İlham Əliyev Bakıda Mərkəzi Parkın ikinci hissəsinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 30-da Bakıda Mərkəzi Parkın ikinci hissəsinin açılışında iştirak edib.
Prezidentə Bakının Yasamal rayonu ərazisində yerləşən parkda görülən işlər barədə məlumat verildi.
Bildirilib ki, paytaxtın keçmiş “Sovetski” adlanan ərazisində yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və abadlıq işlərinə 2013-cü ilin noyabr ayında başlanılıb. Avstriyalı memar Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Parkın salınmasında məqsəd Bakının simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətini müasir xidmətlərə uyğun təşkil etməkdir.
Layihənin ən mühüm xüsusiyyətlərindən biri İsmayıl bəy Qutqaşınlı küçəsindən Mərkəzi Banka qədər olan ərazidə piyadalara yol keçmədən maneəsiz hərəkət imkanlarının yaradılmasıdır. Orijinal layihəyə əsasən, ərazi yüksək səviyyədə abadlaşdırılıb, müasir tələblərə uyğun yeni infrastrukturlar yaradılıb, dövlət əhəmiyyətli yollar, piyada keçidləri, yol qovşaqları inşa edilib və digər kommunikasiya xətləri çəkilib, şəhər sakinləri və qonaqların səmərəli istirahəti üçün paytaxta xüsusi yaraşıq verən park salınıb.
Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.
Növbəti mərhələdə isə Mərkəzi Parkın ikinci hissəsində müasir yol-nəqliyyat infrastrukturunun yaradılması, kommunikasiya xətlərinin yenidən qurulması, şəhər sakinləri və qonaqlar üçün istirahət parkının salınması istiqamətində işlər davam etdirilib. Layihəyə əsasən, Mirzəağa Əliyev və Bəşir Səfəroğlu küçələrinin arasında yerləşən parkın yeni hissəsinin qurulması üçün 6,4 hektar ərazi təmizlənərək abadlaşdırılıb, ən müasir infrastrukturlar və kommunikasiyalar çəkilib. Aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində ərazidəki torpaq səthi dəyişdirilib, yaşıllaşdırmanın keyfiyyətini və landşaft dizaynını daha da yaxşılaşdırmaq üçün 57 min 500 kubmetrdən çox münbit torpaq gətirilib. Həmçinin yaşıllaşdırma işləri ərazinin iqlim şəraiti, florası və ətraf mühiti nəzərə alınmaqla aparılıb.
Parkın ərazisinin 4 hektarında 19 növdə 2764 ağac, 20 mindən çox gül və kol bitkiləri əkilib. Yeni salınan yaşıllıqları suvarmaq üçün müasir tələblərə uyğun damcılama və çiləyici qurğular quraşdırılıb, drenaj xətləri çəkilib. Eyni zamanda, istirahət parkının ərazisində müasir işıqlandırma sistemi və infrastrukturun bir mərkəzdən idarə olunması üçün təhlükəsizlik kameraları quraşdırılıb.
Diqqətə çatdırılıb ki, burada iki istirahət və oyun meydançası da salınıb. Meydançalar hər yaş qrupunda olan insanların istirahəti üçün nəzərdə tutulub. Həmçinin parkda söhbətgahlar quraşdırılıb və istirahət mərkəzinin birinci hissəsi ilə ikinci hissəsini birləşdirən yeraltı piyada keçidi tikilib.
Mərkəzi Parkın ərazisində iki açıq kafe, bir fəvvarə kompleksi və avtomobillər üçün açıq dayanacaq da fəaliyyət göstərəcək.
Məlumat verilib ki, görülən işlər çərçivəsində parkın ətrafındakı Mirzəağa Əliyev, Bəşir Səfəroğlu və Çingiz Mustafayev küçələrində yol infrastrukturu da yenidən qurulub, ərazidə yeni parkinq, piyada səkiləri tikilib, işıq dirəkləri, işıqforlar quraşdırılıb, drenaj və kanalizasiya sistemləri çəkilib.
Beləliklə, Mərkəzi Parkın ikinci hissəsinin istifadəyə verilməsi ilə keçmiş “Sovetski” ərazisində salınan parkın ümumi sahəsi 26,4 hektara çatdırılıb. Park 5,4 kilometr uzunluğunda olan piyada yolları, 18 hektarlıq yaşıllıq sahəsi, 7 uşaq meydançası, 2 idman meydançası, 6 fəvvarə kompleksi, 190 avtomobillik açıq, 347 avtomobillik isə qapalı dayanacaqdan ibarət olmaqla, paytaxtın ən gözəl istirahət guşələrindən birinə çevrilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
23 saat sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
23 saat sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
4 d. əvvəl
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
- 12 d. əvvəl
-
26 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2026-ci ilin 9 ayını 9.2 milyon manat mənfəətlə başa vurub
-
28 d. əvvəl
Xalq Bankın “Əmanət” lotereyasının 2-ci tirajında qaliblər müəyyən oldu ®
- 29 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb"
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Yapı Kredi Bank Azərbaycan” 2026-ci ilin 9 ayını 9.2 milyon manat mənfəətlə başa vurub
Ən çox oxunanlar
Futbol həyəcanı XalqKartla daha sərfəli ®
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"
İllik 15% gəlir təklif edilir – BOKT istiqraz buraxır
Bank istiqrazlarına abunə başlayır – Şərtlər açıqlandı– Faizlər hər 3 aydan bir ödəniləcək
























