Qlobal birjalarda son vəziyyət
Çərşənbə axşamı günü səhər Almaniyada statistik göstəricilərin dərc olunması ərəfəsində dollar major valyutalar qarşısında bir qədər ucuzlaşıb. EURUSD, GBPUSD və USDJPY valyuta cütlükləri müvafiq olaraq 1.0933, 1.2800 və 147.890 səviyyələrində ticarət olunurlar. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə) 103.14 səviyyəsində qərarlaşıb.
Dünən səhər beynəlxalq birjalarda “Brent” markalı neftin bir barrelinin qiyməti avqustun 2-dən bəri ilk dəfə olaraq 80$ həddini ötüb. Hal-hazırda isə “qara qızıl” 82.30$ səviyyəsində ticarət olunur.
Çərşənbə axşamı səhər qızılın qiyməti ABŞ dövlət istiqrazlarının gəlirliliyindəki cüzi artımla bir qədər azalıb. Lakin, dəyərli metalın bir troy unsiyası üçün fyuçers qiyməti 2500$ səviyyəsinin üzərində qalmaqda davam edir. Nyu-Yorkun “Comex” birjasında dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti 1 troy unsiyası üçün 3.9$ və ya 0.16% ucuzlaşaraq 2500.1$ olub. Qeyd etmək lazımdır ki, qızılın spot qiyməti bugün 2477$ test edib, lakin, bir qədər ucuzlaşaraq 2463$ həddində qərarlaşıb.
Bugün Avropa İqtisadi Araşdırmalar Mərkəzinin (Zentrum fuer Europaeische Wirtschaftsforschung, ZEW) Almaniya iqtisadiyyatına investorların inamı ilə bağlı hesabatı dərc olunacaq. Analitiklər indeksin 41.8 bənd səviyyəsindən 38 bənd səviyyəsinə qədər enəcəyini proqnoz edirlər.
Həmçinin Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəricisi investorların diqqət mərkəzində olacaq əsas hadisələrdən biridir.
Məluat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)





.jpg)






