Manatın bənzərinin yaradılması üzrə yeni TƏLƏBLƏR
Azərbaycan Respublikasında milli pul nişanlarının reproduksiyasını (bənzədilmiş surətdə hazırlanması) tənzimləyən yeni qaydalar təsdiq edilib.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, ölkədə nağd pul tədavülünün effektiv və çevik idarə edilməsi çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının əsas hədəflərdən biri milli pul nişanlarının saxtalaşdırılmasına qarşı tədbirlərin gücləndirilməsidir.
Bu istiqamətdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq Mərkəzi Bankın İdarə Heyətinin 25 oktyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının reproduksiyası Qaydası” 3 noyabr 2023-cü il tarixindən qüvvəyə minmişdir.
Qayda ilə milli kağız və metal pul nişanlarının reproduksiyasına dair tələblər, o cümlədən pulların reproduksiyası zamanı ölçülərinə dair tələblər, elektron reproduksiyaya qarşı keyfiyyət parametrləri müəyyən edilir.
Reproduksiya qaydalarının tələblərini pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunur.
Qayda ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
https://e-qanun.az/framework/55501
reproduksiya - həqiqi pul nişanının bütöv səthinin, yaxud müəyyən hissəsinin və ya fərdi dizayn elementinin təsvirindən istifadə etməklə pul nişanının bənzərinin yaradılması.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
-
9 d. əvvəl
Avtomobil qəzalarının maliyyə yükü böyüyür – 8 ayda “PAŞA Sığorta”dan 10 milyon manatdan çox ödəniş
- 13 d. əvvəl
-
31 d. əvvəl
Bank tərəfindən akseptsiz tutulma nədir, hansı hallarda tətbiq edilir?
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
1 saat əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb - təyyarə, radar və müdafiə sistemləri alınır
Azərbaycan 14 HÜRKUŞ-II təlim təyyarəsi alır
Ən çox oxunanlar
BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

























