Qlobal bazarlarda son vəziyyət
Yapon yeni həftənin əvvəlində Yaponiyanın rüblük ÜDM-i ilə bağlı yekun göstəricilərin proqnozların altında dərc olunmasından sonra dollar qarşısında dəyər itirir. USD/JPY valyuta cütlüyü bugün 141.960 həddindən 143.070 həddinə qədər yüksəlib. Eyni zamanda, EUR/USD 1.1090 səviyyəsindən 1.1070 səviyyəsinə kimi ucuzlaşıb. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.14% artaraq 101.32 bənd təşkil edir.
Son rübdə Yaponiyanın ÜDM-i, yekun məlumatlara əsasən, illik ifadədə 2.9% artıb (Əgər ÜDM ardıcıl dörd rüb eyni sürətlə artıbsa). Proqnozlar isə 3.1%-lik artımın olması yönündə idi. Rüblük ifadədə artım 0.7% təşkil edib. Qeyd etmək lazımdır ki, ötən həftə Amerika valyutası yen qarşısında 2.7% ucuzlaşıb. Cümə günü açıqlanan məlumatlar isə ABŞ-ın Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayının proqnozların altında olduğunu göstərdi.
Yeni həftənin başlaması ilə qızılın qiyməti ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) qərarları ərəfəsində və dolların bir qədər bahalaşması sonunda ucuzlaşır. Səhər saatlarında dəyərli metal 2500$ səviyyəsindən 2487$ səviyyəsinə qədər ucuzlaşdı, hal-hazırda isə 2490$ həddində ticarət olunur.
Bu həftənin çərşənbə günü ABŞ-da inflyasiya göstəriciləri dərc olunacaq. Bazar iştirakçıları FED-in sentyabr ayında baş tuta biləcək faiz azaldılmasına dair daha çox ipucları əldə etmək ümidi ilə İstehlak Qiymətləri İndeksi göstəricilərinin dərc olunmasını maraqla gözləyirlər. Verilən məlumatlara əsasən, analitiklərin 71%-i tənzimləyici qurumun faiz dərəcəsini 5-5.25%-ə qədər, 29%-i isə 4.75-5%-ə qədər azalacağını proqnozlaşdırır.
Həftənin cümə axşamı Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Analitiklərin proqnozlarına əsasən mərkəzi bank uçot dərəcəsini 4.25%-dən 3.65%-ə qədər endirəcək. Həmçinin, həftə ərzində dərc olunacaq Almaniyada inflyasiyaya dair göstəricilər, Avrozonanın Sənaye Sektorunda İstehsal Həcmi, Böyük Britaniyada İşsizlik Səviyyəsi, ölkə ÜDM-i və sənaye sektoruna dair rəqəmlər investorların diqqət mərkəzində olacaq digər əsas xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 17 saat sonra
-
11 saat əvvəl
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
İlk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər üçün sərfəli fürsət!
-
2 gün əvvəl
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
-
2 gün əvvəl
Almaniyada təxminən 10 min ölüm halı anomal istilərlə əlaqələndirilib
-
2 gün əvvəl
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
2 gün əvvəl
Qırğızıstanda “Bakı” möcüzəsi: İssık-Kul sahilində nəhəng kurort açıldı
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
İş elanlarına bax - azvak.az
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Mərkəzi Bank BOKT-a lisenziya verib
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Azərbaycan ilə Qırğızıstan arasında sənədlər imzalanıb
























