Astanada Azərbaycan şərab ticarəti evi yaradılacaq
İxrac məhsullarının çeşidinin və həcminin artırılması, eləcə də ixrac coğrafiyasının genişləndirilməsidir.
İqtisadiyyat Nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə, indiyədək bu sahədə görülən işlər barədə məlumat verilərək bildirilmışdır ki, “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı Honq Konq da daxil olmaqla Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə, Qazaxıstana 8 ixrac missiyası həyata keçirilmışdır. İxrac missiyalarının nəticəsi olaraq, çay və narın Almaniyaya, nar şirəsinin İsveçə ixracı, Qətərdə park mebelinin təşviqi, distribyusiyası və satışına dair müqavilə imzalanmış, Əfqanıstana quru süd, mebel və süd məhsullarının, nar şirəsi, qənnadı məhsulları, fitinq və poletilen borular, metal konstruksiyaları və digər tikinti materiallarının, Qətərə ət, nar şirəsi və Naftalan neftindən kosmetoloji və tibbi məhsullarının ixracı, Qazaxıstana kosmetoloji və tibbi məhsullar və meyvənın ixracına dair ilkin razılaşmalar əldə edilmiş, Pakistana mebel, pambıq çiyidi, nar, şokolad məhsulları, konservləşdirilmiş pomidor, göbələk üzrə sifarişlər qəbul olunmuşdur. Bununla yanaşı, Pakistanda tikiləcək 71 km qaz boru kəmərinin layihəsi üçün tenderdə (boruların təchizatı) Azərbaycan və Pakistan şirkətlərinin birgə iştirakı barədə ilkin razılaşmalar əldə edilmişdir.
Qeyd edək ki, indiyədək təşkil edilmiş ixrac mıssiyalarının nəticəsi olaraq Çinə şərab, Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına, Oman və Malayziyaya alma və nar şirəsi, Qazaxıstana sənaye boyası ixrac olunmuşdur.
Hazırda Astanada Azərbaycan şərab ticarət evinin yaradılması barədə Qazaxstandakı azərbaycanlı iş adamları ilə danışıqlar aparılır.
Azərbaycan şirkətlərinin vahid ölkə stendi ilə iştirakı məqsədilə görülmüş işlərin nəticəsi olaraq, Dubayda keçirilən “Gulfood” beynəlxalq ərzaq sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində 24 şirkətin məhsulları sərgilənmiş, Dubaya diri qoyun və ət ixracına dair 2 müqavilə imzalanmış, İspaniyaya fındıq ixracı üzrə sifariş qəbul edilmişdir.
Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən iri marketlər şəbəkəsi ilə Azərbaycan məhsullarının satışı ilə bağlı razılaşmalar, eləcə də Küveytə meyvə-tərəvəz və nar şirəsinin, Misir, Əfqanıstan və Səudiyyə Ərəbistana fındıq, Dubaya çay, bal və quru süd, Səudiyyə Ərəbistanına ət ixracına dair ilkin razılaşmalar əldə olunmuşdur. Bu ilin martında Almaniyanın Düsseldorf şəhərində keçirilən “Prowein” beynəlxalq şərab sərgisində “Made in Azerbaijan” vahid ölkə stendi ilə 9 şirkətin iştirakı təmin olunmuş, Azərbaycan şərablarının Litvaya və növbəti mərhələlərdə digər Baltikyanı ölkələrə ixracı barədə razılıq əldə edilmişdir.
Bazar araşdırmaları ilə bağlı müraciətlərin qəbulu davam edir və onların qiymətləndirilməsi ilə bağlı müsabiqə komissiyasının avqust ayının sonunda keçirilməsi nəzərdə tutulur.
Sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3%-dən 6%-dək hissəsi büdcə vəsaitləri hesabına təşviq verilir. Bu çərçivədə ixrac təşviqinin ödənilməsi davam etdirilmiş, qeyri-neft məhsulları ixracatçılarına 2016-cı ildə 2,3 milyon dollar həcmində ixrac qarşılığında 200,4 min manat, 2017-ci ilin ilk 6 ayında isə 13,9 milyon dollar həcmində ixraca uyğun olaraq, 1,312 mln. manat olmaqla ümumilikdə indiyədək 1,5 milyon manat ödənmişdir. İxrac təşviqindən istifadə edən ixracatçılar məhsullarını əsasən Rusiya, ABŞ, Çin, Belarus, Gürcüstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Polşa, Qazaxıstan, İraq, Yunanıstan, Malayziya, Kanada, Moldova, Rumıniya və Fransa bazarlarına ixrac etmişlər. 2017-ci ildə ödənilən ixrac təşviqinin 70,2%-i üzüm şərabları və digər spirtli içkilər, 14,6%-i konserv məhsulları, şirələr, mürəbbələr və s. təşkil edir. Bununla yanaşı, sahibkarlardan daxil olmuş müraciətlər və aparılmış təhlillər nəzərə alınmaqla təşviqin ödənilməsi mexanizminin təkmilləşdirilməsi, bir sıra məhsulların ixrac təşviqi ödənilən məhsulların siyahısına daxil edilməsi istiqamətində işlər aparılır.
Bunlarla yanaşı, ixrac bazarlarında ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi üçün Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndələri təyin edilmışdır. Azərbaycanın ixracyönümlü məhsullarının xarici bazarlarda təşviqi məqsədilə Belarusda Azərbaycan Ticarət Evi açılmış, Ukraynada bu istiqamətdə işlər davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
“Qırmızı Körpü”də TIR böhranı: Sürücülər günlərlə sərhəddədir, Gömrük xidmətləri hələ plan qururlar
-
6 saat əvvəl
Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini MSolution-a etibar etdi ®
-
7 saat əvvəl
Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir
-
7 saat əvvəl
"Bu il təxminən 2500 pambıqçı fermerin kreditləşməsini həyata keçirmişik"
-
7 saat əvvəl
Azərbaycan xarici yağların alışına 7 ayda 262 milyon dollar xərcləyib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark ’26”ya qeydiyyat açıq elan edildi ®
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir
Azərbaycan daha az buğdaya daha çox pul ödəyib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark ’26”ya qeydiyyat açıq elan edildi ®
Bir sıra proqnozlar yenilənib
“75/25 Şok yay” kampaniyası davam edir ®
Nissan Qashqai e-POWER nailiyyətlərinə yeni Guinness World Records™ rekordunu əlavə edir












.png)












