İcbari tibbi sığorta fonduna əlavə pul lazımdır, qanunvericilikdə dəyişikliklər ediləcək

"İcbari tibbi sığorta fondunun maliyyə mənbələrinin genişləndirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin mövcud qanunvericilikdə bu istiqamətdə dəyişikliklərin edilməsi ilə bağlı tərəfimizdən müvafiq işlər görülür".
Marja.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycan Beynəlxalq Sığorta Forumunda açılış nitqində bildirib.
Sədr nitqində qeyd edib ki, sığorta bazarının əsas iştirakçıları olan sığorta şirkətlərini, bir çox mütəxəssisləri və maraqlı tərəfləri bir araya gətirən Azərbaycan Beynəlxalq Sığorta Forumu ölkəmizdə bu sahənin inkişaf potensialını və çağırışları müzakirə etmək üçün əla fürsətdir.
“Hər kəsə məlumdur ki sığorta - bütün dünyada gözlənilməz hadisələr zamanı baş verə biləcək riskləri minimuma endirmək və maliyyə itkilərindən qorumaq üçün dəyərli bir alət hesab olunur. Əlbəttə, cəmiyyət üçün sığortanın bütün növləri vacibdir. Çünki bədbəxt hadisələr, təbii fəlakətlər, xəstəliklər, qəzalar və müxtəlif xoşagəlməz hallar baş verdikdə insanlar gözlənilməz xərclərlə qarşılaşırlar. Bundan qorunmağın yollarından biri sığortalanmaqdır. Bu mənada bütün sığorta şirkətləri və onların ümumi fəaliyyəti iqtisadi sistemin ayrılmaz bir hissəsidir. Amma bir növ sığorta var ki, yaşından və statusundan asılı olmayaraq hamı üçün vacibdir. Bu icbari tibbi sığortadır. Çünki insan sağlamlığına dəyən ziyan bərpaolunmaz fəsadlar törədə bilər. Ona görə də hesab edirəm sağlamlığın sığortası hər kəs üçün prioritet bir məsələ olmalıdır.
Dünya təcrübəsi göstərir ki, əhalinin sağlamlığının qorunmasında tibbi sığorta mühüm rol oynayır. Belə ki, tibbi sığortanın yüksək səviyyədə təşkil olunduğu ölkələrdə əhalinin sağlamlığı daha etibarlı qorunur, müalicə-profilaktika işlərinin əhatə dairəsinin genişləndirilməsi imkanları yaranır.
Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə də məhz əhalinin sağlamlığının daha effektiv qorunması və səhiyyə ilə bağlı maliyyə yükünün azaldılması məqsədi ilə ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Həmrəylik prinsipinə əsaslanan bu sosial layihə ölkəmizdə səhiyyə sahəsində aparılan vacib islahatdır”.
Zaur Əliyev bildirib ki, Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqində məqsədimiz, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etmək, səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirməkdir: “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin “heç kim kənarda qalmasın” prinsipi nəzərə alınaraq qurulan icbari tibbi sığorta sistemi əhalinin səhiyyə sahəsində fundamental ehtiyaclarını qarşılamaq məqsədi daşıyır. Hədəfimiz hər kəsin ehtiyac duyduğu keyfiyyətli səhiyyə xidmətlərini maddi çətinlik çəkmədən əldə etməsi üçün universal tibbi təminata nail olmaqdır. Qeyd edim ki, ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta ilə uşağdan böyüyə qədər hər kəs əhatəlidir və sığorta çərçivəsində qarşılanan 3300-dən çox tibbi xidmətdən ödənişsiz istifadə hüququ əldə edib.
Son illər dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılan vəsaitlərin artımı, səhiyyə üzrə xərclərin büdcə xərclərində payının çoxalması dövlətin bu sahəyə ayırdığı diqqətin göstəricisidir. Bütün bunlar bizə tibbi xidmətlərin keyfiyyətini və çeşidini artırmağa imkan verir. Ötən il biz uzun müddətdir təklif olunan qaraciyər, böyrək və sümük iliyi transplantasiyası və digər dəyəri yüksək cərrahi əməliyyatları da icbari tibbi sığorta təminatına daxil etdik. Nəticədə əhalinin tibbi xidmətlərə, xüsusən bahalı cərrahı əməliyyatlara əlçatanlığı artdı”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri qeyd edib ki, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha da artırılması və universal tibbi təminatın təşkil olunmasının əsasında icbari tibbi sığortanın maliyyə dayanıqlığını tam təmin etmək dayanır: “İcbari tibbi sığortanın maliyyə mənbələrini təhlil edəndə biz görürük ki, səhiyyə xərclərinin maliyyələşməsində əhəmiyyətli hissəni əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması üçün dövlət büdcəsindən ayırmalar və icbari tibbi sığorta fondu təşkil edir. İcbari tibbi sığorta fondunun maliyyə mənbələrinin genişləndirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin mövcud qanunvericilikdə bu istiqamətdə dəyişikliklərin edilməsi ilə bağlı tərəfimizdən müvafiq işlər görülür”.
Müştərilərin xəbərləri

Bakıda Zəfər Parkı ərazisində Zəfər Muzeyinin tikintisi sürətlə davam edir - Daxili tərtibat işlərinə start verilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
2 saat əvvəl
Xarici kapitallı bank 6 ayda 21 milyon manata yaxın xalis mənfəət əldə edib
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ziraat Bank Azərbaycanın aktivlərinin cəmi 1 milyard manatı keçdi
-
3 saat əvvəl
Qarabağ və Şərqi Zəngəzura fərdi minik avtomobili ilə səfər edənlərin sayı 2 dəfədən çox artıb
-
3 saat əvvəl
Mərkəzi Bank 2 sığorta şirkətinə icrası məcburi sərəncam verib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Sumqayıt Kimya Sənaye Parkının rezidenti ilk dəfə olaraq Yunanıstana məhsul ixracına başlayıb
-
4 saat əvvəl
Likvidlik risklərinə yeni yanaşma – ABA eksperti şərh edir - VİDEO
Son Xəbərlər

Bütün banklar mənfəət açıqladı - SİYAHI

Ziraat Bank Azərbaycanın aktivlərinin cəmi 1 milyard manatı keçdi

Mərkəzi Bank 2 sığorta şirkətinə icrası məcburi sərəncam verib

"Bank Respublika" tanınmış döyüşçünün sponsoru oldu
Ən çox oxunanlar

Sumqayıt Kimya Sənaye Parkının rezidenti ilk dəfə olaraq Yunanıstana məhsul ixracına başlayıb

Likvidlik risklərinə yeni yanaşma – ABA eksperti şərh edir - VİDEO

Azər Türk Bank ilk 6 ayı xalis mənfəət ilə bağlayıb

VTB (Azərbaycan) xalis mənfəətini artırıb
.jpg)
Sabahın hava proqnozu açıqlanıb

"Mpay" şirkəti QSC təşkilati-hüquqi formasından imtina etdi

ABB-nin biznes kreditləri portfeli 131 milyon manatdan çox artıb

Avropada təbii qazın qiyməti düşüb
