Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlərin 60 faizə yaxını tamamlanıb
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 57 %-ni tamamlayıb.
Bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova bildirib.
"O cümlədən, dəmir yolu xəttinin layihələndirilməsi işləri 83 % yerinə yetirilib", - deyə o qeyd edib.
ADY rəsmisi qeyd edib ki, ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin təhkim zolağı və xüsusi mühafizə zonası boyunca 60 metr enində ərazilərin minadan təmizlənməsi başa çatdırılıb, əlavə genişlənmələrin tələb olunduğu hissələrin isə minadan təmizləməsi davam etdilir. Eyni zamanda dəmir yolu xəttinin 72-82-ci km hissəsində yolun oxunun dəyişdirilməsi səbəbindən minatəmizləmə işləri təkrar yerinə yetirilib.
"Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə 72 km, yan yollarla birlikdə isə 83,4 km hissəsində rels-şpal çərçivələri qoyulub, 65,6 km hissəsində uzunölçülü relslərin quraşdırılması işləri tam şəkildə başa çatdırılıb. Hazırda xəttin km 72-89 km aralığında torpaq və mühəndis qurğuların tikintisi işləri davam etdirilir. Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir", - deyə o əlavə edib.
"Horadiz-Ağbənd dəmir yolu xəttinin 106-ci km-də inşa edilən tunelin uzunluğu 1071 metrdir. Tunelin qabariti gələcəkdə dəmir yolu xəttinin elektrikləşdirilməsinə də imkan verir. Tunelin tikintisi Yeni Avstriya üsulu ilə yerinə yetirilir. Bu üsulda tunelin ətrafında yerləşən qaya qruntunun yükgötürmə qabiliyyətindən asılı olaraq tunelin konstruksiyasına dəyişikliklər olunur, bu da tikinti xərclərinin optimallaşdırılmasına səbəb olur. Qazma işləri qazma-partlatma üsulu ilə aparılır. Tuneldə qazma işləri həm giriş, həm də çıxış tərəfdən aparılır", - deyə S.Nəzərova vurğulayıb.
© "Report"
Müştərilərin xəbərləri
"Avant" Bakıxanovda yeni premium layihəyə start verdi: "Green by Avant"da 10% ilkin ödənişlə ipoteka imkanı - FOTO + VİDEO
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
14 d. əvvəl
Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir
-
- 24 d. əvvəl
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 15 milyon manatlıq istiqraz təqdim edir - ABUNƏ YAZILIŞI BAŞLADI
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızıl 7 həftənin ən yüksək səviyyəsi yaxınlığında sabit qalıb
-
1 saat əvvəl
Sony və TSMC Yaponiyada təsvir sensorları istehsalına 6,3 milyard dollar yatıracaq
-
1 saat əvvəl
Neft qiymətləri Hörmüz ilə bağlı qeyri-müəyyənliyin davam etməsi fonunda yüksəlib
-
2 saat əvvəl
“Girdimançay-I” qum-çınqıl yatağı investorlara təklif olunacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gardashlar Mebel: İdmana dəstək uzunmüddətli brend investisiyasına çevrilib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
“Girdimançay-I” qum-çınqıl yatağı investorlara təklif olunacaq
Tramp: İranla danışıqlar sakit şəkildə aparılır
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
Kredit Həyat Sığortasına maraq niyə artır?
Avqustun 10-da gözlənilən hava şəraiti



























