“Tutxun” nəcib metal təzahürləri sahəsində kəşfiyyat-axtarış işlərinə başlanıb, ilkin nəticələr kafidir
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyətə başladığı dövrdən Qarabağ və Şərqi Zəngəzurda qanunsuz istismar faktlarının araşdırılmasına xüsusi diqqət ayırıb. Ermənistan və bəzi Avropa şirkətlərinin qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə fəaliyyət 2023-cü ildə də davam etdirilib. Vətən müharibəsindən daha əvvəl, 2018-ci ildə başladılan bu proses işğal faktına son qoyulduqdan sonra daha geniş miqyas alıb. 2022-ci ildən “AzerGold” bu istiqamətdə fəaliyyətini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə əməkdaşlıq şəraitində həyata keçirir.
Marja.az xəbər verir ki, bu, “AzerGold”ın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, həmçinin “AzerGold” QSC 2022-ci ildən Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən “Tutxun” nəcib metal sahəsində mərhələli kəşfiyyat-axtarış işlərinə başlayıb. Axtarış işləri yalnız minalardan təmizlənmiş sahələrdə aparılır. Belə ki, “Tutxun” sahəsində 273 km2 ərazidə tədqiqatların aparılması planlaşdırılsa da, 2023-cü ilin sonuna qədər minalardan təmizlənmiş 57 km2 ərazidə geoloji axtarış işlərinin icrası mümkün olub. İlkin nəticələr kafidir, tədqiqatlar davam etdirilir. Cari il daha 32 km2 sahənin geoloji axtarış işləri üçün ayrılması nəzərdə tutulub. Hazırda ərazi
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən mina və digər partlamamış hərbi sursatlardan təmizlənir.
Torpaqların minalardan təmizlənməsi ilə əlaqədar yaranan vaxt itkisini qismən kompensasiya etmək məqsədilə 2022-ci ildə Cənubi Qafqaz regionunda ilk dəfə olaraq hiperspektral peyk çəkilişləri həyata keçirilib. Çəkilişlər Kəlbəcər rayonunu, eləcə də Laçın rayonunun bir hissəsini əhatə etməklə, ümumilikdə 1624 km2 sahədə icra edilib.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq QSC-nin öhdəliyinə mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı, qiymətləndirilməsi kimi bir sıra vacib tapşırıqlar qoyulub. 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun mövcud təbii sərvətlərindən Azərbaycan xalqının mənafeyi naminə istifadə edilməsi istiqamətində Azərbaycan dövlətinin yürütdüyü siyasətə “AzerGold” dəstəyini göstərməyə davam edir.
Müştərilərin xəbərləri
Dövlət Gömrük Komitəsi, Braziliya Gömrük Administrasiyası və Ümumdünya Gömrük Təşkilatının nümayəndələri Food City Agrocomplex-də olublar
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
2 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 19 saat sonra
- 4 saat sonra
-
34 d. əvvəl
“Unibank” idarəetmə orqanları ilə bağlı növbədənkənar yığıncaq keçirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dövlət şirkəti tikinti layihələri üçün 130 milyon manatlıq istiqraz buraxır
-
2 saat əvvəl
Amazon-un “Zoox” şirkəti ödənişli robotaksi xidmətinə başlayır
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürüb
Ən çox oxunanlar
Amazon-un “Zoox” şirkəti ödənişli robotaksi xidmətinə başlayır
Bakıda daha bir ünvanda Subway restoranı açılır
Rəsmi məzənnələr açıqlandı
Orxan Nəzərli: Vergi dərəcələrini artırmaqda maraqlı deyilik
Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir















.png)










