“Kapital bazarının inkişafına töhfə verməyi qarşımıza məqsəd qoymuşuq” - MÜSAHİBƏ
"Ötən ilin nəticələri üzrə şirkətin ümumi əməliyyat dövriyyəsi 19.5 mlrd. manat təşkil etmiş, ümumi aktivlərin dəyəri isə 55.5% artmışdır"Müsahibimiz Unicapital İnvestisiya Şirkətinin Baş Direktoru Vüqar Namazov:
- Ötən ilin yekunları üzrə şirkətinizin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Ötən il 2023-2025-ci illər üzrə fəaliyyət strategiyamızın ilk ili yekunlaşdı. Bu il də əsas strateji hədəfimizə uyğun olaraq hər kəs üçün əlçatan, innovativ maliyyə həlləri təqdim etməklə, kapital bazarının inkişafına töhfə verməyi qarşımıza məqsəd qoymuşuq.
2023-cü ildə əsas fokusumuz investisiya xidmətlərinin fintex məhsula çevrilməsi, pərakəndə satış imkanlarından istifadənin maksimum həddə çatdırılması, institusional möhkəmlənmə və anderraytinq biznesində bazar payının genişləndirilməsi olmuşdur.
Ötən ilin nəticələri üzrə şirkətin ümumi əməliyyat dövriyyəsi 19.5 mlrd. manat təşkil etmiş, ümumi aktivlərin dəyəri isə 55.5% artmışdır.
Şirkətimizin yerli kapital bazarında anderraytinq xidməti üzrə əhatə dairəsi 30% artırılaraq, sözügedən istiqamətdə əməliyyat həcmi təqribən 500 mln. manat həddinə çatdırılıb. Keçdiyimiz il yerli bazarda manatla buraxılmış korporativ istiqrazlara tərəfimizdən rekord sayda – 52 investor cəlb olunub.
Tərəfdaşlarımızla birgə onlarla maarifləndirici və kapital bazarlarının təşviqinə yönəlmiş təşəbbüslə çıxış etdik. Buraya həm əyani materiallar, həm da müxtəlif mövzularda (çirkli pulların yuyulmasının qarşısının alınması, İPO, investisiya imkanları və s.) tədbirlər daxildir.
“Unicapital İnvestisiya Şirkəti” investisiya xidmətləri biznesinin bütün istiqamətlərində - korporativ, fərdi, dövlət sektoru, özəl sektor, o cümlədən kiçik və orta bizneslərdən olan müştərilərinə dəyər qazandırmaqdadır.
Məhz bu səbəblərdən, 2023-cü ildə uğurlu fəaliyyətimiz hesabına “Unicapital” bir neçə beynəlxalq mükafata layiq görülüb.
- “Unicapital İnvestisiya Şirkəti” kapital bazarının inkişafına təkan verən hansı müasir imkanlar yaradır?
- Təklif etdiyimiz innovativ həllər sayəsində, ötən ilin sonunda ümumi açılmış müştəri hesabları sayının 800 000-i keçməsi ilə investisiya xidmətləri biznesində böyük rekorda imza atdıq. Əlbəttə ki, müştərilər investisiya etdikləri pulun müqabilində əldə etdikləri xidmətdən rahatlıq və effektivlik gözləyirlər.
Bunun nəticəsi olaraq, müştərilərin saxlanması dərəcəsini 94% səviyyəsində möhkəmlətməyə nail olmuşuq (hansı ki, investisiya sahəsində bu rəqəm ortalama 78%-dir). Təəccüblü deyil ki, hər on müştəridən səkkizi bizi dostlarına və ailəsinə tövsiyə etməyə hazırdır.
Hər gün minlərlə insan xidmətlərimizdən istifadə edir. Ötən il icra olunan əqdlər üzrə təqdim edilən xidmətlərin təqribən 90%-dən çox hissəsi elektron şəkildə və əhəmiyyətli hissəsi mobil tətbiq üzərindən olmaqla həyata keçirilmişdir. Buna baxmayaraq, müştərilərimizə daha yaxın olmaq məqsədilə Azərbaycanın 14 şəhərində, 33 xidmət nöqtəsi formalaşdırmağa nail olmuşuq. Bütün bu sadalananlara istinadən deyə bilərəm ki, hazırda müştərilərimizə daha yaxın və əlçatanıq.
“Unicapital” olaraq, yerli kapital bazarında ilk genişmiqyaslı uğurlu layihəyə imza ataraq, tamamilə yeni biznes istiqaməti olan investisiya xidmətlərinin mobil bank tətbiqi üzərindən təqdim edilməsinə start verdik. “Leobank” mobil tətbiqi üzərindən investisiya xidmətlərinin təqdim edilməsi bu sahəni yeni inkişaf səviyyəsinə qaldıran fintex texnologiyasıdır.
Bununla yanaşı, ötən ilin sonunda Azərbaycanda ilk dəfə müştərilərimizə “UTrader” elektron ticarət platforması üzərindən yerli istiqrazlara investisiyanı mümkün etdik. Ümumillikdə son 1 il ərzində platformanın istifadəçi sayında 83% artım qeydə alınıb.
Hal-hazırda ölkəmizdə investisiya sahəsinə olan maraq artdığı kimi, bazar mühitində dinamiklik və rəqabət də ona düz mütənasib şəkildə irəliləyir. Ötən illərin pozitiv nəticələri, bizi cari ildə görüləcək işlərin uğurundan əmin edir.
- 2024-cü ildə “Unicapital”da hansı yeniliklərə şahid olacayıq?
Son dövrdə kapital bazarları üzrə dayanıqlı inkişaf, xidmət səviyyəsinin və əlçatanlığının yüksəldilməsi, o cümlədən investorların qorunması istiqamətində müsbət trendlərin şahidi oluruq.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası” üzrə prioritetlərin tətbiqində “Unicapital İ.Ş.” olaraq öz töhfəmizi verməyə xüsusi diqqət yetiririk.
2024-cü ildə biz müştərilərə fərdi qaydada yanaşmanı inkişaf etdirərək, onlarla olan əlaqələrimizi empatik və işgüzar istiqamətdə dərinləşdirməyə çalışacağıq. Komanda olaraq hər zaman müştərilərin ilk güvənli seçimi olmaq, onlara ən effektiv üsullarla, yüksək tələblərə cavab verən xidmətlər təklif etmək üçün dayanmadan inkişaf edirik. Ötən illər bu istiqamətdə təqdirəlayiq irəliləyiş qeydə alsaq da, sirr deyil ki, transformasiya zamana ehtiyac duyan, çoxillik prosesdir.
Həmçinin, korporativ idarəetmə təcrübəmizi davamlı təkmilləşdirməyə, investisiya xidmətləri biznesini yeni istedadlar və gənc liderlər üçün cəlbedici iş yeri olaraq formalaşdırmağa davam edəcəyik. Əməkdaşların inkişaf və perspektivli gələcəyinin təmini, yüksək istedad və ekspertlərin seçimi olmaq şirkətimizin prioritetləri sırasında yer alır.
Hazırda, şirkətimizin inkişaf istiqaməti yerli və xarici maliyyə bazarlarının məhsullarını müştərilərimizə əlçatan etmək, yerli kapital bazarının mühüm strukturu olan “Bakı Fond Birjası” ilə ticarət həllərimizi uzlaşdırmaq, həmçinin yerli İPO-larda iştirak planımızın həyata keçirilməsidir. Eyni zamanda bu ildən etibarən, “API” əsaslı broker həllərimizi genişləndirmək üçün rəqəmsallaşmanın növbəti mərhələsinə keçid edəcəyik.
Sonda onu qeyd edə bilərəm ki, 2024-cü il üzrə əsas hədəflərimiz müştərilərə daha əlçatan xidmət göstərmək, Azərbaycandakı mövqeyimizi əhəmiyyətli dərəcədə gücləndirmək və ölkənin iqtisadi inkişafının dəstəklənməsinə xidmət edən daha innovativ investisiya xidmətləri biznesinə çevrilməkdir.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
16 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 20 saat əvvəl
-
22 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO





















