1092 günlük dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
31 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri:
Dövlət istiqrazının növü:Kuponlu, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu: AZ0201040109
Emissiya həcmi: 55 000 000 manat
Nominal dəyəri: 100 manat
İstiqrazların tədavül müddəti: 1092 gün (903 qalıq gün)
Faiz ödənişləri: 23 aprel 2024-cü il, 22 oktyabr 2024-cü il, 22 aprel 2025-ci il, 21 oktyabr 2025-ci il, 21 aprel 2026-cı il
Faiz gəliri:7%
Ödəmə tarixi: 21.04.2026
Anderrayter: “PAŞA Kapital İŞ” QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Müştərilərin xəbərləri
Dövlət Gömrük Komitəsi, Braziliya Gömrük Administrasiyası və Ümumdünya Gömrük Təşkilatının nümayəndələri Food City Agrocomplex-də olublar
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
2 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 13 saat sonra
- 6 d. əvvəl
- 18 d. əvvəl
-
23 d. əvvəl
PAŞA Kapital-ın anderrayterliyi ilə Kapital Bank istiqrazlarına 146 milyon manatdan artıq sifariş
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2026-cı ildə bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı artıb
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
“Expressbank”da yeni təyinat
“MİDA” MMC-nin xalis mənfəəti 85% azalıb
İnvestorlar üçün yeni imkan: İllik 10,5% gəlir təklif edən və rüblük ödənişli istiqrazlar bazara çıxır
Ən çox oxunanlar
Dünyanın ən zəngin insanının şirkəti: SpaceX InvestAz-da! ®
"Qaranlıq avtomobildə gizli görüş – Cəmi bir neçə dəqiqə davam edib”
“BOKT International” investorlardan 1 milyon manat borc cəlb etdi
Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb
























