Azərbaycanın cari əməliyyatlar balansında böyük profisit
2022-ci ilin 9 ayı üzrə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 17 milyard 710,6 milyon dollar, tədiyə balansının ümumi saldosu (ölkənin ehtiyat aktivlərinin dəyişməsi) 7 milyard 606,4 milyon dollar təşkil edib.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın 2022-ci ilin 9 ayı üzrə Tədiyə balansında bildirilir.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin 9 ayı üzrə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 3 milyard 939,1 milyon dollar, tədiyə balansının ümumi saldosu 2 milyard 437 milyon dollar təşkil etmişdi.
2022-ci ilin 6 ayı üzrə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 10 milyard 330,9 milyon dollar, tədiyə balansının ümumi saldosu 4 milyard 633,5 milyon dollar təşkil etmişdi.
"2022-ci ilin 9 ayı üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının əhəmiyyətli artımından təsirlənmişdir. Cari əməliyyatlar balansında 17.7 milyard dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 9.6 milyard dollar kəsir yaranmış, ehtiyat aktivləri 7.6 milyard dollar artmışdır. Bu dövrdə xam neftin orta qiyməti 107 dollar/barel olmuş, qeyri-neft-qaz ixracı isə 21.5% artaraq 2 milyard dollar səviyyəsində formalaşmışdır",- Hesabatda deyilir.
"2022-ci ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 17.7 milyard dollar və ya ÜDM-in 30.7%-ni təşkil etmişdir (2021-ci ilin 9 ayı üzrə 3.9 milyard dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2.6 dəfə artaraq 21.4 milyard dollar, qeyri-neft-qaz sektoru üzrə əməliyyatlar balansının profisit kəsiri isə 12.1% azalaraq 3.7 milyard dollar məbləğində olmuşdur",- Hesabatda qeyd edilir.
Cari əməliyyatlar balansına ölkənin xarici ticarət balansı, xidmətlər balansı, ilkin gəlirlər balansı və təkrar gəlirlər balansı daxildir.
Ehtiyat aktivləri (tədiyə balansının ümumi saldosu) - cari əməliyyatlar balansında və kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar balansı profisitli olduqda, bu profisit kapital və maliyyənin hərəkəti hesabının kəsirini maliyyələşdirir. Əgər cari əməliyyatlar balansının profisiti kapital və maliyyənin hərəkəti hesabının kəsirini üstələyirsə, bu halda yaranmış fərq ehtiyat aktivlərini artıra bilər.
Kapital və maliyyənin hərəkəti hesabı ölkəyə daxil olan və ölkədən çıxan vəsaitlərin (kapitalın) hərəkətini əks etdirir. Kapital daxilolmaları və xaricolmaları birbaşa, portfel, ticarət kreditləri və avanslar, kreditlər və ssudalar, depozitlər və nağd valyuta, habelə digər formalarda ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 həftə sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 1 həftə sonra
-
- 4 gün sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda turizm sahəsində yeni subsidiya mexanizmləri tətbiq ediləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
ABDF ilk 6 ayda sahibkarlara 136,5 milyon manat güzəştli kredit verib
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
6 ayda 2242 nəfərə ipoteka krediti verilib
Süni intellekt üçün internet Bakcelldən
Cənubi Koreya və Yaponiya uşaq sayının ən az olduğu ölkələrdir
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
AZAL: İlk 6 ayda 5% artımla 1,9 milyon sərnişinə xidmət göstərmişik



















