Azercell-in Telefon Mərkəzi ilk yarım ildə 3 milyon zəng qəbul edib
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan lider mobil operator daxil olan müraciətləri operativ və effektiv şəkildə cavablandırmağa və müştərilərə əlçatan olmağa davam edir(®) 2024-cü ilin ilk yarısında Azercell-in Telefon Mərkəzi 3 milyon zəng qəbul edib. Daxil olan müraciətlər ortalama 2 dəqiqə 30 saniyə ərzində cavablandırılıb. Bu da qəbul edilmiş beynəlxalq standart - 6-7 dəqiqə ilə müqayisədə yüksək göstəricidir. Zənglərin məzmunu internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, tarif və müştərək xidmətlərə dair məlumatlar, balans və ödəmə məsələləri ilə əlaqədar olub.
Qeyd olunan müddətdə Azercell-in Onlayn Müştəri Xidmətlərinə 450 minə yaxın müraciət daxil olub. Lider mobil operatorun rəsmi “Facebook”, “Instagram”, “Linkedin”, “Twitter” və “YouTube” səhifələri üzərindən isə 256 minə yaxın müraciət cavablandırılıb.
Xatırladaq ki, Azercell ölkədə 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzini və Onlayn Müştəri Xidmətlərini təklif edən ilk mobil operatordur.
Ötən ilin noyabr ayında Azərbaycan dilində tam spektr xidmət göstərməyə başlayan süni zəka əsaslı ilk virtual assistent “Aicell” də artıq müştəri məmnuniyyətini qazanıb. Abunəçiləri Telefon Mərkəzinə yönləndirmədən bir çox servisi dərhal özü həyata keçirən “AiCell” zənglərin 11%-ni cavablandırıb. Öz növbəsində Mərkəzə müraciət etmiş müştərilərin 72%-i suallarının cavablandırılması üçün “Aicell”i tərcih ediblər və bot abunəçilərin istəklərini 95% tam düzgün şəkildə anlayaraq onlara müvafiq xidmət göstərib. Hazırda 10 istiqamətdə xidmət göstərən “Aicell” məlumatlandırma, aktivləşdirmə və deaktivləşdirmə ilə yanaşı, həm də abunəçilərə diaqnostika xidmətləri göstərir.
2024-cü ilin ilk yarım ilində Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi qəbul edilmiş beynəlxalq standartı (85%) keçərək yüksək göstəriciyə - 95%-ə çatıb.
Telefon Mərkəzi bu ildən etibarən həm də təklif etdiyi xidmətlərin siyahısını genişləndirərək xidmət satışını da həyata keçirməyə başlayıb.
Azercell-in təqdim etdiyi xidmətin yüksək keyfiyyətinin daha bir göstəricisi lider mobil operatorun əldə etdiyi beynəlxalq uyğunluq sertifikatıdır. Cari ilin mart ayında “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilən keyfiyyət auditinin nəticəsi olaraq, Azercell ISO 10002:2018 (Keyfiyyətin idarə olunması — Müştəri məmnuniyyəti – Müəssisələrdə şikayətlərə baxılmasına dair təlimatlar) beynəlxalq standartına uyğunluq sertifikatına layiq görülüb. Uyğunluq sertifikatı müştərilər tərəfindən irəli sürülən təklif və şərhlərin diqqətlə araşdırılmasını, eləcə də şikayətlərə baxılması prosesinin davamlı təhlilini təmin edən şirkətlərə verilir.
7/24 abunəçilərin sorğularını qəbul edən Azercell-in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, eləcə də (012) 4904949 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 4905252 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə müraciət etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
4 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
5 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
5 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
5 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb










.jpg)











