728 günlük dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
20 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 60 milyon manatlıq Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət istiqrazının növü: Kuponlu, ortamüddətli, dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu: AZ0201070213
Buraxılış həcmi: 60.000.000 (altmış milyon) manat
Nominal dəyəri: 100 (bir yüz) manat
İstiqrazların tədavül müddəti: 728 gün
Faiz ödənişləri: 18 fevral 2025, 19 avqust 2025, 17 fevral 2026, 18 avqust 2026,
Faiz dərəcəsi (olduqda): 6.5 %
Ödəmə tarixi: 18.08.2026
Anderrayter: “PAŞA Kapital İŞ” QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
39 d. əvvəl
“Rabitəbank”da yeni təyinatlar - Sədrə müavinlər təyin olundu
- 50 d. əvvəl
-
- 55 d. əvvəl
-
1 saat əvvəl
AFB Bank-ın “Sürətli Tender Qarantiyası” məhsuluna maraq artmaqdadır!
-
1 saat əvvəl
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
-
1 saat əvvəl
FED sədri: "İnflyasiya hələ də yüksək səviyyədə qalır və faiz endirimi gündəmdə deyil"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
-
2 saat əvvəl
Enerji obyektlərinin vurulması ilə neft qiymətlərində kəskin artım baş verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Rabitəbank”da yeni təyinatlar - Sədrə müavinlər təyin olundu
Qızılın unsiyasının qiyməti 4800 dollar səviyyələrinə düşüb
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Ən çox oxunanlar
Yaponiya faiz dərəcələrini sabit saxladı
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı






















