AZAL “Təyyarə Bələdçisi” vəzifəsi üzrə işçi axtarır
“Azərbaycan Hava Yolları” (AZAL) özünü “Təyyarə Bələdçisi” vakansiyanın tələblərinə uyğun hesab edən hər kəsi müsahibələrdə iştirak etməyə dəvət edir.
Regionun liderlərindən biri kimi tanınan AZAL aviasiya ailəsinin bir hissəsi olmağa hazır olan həvəsli və perspektivli namizədlər axtarışındadır.
Təyyarənin göyərtəsində sərnişinlərin təhlükəsizliyinin və rahatlığının təmin edilməsində bələdçilər mühüm rol oynayır. Bundan əlavə, onlar sərnişinlərə keyfiyyətli xidmətin və ilk tibbi yardımın göstərilməsi də daxil olmaqla mülki aviasiya standartlarına uyğun olaraq öz vəzifələrinə cavabdehdirlər.
Aviaşirkətdə “Təyyarə Bələdçisi” kimi çalışmaq sizə peşəkar inkişaf, komanda işi və unikal təcrübə kimi imkanlar yaradacaq.
Bu vəzifəyə uyğun olan namizədlər mülki aviasiyada işləmək arzusu, punktuallıq, stressə davamlılıq və nizam-intizam kimi mühüm keyfiyyətlər ilə yanaşı aşağıdakı tələblərə də cavab verməlidirlər:
- Azərbaycan Respublikası vətəndaşı;
- 20-35 yaş aralığında olmaq (uyğun təcrübə olmadığı halda), maksimum 45 (uyğun təcrübə olduğu halda);
- minimum tam orta təhsil;
- hərbi bilet (olduğu təqdirdə)
- boy: 160-180 (xanım namizədlər üçün) / 170-185 (bəy namizədlər üçün);
- dil bilikləri: Azərbaycan – səlis, İngilis – orta səviyyə (fikirləri sərbəst ifadə etmək qabiliyyəti);
- ünsiyyət və təşkilatçılıq bacarığına malik olmaq;
- mütəmadi ezamiyyətlərə hazır olmaq;
- uçuş üçün tibbi əks göstərişin olmaması.
Namizədlər bu vakansiya üzrə aviaşirkətin rəsmi internet saytı www.azal.az vasitəsilə "Karyera" bölməsinə keçid edərək müraciət edə bilərlər. Bununla yanaşı, onlar CV-lərini careers@azal.az poçt ünvanına göndərə və ya Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalının “Şimal” girişində yerləşdirilən xüsusi qutuya buraxa bilərlər.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 18 d. əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
İnvestorların diqqətinə – İllik 16% gəlirli yeni istiqrazlar satışa çıxarılır
- 14 saat əvvəl
-
14 saat əvvəl
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
- 14 saat əvvəl
-
15 saat əvvəl
ABB Invest dövriyyədə, PAŞA Kapital əqdlərin sayında liderdir – SİYAHI
-
15 saat əvvəl
Tikinti şirkəti 5 saat ərzində 1202 mənzil satıb – Yeni rekord ®
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Tikinti şirkəti 5 saat ərzində 1202 mənzil satıb – Yeni rekord ®
Bakıda daha bir “Subway” filialı açıldı - ÜNVAN
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq





















