Fələstin-İsrail müharibəsi fonunda neftin qiymətində sıçrayış baş verdi
İsrail və Həmas qüvvələri arasında baş verən hərbi toqquşmalar Yaxın Şərqdə siyasi qeyri-müəyyənliyi dərinləşdirdiyi üçün bazar ertəsi Asiya ticarətində neftin qiyməti artıb.İsraildə baş verənlər investorları qorxudur və təhlükəsiz aktivlərə keçirlər. Bazarlar geosiyasi riski ölçmək üçün Yaxın Şərqdəki hadisələri yaxından izləyirlər.
Marja.az xəbər verir ki, Fələstinin Həmas qruplaşmasının silahlıları şənbə günü misli görünməmiş hücumla İsrailə daxil olublar. ABŞ başda olmaqla Qərb ölkələri hücumu pisləyib və İsrailə dəstək vəd ediblər.
Həftə sonu analitiklər bildirmişdilər ki, artan geosiyasi risk qızıl, dollar və ABŞ Xəzinə istiqrazlarına tələbi artıracaq. Bazar ertəsi Asiyada ticarət başlayan kimi bu proqnoz özünü doğrultdu. ABŞ fond fyuçersləri düşüb, xam neft, qızıl və xəzinə istiqrazları bahalaşıb.
Bazarlar son həftələrdə ABŞ-da faiz dərəcələrinin daha uzun müddət yüksək qalacağına dair gözləntilərə reaksiya verirdi. ABŞ dolları onsuz da yüksəliş zolağında idi. Səhmlər üçüncü rübdə kəskin itkilərə məruz qalıb.
İsrailin HƏMAS-a müharibə elan etməsindən sonra Wall Street-də yeni geosiyasi risk yaranıb.
Bazar ertəsi Asiya ticarətində neftin qiyməti bir barel üçün 4 dollardan çox artıb. Bakı vaxtı ilə saat 08:00-da Brent nefti 3,7% bahalaşama ilə 87,72 dollardan ticarət olunub. Gecə saatlarında Brent nefti 4,94% artaraq barreli 88,76 dolları görüb.
İqtisadçılar bildirirlər ki, hadisənin bazarlara əlavə təsiri onun nə qədər davam edəcəyindən və başqalarının münaqişəyə cəlb edilib-edilməməsindən asılıdır.
HƏMAS-ın hücumu İran və İranın Livan müttəfiqləri Hizbullah tərəfindən açıq şəkildə dəstəklənib.
İranın neft hasilatı artır, lakin onların ABŞ-la pərdə arxasında əldə etdikləri hər hansı irəliləyiş İranın Həmas-ın hərəkətlərini planlaşdırmasının üzə çıxması ilə kəskin şəkildə sarsıla bilər. Mümkün hasilat itkisi əhəmiyyətli olacaq.
Səudiyyə Ərəbistanının necə reaksiya verəcəyi də çox vacibdir. Vaşinqton İsrail və Səudiyyə Ərəbistanı arasında əlaqələri normallaşdıracaq razılaşma əldə etməyə çalışır.
XXX
Fələstinin HƏMAS qruplaşması şənbə günü İsrailə son onilliklərin ən böyük hərbi hücumunu həyata keçirib, yüzlərlə israillini öldürüblər. Ardınca İsrailin Qəzzayə cavab zərbələrinə səbəb olub.
Analitiklər bildirir ki, yaxın Şərqdə artan geosiyasi risk neft qiymətlərini dəstəkləməlidir, daha yüksək volatillik gözləmək olar.
Zorakılığın artması ABŞ-ın Səudiyyə Ərəbistanı ilə İsrail arasında yaxınlaşmada vasitəçilik səylərini pozmaq təhlükəsi yaradır ki, bu zaman krallıq Vaşinqton və Ər-Riyad arasında müdafiə razılaşması müqabilində İsraillə əlaqələri normallaşdıracaq.
Xəbər verildiyi kimi, Səudiyyə rəsmiləri cümə günü Ağ Evə İsraillə təklif olunan razılaşmanın bir hissəsi olaraq gələn il hasilatı artırmağa hazır olduqlarını bildiriblər. Səudiyyə Ərəbistanında hasilatın artması, əsas istehsalçılar Səudiyyə Ərəbistanı və Rusiyadan aylarla hasilatın azaldılmasından sonra qıtlığın aradan qaldırmağa kömək edə bilərdi.
Səudiyyə-İsrail münasibətlərinin normallaşması Səudiyyə Ərəbistanı ilə İran arasında gərginliyin azalması istiqamətində son addımları dondura bilər.
Bazarın diqqəti İsrail hakimiyyətinin artıq iddia etdiyi hücumlarda İranın əli olması ehtimalına yönəlib.
Qərb ölkələri rəsmi olaraq İran kəşfiyyatını HƏMAS hücumu ilə əlaqələndirsələr, o zaman İranın neft hasilatı və ixracı qaçılmaz olaraq aşağı yönlü risklərlə üzləşəcək.
"Wall Street Journal" Həmas və Livanın hərbiləşdirilmiş Hizbullah təşkilatına istinadən yazır ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) avqust ayından Fələstinin islamçı HƏMAS hərəkatına İsrailə hücum planına kömək edir. İslami qrupların nümayəndələrinin sözlərinə görə, İran oktyabrın 2-də Beyrutda keçirilən toplantıda İsrailə hücuma yaşıl işıq yandırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
13 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
13 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 15 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR

















