"Bitcoin"də mühüm dəyişiklik: İkiyə bölünə bilər
Bitcoin üçün kritik tarix: 1 Avqust
Kripto rəqəmsal pul vahidi texnologiyası "Bitcoin"dəki fikir ayrılığı bu gün (1 Avqust 2017) pul vahidinin iki yerə bölünməsi ilə nəticələnə bilər.
“Marja” xəbər verir ki, "Bitcoin"ə investisiya yatıranlar bundan narahatdırlar.
Bir müddətdir "Bitcoin" haqqında şikayətlər var. Aparılan əməliyyatların qeydə alındığı sistemdə, nadir hallarda olsa da, proseslərin bütün göstəricilərinin yaddaşa getməməsi baş verə bilir. Bu da, əməliyyatın sonradan dəyişdirilməsini imkan verir, yəni, dələduzluğa qapı açır.
Problemi aradan qaldırmaq üçün "Segwit2x" adı verilən bir yeniləmənin həyata keçirilməsinə qərar verilib. Bu yeniləmə, pul vahidində deyil, arxasındakı eyni adlı texnologiya olan "Bitcoin"də ediləcək.
“Bitcoin” sahiblərinin sayını artıması, əməliyyatların başa çatdırma müddətlərini uzadıb. Təkcə bir əməliyyat üçün 7 saata qədər gözləyənlər olub.
“Bitcoin” ilə saniyədə 3 ilə 7 əməliyyat həyata keçirmək mümkündür. Bunu bir kredit kartı ilə müqayisə edək; Visa-nın sistemi saniyədə 56 min əməliyyatı dəstəkləyir. Aparılan əməliyyat sayı isə orta hesabla saniyədə 1700-dür.
Problemi aradan qaldırmaq üçün blok həcmi dəyişdiriləcək. Başlanğıcda təhlükəsizliyi təmin etmək, kiber hücumlar baş verməməsi üçün 1 MB olan üst limit, əvvəl 2 MB-a, sonra da mərhələli olaraq 8 MB-a qədər qaldırılacaq.
Bu yeniləmə bəzi problemləri həll etsə də, bəziləri üçün yetərli görünmür. Elə problem də burada çıxır. “Bitmain” daxil bir sıra “Bitcoin” şirkətləri (yəni Bitcoin istehsal edən şirkətlər) və “Bitcoin Unlimited” kimi texnologiya üzərində çalışan şirkətlər, bu fikri dəstəkləmirlər. “Bitcoin Unlimited” məhdudiyyətsiz blok həcmi istəyir, “Bitmain” isə bu yeniləməninsistemi mahiyyətindən uzaqlaşdırdığını müdafiə edir.
"Segwit"in tətbiqi üçün şəbəkədəki sistemlərin 95%-i tərəfindən dəstəklənməsi lazımdır. Bitcoin.com-a görə isə dəstək 88,2% nisbətinə çatmışdır. Ancaq 95%-in nə çətin əldə edilə bilən bir nisbət olduğu söylənilir.
"Segwit"ə dəstək verməyənlər “Bitcoin Cash” (BCC) adlı yeni pul vahidini ortaya çıxarmaq niyyətindədirlər. Onlar yeni bir blok zənciri üzərində yeni pil vahidi yaratmaq istəyirlər.
İkinci bir pul vahidinin ortaya çıxıb çıxmayacağı dəqiq deyil. Bu barədə qərarı istifadəçilər bu gün verəcəklər. Yeni bir qərar çıxmasa sistem yenilənmiş şəkildə fəaliyyətinə davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
- 3 saat sonra
-
-
36 d. əvvəl
"Gündə 5 dəfə, ayda 20 min manat" - Kartlara pul köçürülməsinə yeni limit barədə AÇIQLAMA
- 1 saat əvvəl
-
1 saat əvvəl
200 min manatlıq rüşvət əməliyyatı: İki vergi məmuru həbs edildi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rabitəbank POS-terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı
-
3 saat əvvəl
50 milyon manatlıq istiqrazlar baarədə “Ticarətə İcazə” qərarı verilib
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
200 min manatlıq rüşvət əməliyyatı: İki vergi məmuru həbs edildi
Ən çox oxunanlar
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
Rəsmi məzənnələr açıqlandı
Monetra Finance-ə yeni direktor təyin olunub
Özbəkistan şəbəkəsi Azərbaycan bazarına daxil olur
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
İş elanlarına bax - azvak.az























