“AccessBank hazırda çox möhkəm təməl üzərində dayanır” - Bank-ın Müşahidə Şurasının üzvü
AccessBank-ın Müşahidə Şurasının üzvü Corc Rubli ilə müsahibə
-Cənab Rubli, siz Asiya İnkişaf Bankını təmsil edirsiniz. AİB-in Azərbaycandakı fəaliyyəti və AccessBank-a investisiyasının təşkilatın ölkə üçün mandatına uyğunlaşması haqda nə deyə bilərsiniz?
-AİB 1999-cu ildən bəri Azərbaycanda fəaliyyət göstərir və iqtisadiyyatın şaxələndirilməsi, sosial inklüzivlik və ekoloji dayanıqlığın dəstəklənməsi məqsədilə ölkədə iş mühitinin gücləndirilməsi üçün dövlət və özəl sektora təxmini 5.2 milyard ABŞ dolları məbləğində yardım edib. Bank eyni məqsədlər üçün çoxsaylı texniki yardım layihələri həyata keçirib. AİB-in ölkə ilə əlaqəsi enerji və maliyyədən tutmuş, səhiyyə və təhsilə qədər bir sıra sektorlara yönəlib.
AİB-in AccessBank-ın səhmdarları sırasında yer almasının səbəbi Bankın ölkədə mikromaliyyə və kənd təsərrüfatı sektorlarının inkişafına dəstəyinin davamlı olmasını görmək istəyidir.
AccessBank 2015-ci ildən sonra bir çox çətinliklərlə üzləşsə də, Bank hazırda ölkənin ən böyük müştəri bazalarından birinə nümunəvi xidmətlər təqdim edir, davamlı şəkildə böyüyür və çox möhkəm təməl üzərində dayanır.
- İnkişaf etməkdə olan bazarlarda, o cümlədən də Azərbaycanda maliyyə inklüzivliyi AİB üçün nə ifadə edir? Bu, bank xidmətlərinin əhatə dairəsini genişləndirməkdir, yoxsa bundan da artığıdır?
-Maliyyə inklüzivliyi, yəni əhalinin müxtəlif təbəqələrinin maliyyə resurslarına çıxışını təmin etmək sosial, coğrafi və bizneslə əlaqəli bir çox komponentləri əhatə edir. Maliyyə əlçatanlığı nə qədər yüksək olursa, iqtisadi artım potensialı da bir o qədər çox olur. Bu da öz növbəsində gəlirləri artırır, əhalini yoxsulluq həddindən mümkün qədər uzaqlaşdırır və ölkənin iqtisadi sabitliyini artırır.
-Ən böyük səhmdarın (AİB) yaxın 5 ildə AccessBank-dan gözləntiləri nədir?
- Həm kapitalın rentabelliyini, həm də geniş müştəri xidmətlərini təmin etmək üçün portfel keyfiyyəti, kapital adekvatlığı və gəlirlilik kimi əsas göstəricilərdə təkmilləşdirmə gözləyirəm. Əminəm ki, bankın bütün kollektivi, o cümlədən baş ofisin və ölkə üzrə filialların əməkdaşları gözləntilərimizi doğruldacaq və daha da böyük nailiyyətlər əldə edəcəklər.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
7 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi






















