Yeni “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı” təsdiq edildi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Marja xəbər verir ki. Fərmanda bildirilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1315; 2019, № 6, maddə 1016) ilə təsdiq edilmiş “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı” aşağıdakı redaksiyada verilsin:
“Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı
1. Andorra
2. Anqila
3. Antiqua və Barbuda
4. Aruba
5. Baham adaları
6. Barbados
7. Bəhreyn Krallığı
8. Beliz
9. Bermud
10. Britaniya Vircin adaları
11. Bruney-Darüssalam
12. Cersi
13. Cəbəlüttariq
14. Dominika
15. Fici
16. Honq-Konq (ÇXR)
17. Kabo Verde
18. Kayman adaları
19. Qəmər Adaları İttifaqı
20. Kuk adaları
21. Labuan (Malayziya)
22. Qernsi
23. Qrenada
24. Liberiya
25. Lixtenşteyn
26. Makao (ÇXR)
27. Maldiv adaları
28. Marşal adaları
29. Mavriki
30. Men adası
31. Monako
32. Montserrat
33. Nauru
34. Niue
35. Palau
36. Panama
37. Samoa
38. Sent Lusiya
39. Sent Vinsent və Qrenadin
40. Seyşel Adaları
41. Sent-Kits və Nevis
42. Tailand
43. Tayvan (ÇXR)
44. Törks və Kaykos adaları
45. Trinidad və Tobaqo
46. Vanuatu
47. Vircin adaları (ABŞ).”
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2023-cü il
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 6 saat sonra
-
-
15 saat əvvəl
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
-
15 saat əvvəl
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı olub
- 17 saat əvvəl
-
20 saat əvvəl
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Ən çox oxunanlar
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir, bütün Qarabağı işıqlandırmaq olar"
“Şəfəq” yarımstansiyasının açılışı olub
SOCAR tərəfindən İtaliya şirkətinin alınması prosesi tamamlanıb
Prezident və birinci xanım Cəbrayıla səfər ediblər, Şükürbəyli kəndinin açılışında iştirak ediblər
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir














.jpg)









