Beynəlxalq Maliyyə Korporasiyası və Azərbaycan Fintex Assosiasiyası anlaşdı
Azərbaycanın maliyyə sektoruna müasir texnologiyalardan istifadə edərək səmərəli maliyyə xidmətləri göstərməyə kömək etmək niyyəti ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Fintex Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
IFC-dən Marja0ya verilən məlumata görə, tərəflər fintex şirkətlərinin böyümələrinə və ölkədə daha az xərclə, sürətli və keyfiyyətli xidmətlər göstərməklərinə yardım etməklə fintex şirkətlər üçün çərçivənin gücləndirilməsi istiqamətində çalışacaqlar.
Qeyd edilib ki, Memoranduma uyğun olaraq, IFC-nin “İnteqrasiyalı Maliyyə və Rəqəmsal Maliyyə Xidmətləri” layihəsi fintex şirkətləri üçün qabaqcıl beynəlxalq təcrübə əsasında bilik və bacarıqların artırılmasının əsasının qoyulması və təlimlər istiqamətində vebinarlar keçirəcək. IFC-nin əsas prioritetlərindən biri əhalinin maliyyə xidmətlərinə çıxışını təmin etməklə bank xidmətlərindən kənarda qalmış əhalinin rəsmi maliyyə sisteminə cəlb edilməsinə kömək etməkdir. Bu baxımdan, texnoloji innovasiyalar inkişafda olan ölkələrdə maliyyə xidmətlərinə çıxışı yaxşılaşdırmaq və maliyyə inklyuzivliyini artırmaq üçün səmərəli vasitələrdən biridir.
“Fintex innovasiyaları maliyyə xidmətləri üçün fiziki maneələri azaldır. Maliyyə xidmətlərinin insanların yaşadığı və işlədiyi yerlərə yaxınlaşdırılması tədbirləri maliyyə inklyuzivliyini genişləndirir; bu, xüsusilə bank filialına getmək üçün xeyli əlavə vaxt və resurs tələb edən ucqar ərazilər üçün doğrudur. Ölkənin iqtisadi artım trayektoriyasına istinadla, IFC ilə tərəfdaşlığımız Azərbaycanda maliyyə sektorunun dayanıqlığına töhfə verməklə fintex şirkətlərinin inkişafına kömək etmək məqsədi güdəcəkdir,” – Azərbaycan Fintex Assosiasiyasının idarə heyətinin sədri Ruslan Talıbov qeyd etdi.
Azərbaycan hökümətinin prioritetlərindən biri dayanıqlı, inklyuziv özəl təşəbbüslərə əsaslanan iqtisadi artımı sürətləndirməkdir. Fintex texnologiyaları maliyyə xidmətlərinin maya dəyərini azaltmaqla bu məqsədə mühüm mənada töhfə verə bilər. Texnoloji innovasiyalar əsasında yaradılmış yeni alətlər (məsələn, bulud-əsaslı xidmətlər) maliyyə xidmətlərini daha sürətli və səmərəli şəkildə göstərməyə transformasiya etməklə əməliyyat xərclərini azaldır.
“Fintex, sarsıdıcı texnologiya olaraq, maliyyə inklyuzivliyi artırır, inkişafda olan ölkələrdə sürətli iqtisadi artım və müştərək rifah üçün zəmin yaradır. Ümidvarıq ki, Azərbaycan Fintex Assosiasiyası ilə tərəfdaşlığımız maliyyə xidmətləri göstərilməyən və az göstərilən əhaliyə bu xidmətlərə çıxışı təmin edəcək məsuliyyətli və innovativ həlləri dəstəkləməyə, ölkədə fintex şirkətlərinə maliyyə xidmətlərinin çatdırılması yollarını müasirləşdirməyə kömək edəcəkdir,” – IFC-nin Avropa üzrə regional direktoru Rana Karadşeh bildirdi.
Son onillikdə Azərbaycan hökuməti, ölkənin maliyyə infrastrukturunu təkmilləşdirmək üçün İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi SECO ilə tərəfdaşlıqda IFC-nin tövsiyə etdiyi bir sıra tənzimləyici islahatları həyata keçirmişdir. IFC-nin dəstəyi ilə qəbul olunmuş “Açıq bankçılıq yol xəritəsi”, maliyyə sektorunun iştirakçıları və fintex şirkətləri üçün fərdi və biznes müştərilərinə göstərilən innovativ rəqəmsal maliyyə xidmətlərini genişləndirmək yolunda mühüm addımdır.
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Dünya Bankı Qrupunun üzvü və inkişafda olan iqtisadiyyatlarda özəl sektorun artımına fokuslanmış ən iri inkişaf təşkilatıdır. Biz 100-dən çox ölkədə işləyir, kapital, təcrübə və təsirimizdən yararlanaraq inkişafda olan ölkələrdə yeni bazarlar və imkanlar yaradırıq. 2022-ci maliyyə ilində inkişafda olan ölkələrdəki özəl şirkətlərə və maliyyə müəssisələrinə 32.8 milyard ABŞ dolları məbləğində rekord maliyyə ayırmış, iqtisadiyyatlar qlobal mürəkkəbləşmə böhranlarının təsirləri ilə mübarizə apararkən, ifrat yoxsulluğa son qoymaq və ümumi rifahı artırmaq üçün özəl sektorun gücündən istifadə etmişdir.
Azərbaycan Fintex Assosiasiyası 2020-ci ilin dekabrında Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə altı aparıcı fintex təşkilatı tərəfindən təsis edilib. Assosiasiyanın əsas məqsədləri fintex şirkətlərinə öz fəaliyyətlərini qurmaqda kömək etmək, onların dinamik inkişaflarını dəstəkləmək, eləcə də dövlət və özəl müəssisələri ilə münasibətlərini əlaqələndirməkdir. Hazırda ödəmə xidmətlərini özünə-xidmət köşkləri, mobil ödəmə həlləri, elektron pul kisələri və sair xidmət təchizatçıları vasitəsilə göstərən 11 təşkilat Assosiasiyada təmsil olunurlar. Azərbaycanın aparıcı ödəmə və e-pul şirkətləri – eManat, PashaPay, GoldenPay, FinDynamix, ePul, Portmanat, Payonix bizim Assosiasiyasının üzvləridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
1 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
2 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib



















