Azərbaycanda balıq və balıq məhsulları bazarının həcmi açıqlanıb
Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda ümumi balıq/balıq məhsullarının istehlakı 76 min ton olmuşdur.
Marja.az Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə balıq bazarı ilə bağlı daxili bazar araşdırmasna istinadən xəbər verir ki, ondan 74,5 min ton (99%) şəxsi istehlak, 1,5 min ton isə digər məqsədlər üçün istehlak edilmişdir.
Qeyd edilib ki, Azərbaycanda 2021-ci ildə 59,1 min ton balıq tutulmuş və ovlanmışdır. Ondan 663 ton ixrac edilmişdir. Eyni zamanda 2021-ci ildə Azərbaycana 12,1 min ton balıq/balıq məhsulları idxal olmuşdur. Hesablamalara əsasən ümumi balıq/balıq məhsulları bazarının həcmi 71 min ton olmuşdur. Hər iki hesablamanı nəzərə alaraq söyləmək olar ki, Azərbaycanda balıq/balıq məhsulları bazarının həcmi 70-75 min ton arasında olmuşdur.
Araşdırmada qeyd edilib ki, balıq/balıq məhsulları bazarının iştirakçıları KOB meyarlarına heç bir dövlət orqanının hesabatında öz əksini tapmır: "Bu səbəbdən bu bölgüsü ekspertlər tərəfindən aşağıdakı kimi dəyərləndirilmişdir. Balıq ovlanmasının/tutulmasının 98% fiziki şəxslər tərəfindən həyata keçirilmişdir. Bu isə o deməkdir ki, bu fəliyyət lə məşğul olanların tam əksəriyyəti mikro sahibkar parametrlərinə uyğun gəlir. Eyni yanaşmanı balıq məhsullarının istehsalçıları haqqında da söyləmək olar. Belə ki, mağaza monitorinqləri və satış analizləri onu göstərmişdir ki, sənaye istehsalı emal olunmuş balıq məhsulları (konservləşdirilmiş məhsul) bazarında liderlik yerli şirkətlərində deyil. Yerli şirkətlər əsasən mağazalarda əsasən hisə verilmiş və diri balıq satırlar. Onlarında bir çoxu heç markalaşmamışdır. Bu isə ondan dəlalət edir ki, sahibkarlar mikro və ya kiçik sahibkarlardır, hansılar ki, korporativləsmir. Bütün balıq məhsulu istehsalçıları nəzərə alsaq bölgü aşağıdakı kimidir Mikro sahibkarlıq subyekti – 95% Kiçik sahibkarlıq subyekti – 3% Orta sahibkarlıq subyekti – 2% qədər. Böyük sahibkarlıq subyekti – 1% qədər".
Regionlar üzrə bölgü
Araşdırmada bildirilir ki, Azərbaycanda diri balıq istehsalı əsasən Xəzər dənizinin sahilində yerləşən regionlarda daha çox inkişaf etmişdir. Bu regionlar arasında əsas fəaliyyət sahəsi balıqçılıq Şirvan-Səlyan iqtisadi regionunda inkişaf etmişdir. Həmçinin bu regionda balıq artırma müəssisələrin çoxu yerləşmişdir. İkinci əsas bölgə Lənkəran-Astara (12%) iqtisadi bölgəsidir. Təbii ki, həmin iki bölgədə tək diri balıq tutulması deyil, eyni zamanda onun dondurulması, hisə verilməsi və digər formada emalı müəssisələri mövcuddur.
Balıq məhsulları üzrə idxal və ixracı
Azərbaycana idxalı analiz etdikdə çəki ilə ümumi idxalın 4% diri balıq, 23% dondurulmuş/soyudulmuş balıq, 73% soyudulmuş/dondurulmuş balıq filesi,1% isə digər balıq məhsulları (hisə verilmiş, duzlanmış) balıqdır. Azərbaycandan ixraca badıqda ixracın 19% diri balıq, 81% isə balıq filesidir. Burada mənfi saldo 10,5 min tondur. Konservləşdirilmiş balıq ancaq idxal edilib, bu kodlarla məhsul ixrac edilməyib. Maraqlı vəziyyət nərə kürüsü pozisiyasındadır. Beləki Azərbaycandan 188 kq kürü ixrac edilib və eyni zamanda 5,1 ton nərə kürüsü idxal edilmişdir. Nərə kürüsü əvəzediciləri isə ixrac edilməyib, idxal 46,3 ton təşkil etmişdi.
İstehlak
Azərbaycanda tutulan/ovlanan diri balığın 4,4 tonu emala, 59,5 min tonu isə diri balıq kimi istehlak edilir. İdxal ixracda saldo 0,2 min tondur.
"Bu isə odeməkdir ki, Azərbaycanda 59,7 min ton balıq diri olaraq istehlak edilir. Azərbaycanda balıq məhsullarının əsas istehlakı daxili bazarın hesabına həyata keçirilir. Azərbaycanda ümumilikdə 2,84 min ton balıq məhsulu istehsal edilmişdir və eyni zamanda 0,12 min ton ixrac edilmidir. Beləliklə daxili istehlak 2,72 min ton olmuşdur. Balıq məhsullarının idxal və ixrac saldosu 10,4 min tondur. Bu hesabatlara əsasən ümumi balıq məhsulları istehlakı 13,12 min tondur. Balıq məhsulları bazarının 20% yerli məhsul və 80% isə idxal olunan məhsullara aiddir. Azərbaycanda 600 kq nərə balığı kürüsü istehsal edilmişdir və onun 188 kq ixrac edilmişdir. Fərq 412 kq-dır. Nəzərə alsaq ki, nərə balığı kürüsünün idxalı 5145 kqdır, daxili istehlak 5,5 tondur. Eyni zamanda Azərbaycana 46 ton nərə balığı kürüsünün əvəzəedicisi də idxal edilmişdir. İstehlakçılar xarici brend və məhsulların daha dadlı və ləzzətli olduqlarını düşünürlər. Buna təsir edən fərqli səbəblər də var, məsələn ölkənin öz imici də (Litva, Norveç, Türkiyə və s.) məhsul satarkən təsir edir. Ancaq reallıqda İran mənşəli məhsul olsa da, mənşəyini bilmədən alanlar da çoxdur. Bu tərz məhsullarda mənşə və hesabatlılığın olmaması istehlakçıların maariflənməməsinə və hansı balığın tərcih edilib, hansının yeyilməməsi baxımından məlumatsız olduqları müşahidə edildi. "Dənizdən nə çıxsa yemək olar" yanaşması üstünlük təşkil edir",- araşdırmada deyilir.
Müştərilərin xəbərləri
"PAŞA Holding" və Bakı Arbitraj Mərkəzi arasında “LEGIS Hüquq Forumu” layihəsi üzrə əməkdaşlığa dair Memorandum imzalandı
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
3 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 1 gün sonra
-
27 d. əvvəl
"Tegeta Motors Baku" Bakıda "Bridgestone Concept" mağazasını açdı
-
45 d. əvvəl
Nazir Rəşad Nəbiyev Qazaxıstanın Prezident Administrasiyası rəhbərinin müavini ilə görüşüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünyanın ən zəngin insanının şirkəti: SpaceX InvestAz-da! ®
Nazir Rəşad Nəbiyev Qazaxıstanın Prezident Administrasiyası rəhbərinin müavini ilə görüşüb
Xalq Bankdan girovsuz biznes krediti ®
Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb
Ən çox oxunanlar
Ağır texnikalar dağ çaylarına cəlb edilib
Ağdam Sənaye Parkı Sumqayıtdan sonra ikinci yerə yüksəlib
Rəsmi məzənnələr açıqlandı
"PAŞA Bank Gürcüstan"ın İdarə Heyətinə yeni sədr təyin edilib
Expressbankda yeni təyinat olub
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
BP-nin mənfəəti 2 dəfədən çox artıb - Tramp neft nəhənglərini “həddindən artıq pul qazanmaqda” ittiham edib
P&G qida əlavələri istehsalçısı Thorne-u 3,8 milyard dollara alır


















