BOKT kreditlərinə artan tələbi ödəmək üçün böyük məbləğdə vəsait cəlb edir - ŞƏRTLƏR
“Bank Olmayan kredit Təşkilatı “İnternational” ASC iki ayrı istiqrazların yerləşdirilməsi yolu ilə 3 milyon manat cəlb etməyi nəzərdə tutur.
Marja.az-ın məlumatına görə, buraxılışlardan bir ilə 2 milyon manat cəlb edilməsi planlaşdırılıb. Buraxılan faizli, təminatsız, sənədsiz, adlı istiqrazların hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəddir. Tədavül müddəti 18 ay, illik dərəcə 13%-dir. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir.
Digər yerləşdirmə ilə 1 milyon manat cəlb edilməsi nəzərdə tutulur. Faizli, təminatsız, sənədsiz, adlı istiqrazların hər birinin nominal dəyəri 1000 manat olan 1000 ədədir. İstiqrazlar üzrə illik dərəcə 18%-dir. İstiqrazların faiz ödəniş dövrünün müddəti 30 gündür. Tədavül müddəti isə 60 aydır. Qeyd edək ki, bu istiqrazlar BOKT “İnternational” ASC-nin ər birinin nominal dəyəri 1000 manat olan 6 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının bir hissəsidir (Buraxılış 1). Həmin buraxılış aşağıdakı qaydada yerləşdiriləcəkdir:
Buraxılış 1- ümumi məbləği 1 mln. manat olan, hər birinin nominal dəyəri 1000 manat olan, 1000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz.
Buraxılış 2 - ümumi məbləği 1 mln. manat olan, hər birinin nominal dəyəri 1000 manat olan, 1000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz.
Buraxılış 3- ümumi məbləği 1 mln. manat olan, hər birinin nominal dəyəri 1000 manat olan, 1000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz.
Buraxılış 4- ümumi məbləği 1 mln. manat olan, hər birinin nominal dəyəri 1000 manat olan, 1000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz.
Buraxılış 5 - ümumi məbləği 1 mln. manat olan, hər birinin nominal dəyəri 1000 manat olan, 1000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz.
Buraxılış 6- ümumi məbləği 1 mln. manat olan, hər birinin nominal dəyəri 1000 manat olan, 1000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz.
İstiqraz təkliflərinin səbəbi kredit məhsullarına tələbin artması fonunda emitentin əlavə vəsaitə ehtiyacının yaranmasıdır. İstiqrazlardan əldə edilən vəsait emitentin əsas fəaliyyəti olan fiziki və hüquqi şəxslərə kreditlərin verilməsinə yönəldiləcəkdir.
BOKT “İnternational” QSC əsasən riteyl və mikro biznes kredit bazarında fəaliyyət göstərir.
İstiqrazlar “Bakı Fond Birjası” QSC-nin ticarət platformasında rəqabətli hərrac üsulu vasitəsilə yerləşdiriləcəkdir. Hərracın keçirilməsinə ən azı 2 iş günü qalmış BFB-nin internet saytında açıqlanacaqdır.
Emissiyanın və yerləşdirmənin anderrayteri “Paşa Kapital İnvestisiya Şirkəti”dir.
Yeni buraxılan istiqrazlardan əlavə BOKT-un
AZ2001021024; 3000 (üç min) ədəd, 1000 (bir min) manat;
AZ2002021023; 6000 (altı min) ədəd, 1000 (bir min) manat,;
AZ2003021022; 2000 (iki min) ədəd, 1000 (bir min) manat;
AZ2004021021; 20 000 (iyirmi min) ədəd, 100 (bir yüz) manat;
AZ2005021020; 20 000 (iyirmi min) ədəd, 100 (bir yüz) manat istiqrazları mövcuddur.
“İnternational” QSC 2020-ci ili 201 min 912 manat, 2021-ciili 410 min 553 manat, 2022-ci ili 1 milyon 530 min manat xalis mənfəət ilə başa vurub. 2022-ci ili sonunda Təşkilatın kredit portfeli 24 milyon 602 min manata, 2023-cü ilin 30 iyun tarixində isə 27 milyon 375 min manata çatıb.
BOKT “İnternational” ASC-nin nizamnamə kapitalının 100%-i Həsənov Rifat Vaqif oğluna məxsusdur.
Müştərilərin xəbərləri
Dövlət Gömrük Komitəsi, Braziliya Gömrük Administrasiyası və Ümumdünya Gömrük Təşkilatının nümayəndələri Food City Agrocomplex-də olublar
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
2 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 13 saat sonra
- 16 d. əvvəl
- 28 d. əvvəl
-
33 d. əvvəl
PAŞA Kapital-ın anderrayterliyi ilə Kapital Bank istiqrazlarına 146 milyon manatdan artıq sifariş
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2026-cı ildə bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı artıb
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
“Expressbank”da yeni təyinat
“MİDA” MMC-nin xalis mənfəəti 85% azalıb
İnvestorlar üçün yeni imkan: İllik 10,5% gəlir təklif edən və rüblük ödənişli istiqrazlar bazara çıxır
Ən çox oxunanlar
Dünyanın ən zəngin insanının şirkəti: SpaceX InvestAz-da! ®
"Qaranlıq avtomobildə gizli görüş – Cəmi bir neçə dəqiqə davam edib”
“BOKT International” investorlardan 1 milyon manat borc cəlb etdi
Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb






















