Mərkəzi Bank inflyasiya 2-6% diapazonuna daxil olanadək sərt pul siyasətini davam etdirəcək
Son təhlillər inflyasiyanı artıran və azaldan faktorlar arasında tədricən balansın yarandığını göstərir.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, Dünya ərzaq qiymətlərində azalma və bunun təsiri ilə tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərinin nisbətən səngiməsi inflyasiyaya azaldıcı təsir göstərə bilər. Qlobal iqtisadiyyatda aktivliyin azalması və əksər ölkələrdə pul siyasətinin sərtləşməsi də bu prosesə dəstək verir. Bununla belə, resessiya ehtimalının reallaşması bir çox inkişaf etməkdə olan ölkələrin xarici balansında əhəmiyyətli dəyişiklik yarada bilər.
Daxili inflyasiya risklərinə ilk növbədə məcmu tələbin izafi genişlənməsi aiddir. Artan xərclərin inflyasiyaya transformasiyasını məhdudlaşdırmaq üçün fiskal və monetar siyasətlər arasında effektiv koordinasiya bundan sonra da davam etdiriləcək, dayanıqlı məcmu tələb və təklif balansının yaradılması üçün zəruri qərarlar veriləcəkdir.
"Mərkəzi Bank inflyasiya hədəf diapazonuna (4±2% və ya 2-6%) daxil olanadək məcmu tələbin izafi genişlənməsini məhdudlaşdıracaq monetar şəraitin yaradılmasını təmin edəcəkdir. Pul siyasəti və faiz dəhlizi ilə bağlı növbəti qərarlar inflyasiya mühitində müşahidə olunan amillər və bu amillər üzrə gözlənilən dəyişikliklərin miqyasından asılı olaraq veriləcəkdir. Pul siyasətinin yeni əməliyyat çərçivəsinin maliyyə sektorunda faizlərə təsir imkanlarından asılı olaraq faiz dəhlizinin eninin bundan sonra da daraldılması nəzərdən keçiriləcəkdir", - press-relizdə qeyd olunub.
Qeyd edək ki, noyabrda aylıq inflyasiya 1%, illik inflyasiya 15.1% təşkil etmişdir. İllik baza inflyasiya 14.7% olmuşdur.
Pul siyasәti qәrarlarının 2023-cü il üzrə ictimaiyyətə açıqlanması qrafiki ilin sonunda yayımlanacaqdır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25% bəndi artırılaraq 8.25%-ə, faiz dəhlizinin aşağı həddi 1.25 faiz bəndi artırılaraq 6.25%-ə qaldırılmış, faiz dəhlizinin yuxarı həddi 9.25% səviyyəsində dəyişməz saxlanılmışdır.
"Dünya ərzaq qiymətlərindəki azalma dinamikası, ticarət tərəfdaşlarında inflyasiyanın nisbətən səngiməsi ölkədə inflyasiya səviyyəsinə zaman intervalı ilə təsir edir. Son 2 ayda faktiki illik inflyasiya sabitləşsə də hələ də ikirəqəmli olaraq qalir. Növbəti il üzrə inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksəkdir. Cari ilin sonuna pul bazasının ikirəqəmli səviyyədə artımı proqnozlaşdırılır. Bu şəraitdə məcmu tələbin izafi genişlənməsini məhdudlaşdırmaq üçün pul siyasətinin sərtləşdirilməsi məqsədəuyğun sayılmışdır. Maliyyə sektorunda likvidliyin idarə olunması və faiz dəhlizinin parametrlərinin qisamüddətli pul bazarında faiz dərəcələrinə təsirlərinin gücləndirilməsi məqsədilə faiz dəhlizinin eninin daraldırılması istiqamətində qərar qəbul olunmuşdur. Faiz dəhlizin parametrlərinin dəyişdirilməsi eyni zamanda milli valyutada yığımların cəlbediciliyini qorumağa xidmət edir.
Pul siyasətinin sərtləşdirilməsi tempi, səviyyəsi və bu səviyyədə qalma müddəti qarşıdakı dövrdə illik inflyasiya göstəricilərindəki dinamikadan və yenilənmiş proqnozlardan asılı olacaqdır. İllik inflyasiya göstəricilərinin və proqnozlarının azalması halında ilk olaraq pul siyasətinin sərtləşdirilməsi üzrə pauza və sonra onun azaldılması imkanları nəzərdən keçiriləcəkdir",- Mərkəzi Bank bildirib.
Xatırladaq ki, 28 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 1.00 faiz bəndi artırılaraq 5%-ə qaldırılmış, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdı.
HƏMÇİNİN OXU: Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
7 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi






















