Türkiyədə yeni güclü zəlzələlərdə 3 nəfər ölüb, 294 nəfər yaralanıb
Hatayda ard-arda baş verən 6,4 bal və 5,8 bal gücündə zəlzələlər nəticəsində şəhərdə bəzi qəzalı binalar dağılıb.
Marja xəbər verir ki, zəlzələdə 3 nəfər həyatını itirib, 18-i ağır olmaqla 294 nəfər yaralanıb. Dağıntılar altında qalmış 3 nəfərin axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, 15 gün öncə Türkiyədə Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə zəlzələlər baş vermişdir.
Türkiyə Təbii Fəlakət və Fövqəladə Halların idarə edilməsi Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, zəlzələ 20 Fevral, saat 20:04-də Hatayın Defne rayonunda baş verib. Ətraf əyalətlərdə də hiss edilən 6,4 bal gücündə zəlzələ 16,7 kilometr dərinlikdə olub. 6.4 bal gücündə zəlzələdən sonra Hatayın Samandağ rayonunda saat 20.07-də zəlzələ baş verib. 5,8 bal gücündə zəlzələ 7 kilometr dərinlikdə baş verib.
Əvvəlki zəlzələlərdə zədələnmiş binadan yükləri çıxarmağa çalışan daşıyıcıların dağıntılar altında qaldığı bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
9 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























