Azərbaycan üçün nəzərdə tutulmamış telefonlar əhalini ziyana salır ®

Ola bilər, nə vaxtsa qohum-tanışlar nömrənizə zəng çatmadığını deyib. Sizin telefonunuz isə bütün günü sönülü olmayıb və eşitdiklərinizə təccüblənmisiniz. İndi məlumatınız olsun ki, böyük ehtimalla, Azərbaycan üçün nəzərdə tutulmamış mobil telefon istifadə etmisiniz və ya hazırda etməkdəsiniz.
Ölkəyə qanunsuz yollarla gətirilmiş telefonlar mağazalarda açıq-aşkar aşağı qiymətlərə satılır. Ucuz olduğuna görə, bir sıra vətəndaşlar belə telefonları alırlar, lakin sonra ciddi problemlər ilə qarşılaşırlar.
HOLOQRAMSIZ TELEFONLAR AZƏRBAYCANDAKI ŞƏBƏKƏYƏ UYĞUN DEYİL
Qarşılaşılan ən böük problemlər şəbəkənin tutmaması, danışığın kəsilməsi, telefonun donması və sönməsidır. Rəsmi mağazalardan öyrəndik ki, problem yaşamaq istəməyənlər Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrinə uyğunlaşdırılımş holoqramlı telefonlar alsınılar:
“Hər bir ölkənin mobil operatorları müxtəlif avadanlıqlardan istifadə edirlər. Mobil operatorların istifadə etdiyi avadanlıqlar mənşəyinə, istehsal illərinə, köhnə və ya müasir sistem olmasına görə bir-birlərindən fərqlənirlər. Bunlara görə, əksər iri istehsalçılar telefonları hər bir ölkənin şəbəkəsinə uyğunlaşdıraraq istehsal edirlər.
Xarici ölkələr üçün nəzərdə tutulmuş telefonlar Azərbaycanın mobil operatorlarının şəbəkələrilə uyğun gəlmir, bunun nəticəsində şəbəkə tutmur, danışıq kəsilir, telefon donur və ya sönür.
Məsələn, Samsung çoxsaylı müraciətləri nəzərə alaraq, öncədən testlər aparıb, Azərbaycanın mobil operatorlarının şəbəkələrini öyrənib. Əldə edilmiş nəticələrə əsasən, sırf Azərbaycan üçün telefonlar istehsal edir. Şirkət Azərbaycan üçün istehsal etdiyi telefonları fərqləndirmək məqsədilə onlara holoqram vurur. Yəni, holoqramlı Samsung telefonlar Azərbaycanın mobil operatorlarının şəbəkələrinə uyğunlaşdırılıb”.
Holoqramsız telefonların böyük əksəriyyti ölkəmizə qanunsuz yollarla Dubaydan gətirilir. Dubaydakı azad ticarət zonasına telefonlar ümumi qaydada göndərilir, belə telefonlar ayrı-ayrı ölkələrin şəbəkələrinə uyğunlaşdırılmayıb. Həmin telefonları alanlar əksər hallarda problemlər yaşayırlar.
SAMSUNG İMİCİNİ QORUMAQ ÜÇÜN HOLOQRAM TƏTBİQ EDİR
Samsung yaxşı satıldığından bu markalı telefonlar daha çox qeyri-qanuni yollarla ölkəmizə gətirilir. Lakin qeyd etdiyimiz kimi, bu telefonlarda qısa müddət sonra problemlər yaranır. Şəbəkənin itməsi, telefonun donması və sönməsi kimi problemlər də Samsung-un imicinə mənfi təsir edir, alıcılar Samsung telefonlarının keyfiyyətsiz olduğunu düşünürlər. Əslində problem Azərbaycan üçün nəzərdə tutulmamış telefonların istifadəsidir. Əldə etdiyimiz məlumata görə, Samsung səhv fikirlərin qarşısını almaq üçün holoqram tətbiqinə başlamışdır.
Qeyd edək ki, satışda olan holoqramsız telefonlar həm Samsung tərəfindən, həm də Çində kopyalanaraq istehsal edilmiş telefonlar ola bilər.
ƏHALİ ÖZÜ DƏ HƏRƏKƏTƏ KEÇMƏLİDİR
Qanuni telefonların satışı ilə məşğul olan satıcıdan öyrəndik ki, dövlət tərəfindən aparılan mübarizə tədbirlərinə əhali də dəstək verməlidir:
“Hər il qeyri-leqal yolla ölkəyə gətirilən telefonlar Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən müsadirə olunur və yandırılır. Bunu qarşısını almaq məqsədilə əhali özü də hərəkətə keçməlidir. Holoqramsız telefon, qeyri-qanuni yolla ölkəyə daxil olan telefon sayılır. Holoqramlı Samsung telefonları rəsmi olaraq “Samsung Azərbaycan” tərəfindən idxal olunur və satışı şirkətin dilerləri vasitəsilə həyata keçirilir.
Mağazalarda ucuz qiymətə təklif olunan holoqramsız telefonlar qanunsuz olaraq ölkəyə daxil olan telefonlardır. Belə telefonlara görə rüsum və vergilər ödənilmədiyi üçün aşağı qiymətlərə satılır. Dövlətin vergisini ödəyən, işçilər saxlayan rəsmi distibyutor və dilerlərin satışları isə aşağı düşür”.
HOLOQRAMSIZ TELEFONLARDA RAST GƏLİNƏN PROBLEMLƏR
Təmir statistikasına görə, holoqramlı orijinal Samsung mobil telefonlarında problemin çıxması ehtimalı 2%-dək olduğu halda, holoqramsız, qeyri-orijinal telefonlarda bu göstərici 35%-dək olur.
Satıcılardan topladığımız məlumatlara görə, holoqramsız telefonlarda qarşıya çıxan əsas problemlər aşağıdakılardır:
-Holoqramsız, qeyri-orijinal telefonlar ölkənin mobil operatorlarının şəbəkə diapazonlarına uyğunlaşdırılmadığına görə telefonlarda şəbəkə, proqram təminatı, ekran, proqram təminatının yenilənməsi, enerji tükənməsi kimi problemlər üzə çıxır. Orijinal holoqramlı telefonlar isə bütün mövcud olan testlərdən keçirilir.
-Holoqramsız, qeyri-orijinal telefonlarda regiona uyğun dil seçimi olmadığına görə telefona əlavə dil yazmaq üçün root olunmalıdır. Bu isə nəticədə gözlənilməyən problemləri ortaya çıxardır.
-Holoqramsız, qeyri-orijinal telefonların texniki göstəriciləri (Kameranın MeqaPiksel sayı, şəbəkə rejimləri, Prosessor,Displey), komplektasiyada olan aksesuarlar fərqlənir. Bunlardan əlavə, holoqramsız, qeyri-orijinal telefonların komplektində olan aksesuarlar keyfiyyətsiz olur.
Həmçinin rəsmi Samsung Texniki Servis mərkəzindən öyrəndik ki, yalnız holoqramlı orijinal Samsung mobil telefonlarına xidmət göstərilir. Beynəlxalq zəmanəti olduğuna görə, holoqramlı telefona istənilən ölkədə servis xidməti göstərilə bilər.
Müştərilərin xəbərləri

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
SON XƏBƏRLƏR
-
2 gün sonra
Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır ®
-
1 gün əvvəl
“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
1 gün əvvəl
Qızıl Dəyərində İdarəetmə və Liderlik - METAK 4-cü dəfə bu nüfuzlu mükafata layiq görüldü
-
1 gün əvvəl
Facility Management Group (FMG) Qurban bayramını uşaqlarla birlikdə qeyd etdi
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"40 milyon manatlıq məhsula zərər dəyməsi ilə bağlı müraciət daxil olub"
- 2 gün əvvəl
-
2 gün əvvəl
BYD Avropada ultra sürətli enerji doldurma şəbəkəsi qurmağı planlaşdırır
Son Xəbərlər

“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər

m10 yenilənir!

Özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Çində yeni ticarət və şərab evləri aça bilər

10 İyun tarixi üçün rəsmi məzənnə müəyyən olunub

Azərbaycanla Çin arasında birgə müəssisə yaradılacaq
