İşsizlik müavinəti üçün sığorta stajının müddəti azaldılır
Növbəti ildə Azərbaycanda sığorta stajı barədə tələb yumşaldılacaq. 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək.Vətəndaşın leqal əməkhaqqı alması, sosial sığorta haqqı ödəməsi pensiya artımına təsir edən əsas amildir.
Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı əmək və sosial müdafiə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu sahədə işləri davam edəcək: “Bu gün mütləq rəqəmlər bizim arzu etdiyimiz rəqəmlərdən azdır. İşə düzəlmə ilə bağlı işlər dinamikləşdirilib. 500 min işsiz şəxs məşğulluq mərkəzləri vasitəsilə işə düzəlib. İşəgötürənlərin vakansiyalarının elektron portala yerləşdirilməsi problemi var idi. Son 5 ildə 700 mindən çox vakansiya elektron portalda yerləşdirilib. Növbəti illərdə bu rəqəmlərin daha da artacağına inanıram”.
Sahil Babayev insanların işsizliyə stimullaşdırılmasına qarşı olduğunu bildirib:
“İşsizliyə görə sığorta haqları müəyyən müddət işləmiş şəxslərə verilir. Burada ana prinsip işdən çıxan şəxsin iradəsindən kənar hal olmalıdır ki, ona bu vəsaiti verə bilək. Əks halda biz onları işsizliyə stimullaşdırmış olarıq. Növbəti olaraq, biz sığorta stajının müddətini 30 aydan 24 aya endiririk. 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək. Əvvəl bu tələb 3 il idi. Növbəti ildə biz 15 milyona yaxın sığorta ödənişi etməyi planlaşdırırıq”.
Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən işdən azad olunduğu hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə – sığorta ödənişi 3 ay müddətinə minimum sığorta ödənişi məbləğində təyin olunur. (Minimum sığorta ödənişi ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur).
Sığorta ödənişi alan bütün işsizlərə uşağa görə əlavə veriləcək
Uşağa görə əlavəni məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlar alacaq.
Bu, bu gün Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, qanuna əsasən minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.
Hazırda qüvvədə olan qanuna əsasən, himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) və əmək münasibətlərinə dövlət orqanı və ya hüquqi şəxs ləğv edilməsi (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən) və işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatlarının ixtisar edilməsi (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən) ilə əlaqədar əsaslarla xitam verilmiş şəxslərin əsas sığorta ödənişinə bu Qanunla müəyyən olunmuş əlavə almaq hüququ var.
Bu şəxslərin sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır.
Beləliklə, artıq bu, məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlara şamil ediləcək.
© APA
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 52 d. əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Sentyabrın 21-də gözlənilən hava şəraiti
Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
“Sizin Lombard” ödənişləri “M10”-da
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Ən çox oxunanlar
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?





















