoyub. 2024-cü ildən “İstisu” mineral suyun yenidən istehsal edilməsinə başlanılıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
17 saat sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
15 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
6 d. əvvəl
Bakıda 49 mərtəbəli, 185 metrlik “Gilavar” kompleksi və 90 metrlik qüllə
-
7 d. əvvəl
Böyükşor gölünün inkişaf planı təqdim edildi – BƏƏ şirkətindən yeni konsepsiya
-
22 d. əvvəl
Prezidentə Bakıda yeni yaşayış kompleksləri və iri tikinti layihələri təqdim olundu
- 33 d. əvvəl
-
38 d. əvvəl
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi ®
-
41 d. əvvəl
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib ®
-
1 saat əvvəl
Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Prezidentə Bakıda yeni yaşayış kompleksləri və iri tikinti layihələri təqdim olundu
İldə 4 ton şərab istehsal edən ailə təsərrüfatına dəstək göstərilib - “Mistika”nın istehsalı genişləndiriləcək
Ən çox oxunanlar
Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Aərbaycanda Google Ads Google Ads Sales Representative: yerli təcrübə və biznes üçün yeni imkanlar
“Şərəf” ordeni ilə təltif edildi
Havanı çirkləndirən müəssisələrə nəzarət gücləndiriləcək – Prezidentdən yeni Sərəncam
Avrozonada inflyasiya son 3 ilin ən yüksək səviyyəsinə çatıb – Yeni faiz artımı gözlənilir

























