"DNSSense" Azərbaycan/Rövşən Məmmədov: “Regional gərginliklər kiber dünyada biznesləri təhdid edir”

Ötən aylarda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən açıqlananməlumatlar göstərdi ki, Azərbaycan böyük miqyaslı DDoS hücumlarına məruz qalmışdır. Hesablamalar ölkəyə yönəldilmiş kiberhücumların 242% artdığını göstərsə də, DNS təhlükəsizliyi biznes üçün kritik elementlərdən birinə çevrilir.
Regional gərginlik və mübahisələrin kiber təhlükəsizliyə təsiri haqqında məlumatlar yeniləndi. Keçən aylarda Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən nəşr edilən məlumatlar göstərir ki, Azərbaycana yönəldilmiş kiber hücumlar 242% artıb. Kiber cinayətkar tərəfindən Azərbaycanın informasiya resurslarına göndərilən sorğuların həcmi saniyədə 137 gigabayta qədər yüksəlib. Dövlət Təhlükəsizliyi Xidməti isə İkinci Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycanın böyük miqyasda kiber hücumlarla üz-üzə qaldığını elan edib.
İnternetə təhlükəsiz şəkildə qoşulmaq üzrə xidmətlər və həllər təklif edən "DNSSense" şirkətinin Azərbaycan üzrə Ölkə Menecerı Rövşən Məmmədov mövzu ilə bağlı fikirlərini bildirib.
O, "Yalnız yaxın tarixdə deyil, əvvəllər də Azərbaycanın dövlət qurumlarının İnternet resurslarının və ölkənin onlayn mediasının DDoS hücumları ilə hədəf alındığını bilirik. Regional gərginliklər, bir sıra qonşular ilə olan münasibətlər, geosiyasi qütblər kiber təhlükəni və xüsusən DNS təhlükəsini hər ötən gün daha kritik bir nöqtəyə aparır" deyib.
Azərbaycanın milli kiber tənzimləmə indeksi 60-a yaxınlaşıb
Estoniyada yerləşən bir qurum tərəfindən yayımlanan Milli Kiber Tənzimləmə İndeksinə görə, Azərbaycanın milli kiber tənzimləmə indeksi 59,74 dəyərinə çatıb. Cənub Qafqaz bölgəsində Gürcüstanın ardınca gələn Azərbaycanın dünya reytiqində 52-ci yerdədir.
Azərbaycan son illərdə bölgəsinin liderləri arasında yer alaraq kiber tənzimləmə sahəsində nümayəndə qərarlar verildiyinə diqqət çəkən Rövşən Məmmədov, "Sözü gedən hücumlar günərlərlə davam edərkən, xüsusilə dövlət mediası və əsas informasiya agentlikləri fasiləsiz şəkildə fəaliyyətini davam etdirirdi. Hökumət tərəfindən təşviq edilən kiber tənzimləmə fəaliyyətlərinin özəl sektorda da daha çox qarşılıq tapması lazımdır" deyə danışıb.
Hər gün 240 min ziyanverici domen aşkar edilir
Bulud əsaslı korporativ DNS təhlükəsizliyi həlləri təqdim edən "DNSSense", bütün domenləri əhatə edən süni intellekt dəstəkli domen sinifləndirmə məhsulundan Cyber X-Ray məlumatlarından istifadə edərək şirkətin internet saytından pulsuz olaraq endirilə bilən bir hesabat hazırlayıb. Hesabatda 2022-ci ilin son 6 ayında günlük ortalama 240 min ziyanverici domen aşkar edildiyi göstərilir. Qlobal pandemiya dövründə hər gün COVID-19-a aid 2-dən çox domen qeydə alındığı ortaya çıxıb.
Pulsuz yükləyin: DNSSense 2022-H2 Global Cyber Domain Report: https://www.dnssense.com/things-of-internet-download-report
DNSSense Azərbaycan ölkə meneceri Rövşən Məmmədov, COVİD-19 epidemiyası ilə başlayan sürətli rəqəmsal inkişaf kiber hücumçular üçün yeni imkanlar yaratdığını, artıq beynəlxalq çatışmaların da kiber dünyada aparıldığını vurğulayaraq, bu vəziyyətin təhlükəli vəziyyət aldığını və 5 zərərli yazılımdan dördünün komanda mərkəzləri ilə əlaqə qurmaq üçün DNS təbəqəsindən istifadə etdiyinə diqqət çəkdi.
“DNS-in quruculuq xətası xüsusilə həll olunur"
Rövşən Məmmədov, Bakıdakı DNSSense ofisi vasitəsi ilə ölkədə fəaliyyət göstərdiklərini xatırladaraq qiymətləndirməsini belə yekunlaşdırıb: “Tətbiqetmə təbəqəsinin ən altında yer alan DNS təbəqəsi, internet saytlarına, korporativ şəbəkələrə və rəqəmsal infrastrukturlara yönlənən pis məqsədli trafikin qarşısını almaqda kritik önəm daşıyır. DNS-i bir şəbəkənin birinci müdafiə xəttinə bənzədə bilərik və DNS-in quruculuq çatışmazlıqları, xüsusilə həll olunabilən xüsusi həllərlə üzə çıxarıla bilir. DNSSense olaraq hazırladığımız DNSEye həllimizlə DNS qeydlərinin analizini asanlaşdırır, DNSDome ilə də bulud əsaslı DNS qoruma təmin edirik. Bu məhsullarımız dünya üzərində qeyd edilmiş bütün domenləri əhatə edir və hər gün 550 milyondan çox domeni izləyən və süni intellekt ilə dəstəklənən CyberX-Ray həllimizdən güc alır. DNS təhlükəsizliyini 74 ölkədə, 10 mindən çox şirkətdəki 1 milyondan çox istifadəçi tərəfindən seçilən bir kiber təhlükəsizlik şirkətinə etibar etmək istəyən müəssisələri həllərimizlə tanış olmağa dəvət edirik."
DNSSense Haqqında
DNSSense, şəbəkədəki bütün cihazları hər cür pis cəhdlərdən qorumağa fokuslanan bir DNS təhlükəsizliyi xidməti təminatçısıdır. Korporativ müştərilərə bulud əsaslı xidmətlər təklif edən DNSSense-in təhlükə verilənləri bazası, özünün süni intellektini və bütün interneti axtararaq domenləri kateqoriyalandırır və özünü 7/24 yeniləyir. Müştərilərinin internetə təhlükəsiz qoşulmasını təmin edən DNSSense-in təhlükə verilənləri bazası, dünyanın bir çox təhlükəsizlik divarı satıcıları tərəfindən istifadə edilir. Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Cənubi Afrika, Avstraliya, Azərbaycan və Qazaxıstan ofisləri ilə fəaliyyət göstərən şirkət, 74 ölkədə 1 milyondan çox fərdi istifadəçiyə xidmət göstərir.
Məlumat üçün: Rovşən Məmmədov- rovshan.mammadov@roksit.com - +994 50 231 07 89
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
8 saat əvvəl
Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda hotellərdə gecələmələrin 20 faizə yaxını Hindistan vətəndaşlarının payına düşüb
-
10 saat əvvəl
Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azər Türk Bank kartlardakı qalıqlara illik 8% kampaniyasını davam etdirir
-
1 gün əvvəl
“Üfüq” Karyera İnkişaf Proqramının qaliblərinin təltif olunma mərasimi keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
Son Xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama

Azərbaycan hotelərindəki yerlərin 79 faizə yaxını boş qalıb

Azərbaycan neftinin son qiyməti

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Coca-Cola həyəcanla gözlənilən yay kampaniyasına davam edir
Ən çox oxunanlar

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub

Dövlət 3 iri bankda 450 milyon manat depozit yerləşdirdi

“Azərbaycan Dəmir Yolları”nın xarici borcu açıqlanıb
.png)
NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb

3 Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi

SOCAR İstiqrazları üçün 1 milyon 125 min dollarlıq ödəniş
