Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İlham Əliyevdən Paşinyan ilə görüş barədə açıqlamlar

"Sülh müqaviləsində Qarabağ haqqında hansısa müddəanın olması qəbuledilməzdir"
iç səhifə xəbər başlığı altı (mobil)_31
İlham Əliyevdən Paşinyan ilə görüş barədə açıqlamlar

"Görüş yaxşı keçdi, məncə, konstruktiv keçdi. Bir çox məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün lazım olan şərtlər müzakirə olundu".

Bu barədə Prezident İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində bildirib.

Dövlətimizin başçısı ABŞ-nın Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüş haqqında sualı cavablandırarkən deyib:

“Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansı müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik”.

"İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil"

İlham Əliyev, "İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Yəni, əsas bu məsələ müzakirə olundu" deyərək sözlərinə belə davam edib:

“Laçın-Xankəndi yolundakı vəziyyət də əlbəttə ki, müzakirə edildi. Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin avtomobilləri keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni, bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır”.

"Nəzarət-buraxılış məntəqələrini ikitərəfli qaydada sərhəddə yaratmaq təklifinə Ermənistan tərəfi hər hansı mövqe bildirmədi"

İlham Əliyev müsahibəsində söyləyib: Avropa İttifaqı da bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım.

Dövlətimizin başçısı deyib: “Eyni zamanda, bildirdim ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi”.

Xəbər verdiyimiz kimi, Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub.

"Zəngəzur dəhlizinin hər iki başında, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır"

"Yəqin ki, nəzarət-buraxılış məntəqələrini ikitərəfli qaydada Ermənistan-Azərbaycan sərhədində yaratmaq təklifini müzakirə etmək üçün onlara bir qədər vaxt lazımdır."

Bu fikri Prezident İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində səsləndirib.

“Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

"Tbilisi formatı təbii olar, biz də bunu alqışlayırıq"

Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürmüşəm. Ermənistan tərəfindən cavab gözləyəcəyik.

Bu barədə Prezident İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində bildirib.

“Bu gün keçiriləcək panel müzakirəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək. Tbilisi formatı gündəmə gələ bilərmi?” sualını cavablandıran Prezident İlham Əliyev deyib: “Ola bilər. Çünki, bu, təbii olar. Biz də bunu alqışlayırıq. Mənim Gürcüstana etdiyim səfər zamanı bu məsələ müzakirə olundu. Ermənistan tərəfi buna bir qədər tərəddüdlə yanaşır. Ancaq hesab edirəm ki, bu, ədalətli olardı”.

 Nəhayət, Cənubi Qafqazda üç ölkə arasında hər hansı bir əməkdaşlıq başlana bilər

"İlkin variantda görüşdə Ermənistan baş nazirinin iştirakı nəzərdə tutulmurdu. Çünki mənə verilən ilkin təklifdə onun adı yox idi".

Bunu Prezident İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində deyib.

“Dünən axşam belə qərara gəldi ki, o da iştirak etsin. Hesab edirəm ki, bu, yaxşı haldır. Çünki nəhayət Cənubi Qafqazda üç ölkə arasında hər hansı bir əməkdaşlıq başlana bilər”, - deyə dövlətimizin başçısı bildirib.

18.02.2023 19:33
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ