“Azərbaycan Sənaye Korporasiyası”nın gəlirləri və mənfəəti artıb
“Azərbaycan Sənaye Korporasiyası” ASC 2022-ci il üçün maliyyə nəticələrini açıqlayıb.“Azərbaycan Sənaye Korporasiyası” ASC 2022-ci ili 46 milyon manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 44 milyon manat xalis mənfəəti ilə bağlamışdı.
Marja xəbər verir ki, bu, ASC-nin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC yarandığı tarixdən ən yüksək maliyyə nəticələrinə nail olaraq 2022-ci ili uğurla başa vurmuşdur: "Regional münaqişələr səbəbindən yaranmış enerji böhranı, təchizat zəncirlərindəki qırılmalar, iqlim dəyişiklikləri, qlobal iqtisadi fəallığın azalması və digər amillər Korporasiyaya daxil olan müəssisələrin təsərrüfat fəaliyyətinə mənfi təsir göstərsə də, yekun nəticədə Korporasiya qarşıya çıxan çətinlikləri aradan qaldıraraq 2022-ci ildə qoyulmuş vəzifələri uğurla icra edə bilmişdir. 2022-ci ilin audit olunmuş maliyyə hesabatlarına əsasən ümumi gəlirlər üzrə 437 milyon manat, Vergi, faiz üzrə xərclər və amortizasiya ayırmaları çıxılmazdan əvvəlki mənfəət (EBİTDA) üzrə 80 milyon manat, xalis mənfəət üzrə isə 46 milyon manat nəticə əldə edilmişdir. Maliyyə hesabatları "Baker Tilly Audit Azərbaycan" MMC tərəfindən yoxlanılmış və hesabatlara müvafiq rəy verilmişdir".
Qeyd edilib ki, ölkənin alüminium sənayesinin inkişaf etdirilməsi Korporasiyanın əsas fəaliyyət sahələrindən biri sayılır. 2022-ci ildə bu istiqamət üzrə 49.8 min ton məhsul istehsal edilmişdir. Külçə satışı 25.7 min ton, istiyayma rulonlarının satışı 9.6 min ton, soyuqyayma rulonlarının satışı isə 14.5 min ton təşkil etmişdir.
Korporasiyanın digər əsas fəaliyyət sahəsini pambıqçılığın inkişafı təşkil edir. Fermerlərdən tədarük edilmiş 78554 ton xam pambıqdan 2022-ci ildə 34371 ton mahlıc, 42249 ton texniki çiyid və digər yan məhsullar istehsal edilmiş, il ərzində 21169 ton mahlıc və 35887 ton texniki çiyidin satışı həyata keçirilmişdir.
Əlavə edilib ki, son üç il ərzində maliyyə nəticələrində müsbət dinamikaya nail olunmuşdur. Belə ki, Korporasiyanın ümumi gəlirləri 2020-ci ildə 278.9 milyon manat, 2021-ci ildə 429 milyon manat, 2022-ci ildə isə 437 milyon manat təşkil etmişdir. Vergi, faiz üzrə xərclər və amortizasiya ayırmaları çıxılmazdan əvvəlki mənfəət (EBİTDA) üzrə 2020-ci ildə 18.3 milyon manat, 2021-ci ildə 84 milyon manat, 2022-ci ildə 80 milyon manat, xalis mənfəət üzrə isə 2020-ci ildə -2,8 milyonmanat (zərər), 2021-ci ildə 44 milyon manat, 2022-ci ildə 46 milyon manat nəticə əldə edilmişdir.
Müştərilərin xəbərləri
Dövlət Gömrük Komitəsi, Braziliya Gömrük Administrasiyası və Ümumdünya Gömrük Təşkilatının nümayəndələri Food City Agrocomplex-də olublar
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
2 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 17 saat sonra
- 2 saat sonra
-
8 d. əvvəl
Əmək gəlirlərinə vergi üç mərhələdə artırılacaq və 7 faizə çatdırılacaq
-
22 d. əvvəl
“Roundup” məhkəmə iddialarının “Bayer” şirkətinə maliyyə yükü indiyədək 10 milyard dolları ötüb
- 44 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BTC boru kəmərinin operatorluğu SOCAR-a məxsus şirkətə keçib
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanda 2,9 milyard dollarlıq layihə - 50 milyard kubmetr əlavə qaz hasilatına imkan yaradacağı gözlənilir
Azərbaycanda daha bir BOKT ləğv olunur
Ən çox oxunanlar
Avqustun 7-də gözlənilən hava şəraiti
Hazırda bu layihəyə təxminən 420 işçi cəlb olunub, pik dövründə 700-dən çox iş yerinin yaradılacağı gözlənilir
Azəri-Çıraq-Günəşlidən hasilat stabil qalıb
Azərbaycanlı TIR sürücüləri Gürcüstan gömrüyündə “girov” qaldı – 45 gündür cavab yoxdur
Bakı–Tbilisi biletləri daha erkən satışa çıxarılacaq
Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürüb













.png)








