İllik 15 faiz gəlir, 30 gündən bir ödəniş – BAZARDA YENİ İSTİQRAZ
"Legion Financial" ASC növbəti istiqraz buraxılışını reallaşdırıb.
Şirkətdən verilən məlumata görə, istiqrazın ümumi həcmi 1 milyon manat təşkil edib. Emissiya çərçivəsində hər birinin nominal qiyməti 1000 manat olan 1000 ədəd istiqraz dövriyyəyə buraxılıb.
"Legion Financial" ASC-nin bu istiqrazları da yüksək gəlirliyə malikdir – şərtlərə görə, 1800 günlük (5 illik) müddətə buraxılan istiqrazların illik gəlirliyi 15% təşkil edir. İstiqrazlar üzrə faizlər 30 gündən bir, yəni hər ay ödəniləcək.
İstiqraz buraxılışının anderrayteri "Assist Finance İnvestisiya şirkəti" ASC-dir.
07 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında "Legion Financial" ASC-nin səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərracın nəticəsi olaraq 3 investor tərəfindən səhmlər alınmış və bununla da cəmiyyətin nizamnamə kapitalı 2 milyon 340 min manatdan 3 milyon 135 min manata yüksəlmişdir.
Qeyd edək ki, "Legion Financial" ASC-nin istiqrazlarının alışı təkcə gəlir faizinə görə deyil, həm də gəlirlərin vergidən azad edilməsi baxımından sərfəlidir. Belə ki, qanunvericiliyə əsasən 2023-cü ili fevralın 1-dən etibarən qiymətli kağızlara BFB vasitəsilə yatırımlardan gələn gəlirlər 5 il müddətində vergidən azaddır.
İstiqraz buraxılışının uğurla baş tutmasının daha bir səbəbi anderrayterinin "Assist Finance" şirkətinin olmasıdır.
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 12.10.2018-ci il tarixində İŞ-03 nömrəli lisenziyaya malik olan "Assist Finance İnvestisiya Şirkəti"ASC qiymətli kağızlar bazarında əsas və yardımçı investisiya xidmətlərini göstərən peşəkar investisiya şirkətidir. Səhmlərin abunə yazılışı müddəti ərzində anderrayter uçota alınmış sifarişləri fond birjasının ticarət sisteminə daxil edir və BFB-nin ticarət sistemi vasitəsilə qiymətli kağızların yerləşdirilməsi xidmətini göstərir.
Qeyd edək ki, 2020-ci ildə yaradılan "Legion Financial"ASC-nin əsas fəaliyyət sahəsi minik avtomobillərinin maliyyə lizinqidir.
2021-ci ildən başlayaraq maliyyə nəticələrini açıqlayan şirkətin fəaliyyətində indiyədək irəliləyiş davam edir.
SON 3 İLDƏ 10 DƏFƏ BÖYÜYÜB
Belə ki, 2021-ci ilin nəticələrinə görə "Legion Financial" ASC-nin aktivləri 417 min manat olduğu halda, 2022-ci ildə bu məbləğ 5 dəfə artaraq 2,1 milyon manatı keçib. 2023-cü ilin sonunda isə Şirkətin cəmi aktivləri 4,75 milyon manat olub, başqa sözlə son 3 ildə şirkət aktivlərin həcmi üzrə 10 dəfə böyüyüb. 2024 cü il üzrə 6 ayın göstəricilərinə baxdıqda isə şirkətin cəmi aktivləri 8,35 manat təşkil edib.
BÜTÜN İLLƏRİ XALİS MƏNFƏƏT İLƏ BAŞA VURUB
Bu dövrdə şirkətin lizinq portfeli 408 min manatdan 6,98 milyon manatadək artıb, gəlirləri isə 2021-ci ildə 19 min manat, 2022-ci ildə 418 min manat olduğu halda, 2023-cü ilin sonunda 893 min manat, 2024 cü ilin 6 ayın göstərişinə əsasən isə 605 min manat təşkil edib. "Legion Financial" ASC fəaliyyət göstərdiyi bütün illəri xalis mənfəətlə tamamlayıb – 2021-i ildə bu rəqəm 17 min manat, 2022-ci ildə 283 min manat, 2023-cü ildə isə 616 min manat, 2024 cü ilin 6 ayında isə 479,5 min manat təşkil edib.
"Legion Financial" ASC istiqraz bazarında aktivdir və mütəmadi olaraq qiymətli kağızlar buraxır. Hazırda şirkətin hər birinin həcmi 500 min manat olan iki istiqrazı dövriyyədədir.
Yeni buraxılmış, hər birinin nominal qiyməti 1000 manat olan 1000 ədəd istiqrazlar üzrə hərrac 30.09.2024-cü il tarixində Bakı Fond Birjasında keçiriləcək. Etibarlı və yüksək gəlir əldə etmək istəyən investorlar aşağıdakı nömrələr ilə əlaqə saxlayaraq istiqrazlara abunə yazıla bilərlər.
Emitet: "Legion Financial" ASC
Əlaqə: +994 12 310 52 53;
+994 50 247 99 31
Anderrayter: "ASSIST Finance İnvestisiya Şirkəti" ASC
Əlaqə: +994 12 310 34 20; +994 77 233 11 11
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
22 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
21 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
18 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 18 saat əvvəl
-
18 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
18 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Ən çox oxunanlar
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib




















