Azərbaycanda sığorta məhsullarını Telegram-da əldə etmək mümkün oldu - BAZARDA YENİLİK
Rəqəmsal transformasiya – sığorta bazarının yeni strategiyası.(®) Texnoloji innovasiyaların gündən günə artdığı dünyada maliyyə texnologiyaları müasir biznes təsvirinin formalaşmasında aparıcı rola malikdir və sığorta fəaliyyətinin gələcəyini formalaşdıracaq istiqamətdir. Təsəvvür edin: bütün əməliyyatlar tez, kağızsız, bir neçə kliklə və ya ekrana toxunmaqla tamamlanır.
“Bakı Sığorta” şirkəti bu dəyişikliklərdən kənarda qalmır və şirkətin hazırlanmaqda olan yeni strateqiyası biznes proseslərin tam rəqəmsal transformasiyasına hədəflənir. Müştərilər sığorta məhsullarını onlayn qaydada əldə etmək, onlara əlavələr, düzəliş və statusuna nəzarət etmək, real vaxt rejimində sığorta ödənişlərini almaq, həmçinin sorğularına uyğun olaraq fərdiləşdirilmiş təkliflər almaq imkanı əldə edəcəklər.
Yeni strategiyanın bir hissəsi olaraq, Telegram messencerində rəqəmsal transformasiyaya və innovativ yanaşmaya yönəlmiş yeni profilimizi (https://t.me/bakisigorta_bot) Sizə təqdim edirik.
Artıq müştərilər intellektual botumuzdan istifadə etməklə seşilmiş sığorta məhsullarını birbaşa Telegram-da əldə edə bilərlər. Misal üçün, smartfon ekranında bir neçə kliklə siz xaricə səyahətlə bağlı viza almaq üçün zəruri olan sığorta polisini əldə edə biləcək.
“Bakı Sığorta” ASC-nin mövcud müştəriləri üçün isə əlavə imkanlar təqdim edilir: Telegram-da identifikasiyadan sonra siz mövcud sığorta şəhadətnamələrini birbaşa messencer vasitəsi ilə idarə edə biləcəklər.
Artıq kağız sənədlərə ehtiyac yoxdur - hər şey bir tətbiqdə əlinizdədir.
Bu inteqrasiyanın əsas üstünlüklərindən biri də bildiriş sistemidir. “Bakı Sığorta” şirkətinin müştəriləri müqavilənin ödənilməsi zərurəti barədə vaxtında xatırlatmalar, müqavilənin başa çatması haqqında məlumat alacaq və dərhal onun yenilənməsi üçün ərizə göndərə biləcəklər. Bütün bu imkanlar, o cümlədən ödəniş birbaşa Telegram-da həyata keçirilə bilər ki, bu da prosesi mümkün qədər rahat və sürətli edir.
Təbii ki, onlayn məkana keçid təhlükəsizlik məsələlərinə diqqətin artırılmasını tələb edir. Telegram-da həyata keçirilən bütün tranzaksiyalar və əməliyyatlar beynəlxalq təhlükəsizlik standartlarına uyğundur və qabaqcıl şifrələmə texnologiyaları məlumatlarınızın etibarlı qorunmasına zəmanət verir.
Yeni texnologiyaların və innovasiyaların tətbiqi sığortanı hər biriniz üçün daha asan, sürətli və daha rahat etməyə imkan verir.
Bakı Sığorta – sığortaya çox asan yol!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
DİQQƏT: Pulunu artırmağın yeni yolu var!
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropa Mərkəzi Bankı da faizə toxunmadı
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
Avrozonada inflyasiya 3 faizə yüksəlib
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb












.jpg)




