Avro "Super Mario"nun açıqlamaları ilə bahalaşdı - YENİLƏNİB
Avronun məzənnəsi Avropa Mərkəzi Bankının (AMB, ECB) sədri Mario Draginin açıqlamaları yenidəb möhkəmlənməyə başlayıb. Bu gün Bankın faiz qərarından sonra Avro/dollar məzənnəsi 1.1479 səviyyəsinədək düşmüşdü.
ECB bu gün keçirdiyi iclasda faiz dərəcələrini və monetar ekspansiyanın həcmini dəyişməyib. Bu xəbər avronun məzənnəsini bir qədər ucuzlaşdırsa da, M.Draginin mətbuat konfransındakı açıqlamaları ilə avro yenidən güclənməyə başlayıb. Belə ki, Dragi Avrozona iqtisadiyyatında mənfi tendensiyanın xarici amillərlə, inflyasiyanın isə xammal qiymətləri ilə əlaqəli olduğunu bildirib, iqtisadi göstəricilərin gələcəkdə iqtisadi artımı sürətləndirəcəyini qeyd edib. Həmçinin, maliyyə bazarlarına likvidliyin verilməsini davam etdirmək zərurətini vurğulayıb.
Bakı vaxtı ilə saat 18:45-ə olan məlumata görə, açıqlamalardan sonra əsas valyuta cütlüyü olan avro/dollar məzənnəsi 1,1% qalxaraq 1,1479 dollar səviyyəsindən 1,1640 dollara yüksəlib (Dollar 1,1% ucuzlaşıb).
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 5 saat əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Sentyabrın 21-də gözlənilən hava şəraiti
Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
“Sizin Lombard” ödənişləri “M10”-da
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Ən çox oxunanlar
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?





















