Sahibkarlar və şirkətlər sabit telefon (məftilli) xidmətinə qoşulmaq üçün nə etməlidir?
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı
Ölkə ərazisində sabit telefon (məftilli) xidməti vətəndaşlara iki təbii inhisar subyekti - “Aztelekom” İB və “Bakı Telefon Rabitəsi” MMC tərəfindən göstərilir. Vətəndaşlar sabit telefon xidmətindən istifadə üçün məhz bu subyektlərə müraciət etməlidirlər.
Sabit telefon xidmətinə necə qoşulmaq olar?
Sabit telefon (məftilli) xidmətindən istifadə etmək üçün ilk növbədə müvafiq operatora şəbəkəyə qoşulmaqla bağlı müraciət olunmalıdır. Qanunvericiliyə əsasən, operator müraciət edən şəxsə qoşulma üçün texniki imkan barədə 3 iş günündən gec olmayaraq məlumat verir. Bundan sonra operator ilə müraciət edən şəxs arasında şəbəkəyə qoşulmaya dair müqavilə bağlanılır. Operator, provayder texniki imkanlarına uyğun olan telekommunikasiya xidmətinin göstərilməsi üçün müraciət edən abunəçi ilə qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, belə xidmətin göstərilməsinə dair müqavilə bağlamaqdan imtina edə bilməz.
Abunəçilər əhali və qeyri-əhali kateqoriyalarına bölünür. Əhali kateqoriyasına aid olan abunəçi yaşayış evlərində və mənzillərində yaşayan, xidmətdən qoşulma müqaviləsinə uyğun təyinatı üzrə istifadə edən və abunə haqqını əhali kateqoriyası üçün müəyyən edilmiş tariflə ödəyən fiziki şəxs hesab edilir. Digər abunəçilər isə qeyri-əhali kateqoriyasına aid edilir.
Xidmətə qoşulmaq üçün hansı sənədlər lazımdır?
Sabit telefon xidmətinə qoşulmaq üçün bu sənədlər tələb olunur:
- Fərdi abunəçilər - 1) mənzildə qeydiyyat olduqda, yalnız şəxsiyyət vəsiqəsi; 2) mənzildə qeydiyyat olmadıqda, mülkiyyət sənədi və şəxsiyyət vəsiqəsi (etibarnamə);
- Fiziki şəxslər (Fərdi sahibkarlar) – 1) şəxsi mülkiyyət olarsa, şəxsiyyət vəsiqəsi, mülkiyyət sənədi, VÖEN; 2) şəxsi mülkiyyət olmazsa, şəxsiyyət vəsiqəsi, icarə müqaviləsi, VÖEN;
- Hüquqi şəxslər - yazılı müraciət (məktub), VÖEN, dövlət reyestrindən çıxarış, icarə müqaviləsi (mülkiyyətçi olmadıqda) və ya mülkiyyət sənədi (mülkiyyətçi olduqda) ilə müraciət edir və bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.
Abunəçi ilə qoşulma müqaviləsi bağlandıqdan və qoşulma haqqı ödənildikdən sonra operator müqavilədə müəyyən edilən müddətdən gec olmayaraq telefon xəttinin və aparatının şəbəkəyə qoşulmasını təmin etməlidir.
Məlumat üçün bildirək ki, telekommunikasiya vasitələrinin quraşdırılmasına başlanılan ərazilərdə qoşulma əvvəlcədən sənədləşdirilə bilər. Bu halda qoşulma haqqı ödənildikdən sonra qoşulma müqaviləsində göstərilən müddətdən gec olmayaraq abunəçinin xidmətdən istifadə etməsi təmin olunmalıdır.
Qeyd edək ki, son telekommunikasiya avadanlığı texniki normaların tələblərinə uyğun olmaqla, abunəçinin istədiyi yerdə quraşdırılır. Texniki imkan olduqda əlavə telefon çəkilməsinə hər hansı məhdudiyyət qoyulmur.
Xidmətə qoşulma haqqı nə qədərdir?
Sabit telefon (məftilli) xidməti üzrə şəbəkəyə qoşulma haqqı Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir. Belə ki, şəbəkənin son nöqtəsindən 100 metrədək məsafədə xidmətə qoşulma müraciət edən şəxs tərəfindən sadəcə qoşulma haqqı ödənilməklə operator tərəfindən həyata keçirilir. Qoşulma məsafəsi 100 metrdən artıq olduqda, 100 metrdən artıq olan hissə üçün operator tərəfindən hazırlanan smetaya uyğun xərclər də qoşulma haqqına əlavə olaraq müraciət edən şəxs tərəfindən ödənilir.
Vurğulayaq ki, abunəçilərin şəhər və rayon daxili sabit telefon (məftilli) danışıqları ödənişsizdir. Lakin hər iki kateqoriyadan olan abunəçilər operatorlar tərəfindən göstərilən xidmətə görə aylıq abunə haqları ödəyirlər. Abunə haqqı cari ayın 5-dək ödənilir. Cari ay ərzində istifadə edilmiş xidmətlərin haqqı isə növbəti ayın 5-dək ödənilir. Aylıq abunə, xidmət üzrə qoşulma, yenidən qoşulma, ölkədaxili danışıq, beynəlxalq danışıq və digər göstərilən xidmətlər üzrə tariflər Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir. Həmin xidmətlərin dəyəri müvafiq tariflərə uyğun olaraq aylıq hesablanır və ödənilir. Hazırda qüvvədə olan rabitə xidmətlərinin tarifləri barədə məlumatı Tarif Şurasının saytına (http://tariff.gov.az/?/az/content/69/) keçid etməklə əldə etmək olar.
Xidmətə qoşulma müqaviləsi hansı hallarda ləğv edilə bilər?
Qoşulma müqaviləsi abunəçinin müraciəti əsasında və ya abunəçi qoşulma müqaviləsi ilə müəyyən olunmuş şərtləri pozduqda ləğv edilə bilər.
Sabit telefon xidmətinə qoşulma zamanı qanunvericiliyin tələblərinin pozulması halları ilə bağlı hansı quruma müraciət etmək olar?
Təbii inhisar subyektlərinin, o cümlədən sabit telefon xidmətini təklif edən təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. İstehlakçılar sabit telefon (məftilli) xidmətinə qoşulma zamanı qanunvericiliyin tələblərinin pozulması halları ilə qarşılaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt (office@competition.gov.az) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 d. əvvəl
Daha 4 BOKT Azərbaycan Mikromaliyyə Assosiasiyasına üzv olub
-
36 d. əvvəl
Zəfər Parkı və Port Baku yaxınlığında yeni lüks “Avenue 8” layihəsinə start verildi
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 41 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın valyuta ehtiyatlarının məbləği ümumi daxili məhsulunun məbləğini keçib
-
1 saat əvvəl
Büdcə kəsiri, yol və su layihələri üçün milyardlarla manat borc götürülüb
-
1 saat əvvəl
“Radius” Babək prospektində yeni filialı ilə avtomobil sektoruna və iqtisadiyyata yeni tövhə verir
-
1 saat əvvəl
Dağıstandakı fövqəladə vəziyyət Azərbaycanı hərəkətə keçirib
-
1 saat əvvəl
Azərbaycanın ən çox borculu olduğu xarici bankın adı məlum olub
-
2 saat əvvəl
Azərbaycan dövlətinin 26 milyard manata yaxın borcu olduğu açıqlandı
-
2 saat əvvəl
AccessBank biznes müştəriləri üçün innovativ ödəniş həllini təqdim edir
- 3 saat əvvəl
Son Xəbərlər

Daha 4 BOKT Azərbaycan Mikromaliyyə Assosiasiyasına üzv olub

Zəfər Parkı və Port Baku yaxınlığında yeni lüks “Avenue 8” layihəsinə start verildi

Göygöldə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

“Radius” Babək prospektində yeni filialı ilə avtomobil sektoruna və iqtisadiyyata yeni tövhə verir

Azərbaycanın ən çox borculu olduğu xarici bankın adı məlum olub

Azərbaycan dövlətinin 26 milyard manata yaxın borcu olduğu açıqlandı
Ən çox oxunanlar

Bank “BTB”də yeni təyinat

Rəsmi məzənnələr açıqlandı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat

Azərbaycan–Macarıstan iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasına hazırlıq məsələləri müzakirə olunub

Microsoft-un bazar dəyəri 4 trilyon dolları ötüb
