Mərkəzi Bank faiz qərarını açıqladı

OFİS LƏVAZİMATLARININ ƏN UCUZ SATILDIĞI MAĞAZALAR
Uçot dərəcəsi 15% səviyyəsində dəyişməz saxlandı
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 1 avqust 2017-ci il tarixində uçot dərəcəsinin 15% səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) dəyişməz saxlanılması barədə qərar qəbul etmişdir. Bu barədə "Marja"ya Mərkəzi Bankdan bildirilib.
Açıqlamada deyilir:
-Makroiqtisadi sabitliyin dərinləşdiyi bir şəraitdə iqtisadiyyatın aparıcı sektorunda işgüzar aktivliyin bərpası davam edir. Xarici balansın yaxşılaşması şəraitində valyuta bazarının tarazlığı təmin olunur və manatın məzənnəsi sabitdir. Qeyd olunan meyillər fonunda fiskal və maliyyə sektorunun likvidliyinin idarə edilməsi məqsədilə Mərkəzi Bank öz balansını bir qədər genişləndirmiş və iqtisadiyyata pul təklifini artırmışdır. İnflyasiya gözləntilərinin nisbətən səngiməsi davam etsə də inflyasiya ilə əlaqəli, xüsusilə təklif və struktur xarakterli risklər tam aradan qalxmayıb.
Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul edilərkən aşağıdakı makroiqtisadi meyillər nəzərə alınmışdır:
İqtisadi aktivlik. Real sektor və iqtisadi aktivlik göstəricilərinin dinamikası bərpa meyillərinin davam etdiyini nümayiş etdirir. Dövlət tələbi və xarici tələbin yüksəlməsi fonunda 2017-ci ilin 6 ayında qeyri-neft sektorunda 1.7%-lik iqtisadi artım qeydə alınmışdır. İqtisadi artım iqtisadiyyatın sahələri üzrə fərqlənir. İqtisadi artım ticari sektorda 3.7%, o cümlədən qeyri-neft sənayesində 5.4%, kənd təsərrüfatında 2.2% təşkil etmişdir. Mərkəzi Bank tərəfindən iyun ayında aparılan real sektorun monitorinqinin nəticələrinə görə emal sənayesində istehsal indeksi və ticarətdə satış indeksi göstəriciləri yaxşılaşır, istehsal güclərinin yüklənmə səviyyəsi yüksəlir. Eyni zamanda ev təsərrüfatları arasında keçirilən sorğular istehlakçı inamının son rübdə artdığını göstərir.
Xarici balans və məzənnə. Birinci yarımillikdə neftin orta dünya qiymətinin proqnoz səviyyə və ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi, qeyri-neft sektorunda ixracın aktivləşməsi və idxalın azalması trendlərinin təsiri altında xarici sektor göstəricilərinin yaxşılaşması davam edir. Yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 36.5%, o cümlədən qeyri-neft ixracı 27.9% artmış, idxal isə 15.7% azalmışdır. Xarici ticarət balansının profisiti 1.9 mlrd. ABŞ dolları təşkil etmiş, ölkənin strateji valyuta ehtiyatları artmışdır.
Xarici sektor göstəricilərinin yaxşılaşması və mövcud makroiqtisadi siyasət çərçivəsi valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin sabitliyini təmin edir. Mövcud xarici və daxili makroiqtisadi parametrlər çərçivəsində milli valyutanın xarici dəyərinin sabitliyi dayanıqlıdır. Manatın sabitliyi de-dollarizasiya meyili yaradır.
Monetar şərait. Monetar şərait ikinci rübdə nisbətən yumşalsa da ümumilikdə dövr ərzində neytral olmuşdur. İqtisadiyyatın, o cümlədən fiskal sektorun pula olan tələbinə adekvat olaraq pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası 2017-ci ilin ötən dövründə 6%-dən çox artmışdır. Bu ödəniş sisteminin sabitliyini təmin etməklə bərabər iqtisadiyyatın kreditləşdirilməsi imkanlarını genişləndirən amildir. Lakin, ilin əvvəlindən bank sektorunun likvid aktivlərinin əhəmiyyətli artımı fonunda real sektorun kreditləşməsi dinamikası bu ekosistemdə əlavə dəstəkləyici tədbirlərə ehtiyacın olduğunu göstərir.
Mərkəzi Bankın formalaşdırdığı monetar şərait iqtisadiyyatda yığımların stimullaşdırılması ilə istehsalın balanslı artımını tarazlaşdırmaqla mövcud inflyasiya risklərinin məhdudlaşdırılmasına yönəldilmişdir.
İnflyasiya prosesləri. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən cari ilin I yarısında orta illik inflyasiya 13.9% təşkil etmişdir. Orta illik əsasda ərzaq qiymətləri 18.1%, qeyri-ərzaq qiymətləri 12.4%, xidmətlər isə 9.4% dəyişmişdir.
Aylıq inflyasiya səviyyəsində mövsümi azalmaya və inflyasiya gözləntilərinin nisbətən səngiməsinə baxmayaraq hələ ki, inflyasiya üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb.
2017-ci ilin qalan dövründə baza inflyasiyanın (qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlərin, həmçinin mövsümi xarakter daşıyan məhsulların qiymət və tariflərinin dəyişimi nəzərə alınmadan hesablanan inflyasiya) azalma tendensiyasına malik olacağı gözlənilir. Ümumi inflyasiya səviyyəsinin isə manatın məzənnəsi, inersiya, məcmu daxili tələb, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, qlobal əmtəə bazarlarında meyillər və s. amillərdən asılı olaraq balanslaşacağı gözlənilir.
Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə 18 sentyabr 2017-ci il tarixdə müzakirə ediləcəkdir.
EKSPERTLƏR TƏLƏSMƏMƏYİ TÖVSİYƏ EDİRDİLƏR
Müstəqil ekspertlər bildirirdilərki, Mərkəzi Bank neftin qiyməti aşağı düşdüyündən Mərkəzi Bank uçot dərəcəsini aşağı salmaqda tələsməməli, neftin ucuzlaşması prosesinin qısamüddətli olub-olmadığına əmin olmalıdır.
"Tədiyyə balansının vəziyyətinin son aylar nisbətən yaxşılaşması isə neftin bir qədər bahalaşması, idxalın məhdudlaşdırılması və kapital axınının azalması hesabına baş verib. Gələcəkdə neftin ucuzlaşması və kapital axının davam etməsi balansda vəziyyəti yenidən pisləşdirə bilər. Eyni zamanda inflyasiya hələki ikirəqəmlidir və bəzi məhdudlaşdırıcı tədbirlər (pul kütləsinin məhdudlaşdırılması, nağd ödənişlərin məhdudlaşdırılması və s.) hesabına artımına imkan verilmir. Ancaq inflyasiya Mərkəzi Bankın növbəti aylarda qarşısında duran əsas vəzifələrdən biri olacaq. Ona görə Mərkəzi Bank uçot dərəcəsini aşağı salınmasına tələsməməlidir”,- iqtisadçı Samir Əliyev "Marja"ya bildirmişdi.
UÇOT DƏRƏCƏSİ NƏDİR?
Məlumat üçün bildirək ki, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.
Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
13 saat əvvəl
Azərbaycan və Ermənistan nifrət və ayrıseçkilik hallarına qarşı mübarizə aparacaqlar
-
13 saat əvvəl
Azərbaycan-Ermənistan sərhədində hər hansı üçüncü tərəfin qüvvələri yerləşdirilməyəcək
-
-
13 saat əvvəl
Azərbaycanla Ermənistan beynəlxalq hüquqi müstəvilərdə bir-birinə qarşı iddiaları geri götürəcək
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Bağırov” körpüsünün üzərindəki geri dönmədə hərəkət tam məhdudlaşdırılacaq
-
14 saat əvvəl
Özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar artıb
-
15 saat əvvəl
Bu sənaye parkında boş yer qalmayıb - tam olaraq sahibkarların istifadəsinə verilib
-
15 saat əvvəl
Azercell Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edir
- 16 saat əvvəl
Son Xəbərlər

Azərbaycan və Ermənistan nifrət və ayrıseçkilik hallarına qarşı mübarizə aparacaqlar

Azərbaycan-Ermənistan sərhədində hər hansı üçüncü tərəfin qüvvələri yerləşdirilməyəcək

Azərbaycanla Ermənistan beynəlxalq hüquqi müstəvilərdə bir-birinə qarşı iddiaları geri götürəcək

Sülh sazişinin mətni açıqlandı

Azərbaycanda su kanalı 95,6 milyon manata yenidən qurulacaq

Ən prestijli yarışlardan birinin dünya finalı Bakıda: Gələcəyin texnoloji liderləri üçün tarixi fürsət

Çinin avtomobil markalarının Avropada bazar payı artır
Ən çox oxunanlar

"Kəpəz BOKT"ın kredit portfeli böyüyüb

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir - SƏRƏNCAM

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda inflyasiya yavaşlayıb

HELL-dən böyük kampaniya: 200+ eksklüziv hədiyyə və “Toyota Camry”
