"SSRİ-dən qalma köhnə dəzgahlarda işləyirik"
Bu il Azərbaycanda barama istehsalının bir neçə dəfə artaraq 244 tona çatması şimal-qərb bölgəsinin ən iri sənaye müəssisələrindən olan “Şəki-İpək” ASC-nin fəaliyyətini yenidən canlandırıb.
Xəbər verdiyimiz kimi, iyulun 3-dən müəssisənin baramaaçan istehsalatı işə salınıb və burada yenidən xam ipək istehsalına başlanılıb. Avqustun əvvəlindən etibarən isə artıq müəssisənin burucu və toxucu istehsalatlarının da fəaliyyətləri bərpa edilib.
Müxbir bu istehsal sahələrində olub, işçilərlə söhbətləşib.
Kümçülərdən tədarük olunan yaş barama müəssisənin xammal şöbəsində çeşidlənib təmizləndikdən sonra baramaaçan istehsalatına göndərilir. Burada istehsal olunan xam ipək sap daha sonra müəssisənin burucu istehsalatına daxil olur. Bir teldən ibarət olan ipək sap sexdəki dəzgahların köməyi ilə alıcının sifarişinə əsasən, 3 teldən 10 telədək qalınlıqda burulur. Hazırda bu istehsal sahəsində 25 işçi çalışır. Texnoloq Firidə Həşimovanın bildirdiyinə görə, sexin fəaliyyətinin bərpa edilməsi işçilər tərəfindən böyük razılıqla qarşılanıb. İşçilərlə söhbət zamanı burucular Xatirə Bağbanlı, Sevil Kərimova, Tamella Tağıyeva və başqaları avqustun 4-də Qaxda keçirilən respublika müşavirəsində Prezident İlham Əliyevin “Şəki-İpək” ASC-nin fəaliyyətinin gücləndirilməsi ilə bağlı söylədiyi fikirləri böyük sevinc hissi ilə qarşıladıqlarını vurğulayıb, müəssisənin fəaliyyətinin yenidən bərpa edilməsinə göstərdiyi qayğıya görə kollektiv adından dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Burulmuş ipək sap sonra müəssisənin toxucu istehsalatına göndərilir. İstehsalatın meneceri Abbas İsrafilovun bildirdiyinə görə, burada 70 işçi çalışır. İstehsalatda SSRİ-də istehsal olunmuş 96 ədəd köhnə dəzgahla yanaşı, Almaniya istehsalı olan 6 ədəd ən müasir toxucu avadanlığı da quraşdırılıb. Bu dəzgahların məhsuldarlığı əvvəlkilərdən bir neçə dəfə çoxdur. Sexdə toxunan ipək parçadan əsasən kəlağayı istehsalında istifadə olunur. İpək parçanın qalan hissəsi isə sifarişə uyğun olaraq doğranır, boyaq-bəzək sexində yuyulub ağardılır və daha sonra satışa göndərilir. Sexdə çalışan işçilərin orta aylıq əməkhaqqı 165-390 manat təşkil edir.
Toxucu istehsalatında çalışan ərişçi Sona Sadiqova və başqaları onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.
Səhmdar Cəmiyyətin idarə heyətinin sədri Nizami Qəribov bildirib ki, hazırkı xammal ehtiyatı ilə müəssisənin burucu, toxucu və digər istehsal sahələri 8 ay müddətində normal fəaliyyət göstərə biləcək. Müəssisə rəhbəri deyib ki, Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, növbəti ildə ölkədə barama istehsalının 500 tona çatdırılması qarşıya hədəf olaraq qoyulub. Xammal ehtiyatının artması müəssisənin ilboyu fasiləsiz fəaliyyətini təmin edəcək, eyni zamanda, ikinövbəli iş rejiminə keçmək də mümkün olacaq.
© Azərtac
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 3 saat əvvəl
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Sentyabrın 21-də gözlənilən hava şəraiti
Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
“Sizin Lombard” ödənişləri “M10”-da
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Ən çox oxunanlar
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?



















