"Rabitəbank"ın istiqrazlarına 7 investor 7 sifariş təqdim etdi
15 may 2024-cü il tarixində Bakı Fond Birjasında "Rabitəbank" ASC-nin AZ2005003556, dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 10 milyon manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının tədavül müddəti 2 il , nominal dəyəri 100 manat olan, rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 98.0408 (10.5999%) manat və 100.0000 (9.5%) manat olan 7 sifariş təqdim edilmişdir. İstiqrazların illik faiz dərəcəsi 9.5%, faiz ödəniş dövrü isə hər 3 (təqvim) aydan bir (İl 360 gün, ay 30 gün) təşkil edir.
İstiqrazların kəsmə qiyməti 98.0408 (10.5999%) manat, orta ölçülmüş qiyməti isə 99.4741 (9.7927%) manat müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 10 milyon manat, nominal qiymətlə yerləşdirilmiş həcmi də 10 milyon manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 15 may 2026-cı ildir.
Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
31 d. əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 2 saat əvvəl
-
3 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
3 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
3 saat əvvəl
Orta Kür hövzəsiində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
3 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
-
3 saat əvvəl
Azərbaycan qazı üçün yeni Avropa bazarı – Slovakiya ilə danışıqlar davam edir
-
3 saat əvvəl
KPMG Azərbaycanın nəqliyyat sektorundakı layihələrə dair təkliflər təqdim edəcək
-
3 saat əvvəl
"Azərbaycana 30 trilyon dollardan çox vəsaiti idarə edən investorlar gəlib"
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Orta Kür hövzəsiində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
Ən çox oxunanlar
8 QVt-lıq böyük plan - Pərviz Şahbazov Azərbaycanın qarşıdakı 10 il üçün enerji prioritetlərini açıqladı
PAŞA Bank investisiya forumunda: Xarici və yerli kapitalın birləşməsi yeni imkanlar yaradır

























