Bu həftə Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

16 dekabr 2022-ci il tarixində Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə sonuncu dəfə faiz qərarını açıqlayacaqdır. Marja.az xəbər verir ki, növbəti iclasda da Mərkəzi Bankın faiz artıracağı gözlənilir.
Xatırladaq ki, 28 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 1.00 faiz bəndi artırılaraq 5%-ə qaldırılmış, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdır.
Mərkəzi Bank qeyd etmişdi ki, əksər ölkələrdə olduğu kimi Azərbaycanda da inflyasiya təzyiqləri qalmaqdadır. Təhlillərə görə faktiki inflyasiya əsas ticarət tərəfdaşlarındakı inflyasiya proseslərindən və xarici mənşəli xərc amillərindən təsirlənir.
Təklif amillərinin yüksək qalıcılığını və tələb amilinin qismən aktivləşmə riskini nəzərə alaraq cari ilin sonuna inflyasiya proqnozu yüksəldilmişdir. 3-cü rübdə faktiki inflyasiyanın gözləntiləri üstələməsi, ticarət tərəfdaşlarında yüksək inflyasiyanın davam etməsi, eləcə də qiymət və tarifləri dövlət tərəfindən müəyyən olunan bəzi xidmətlərin tariflərinin dəyişdirilməsi əsas vermişdir. 2023-cü ildə illik inflyasiyanın 2022-ci illə müqayisədə daha aşağı olacağı proqnozu qüvvədə qalır.
Azərbaycanda istehalk qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 13,7% artıb (yanvar sentyabrda 13,4% artmışdı). Həmçinin indeks 2022-ci ilin oktyabr ayında ötən ilin eyni ayı ilə müqayisədə 15,6% təşkil etmişdi. Cari ilin sentyabr ayında da istehlak qiymətləri indeksi əvvəlki ilin sentyabr ayına nisbətən 15,6 faiz təşkil etmişdi.
Göründüyü kimi, Azərbaycanda inflyasiya Mərkəzi Bankın hədəfindən (4±2%) xeyli yüksəkdir. Mərkəzi Bankın məqsədi inflyasiyanın artmasının qarşısını almaq, sonra hədəfə endirməkdir.
Mərkəzi Bankın sədri Taleh Kazımov 28 oktyabr 2022-ci il tarixində keçirdiyi mətbuat konfransında bildirmişdi ki, faiz dəhlizinin aşağı dərəcəsi bazara təsir etməyə başladığından, Mərkəzi Bankın İdarə Heyəti növbəti iclaslarda monetar siyasətinin daha da sərtləşdirilməsi istiqamətində qərar qəbul edəcəyini gözləyir.
"Bizim yeni əməliyyat çərçivəmizin uğurlarını nəzərə alaraq faiz dəhlizinin aşağı həddini daraldacağıq. Vurğulamaq istəyirəm ki, faiz dəhlizinin aşağı həddinin bazara təsirini müşahidə edirik. Bu bizə əsas verir ki, monetar siyasətimizi sərtləşdirmək yönümündə qərarlarımızı verək", - Mərkəzi Bankın sədri bildirmişdi.
Taleh Kazımov qeyd etmişdi ki, faiz dəhlizinin aşağı həddinin banklararası pul bazarına təsir etdiyi müşahidə olunur:
"Cəsarətlə deyə bilərəm ki, bu, çox önəmli bir nailiyyətdir. Artıq müstəqilliyimiz dövründə ilk dəfə uçot dərəcəsinin banklararası faizlərə təsirini müşahidə edirik. Əsas hədəfimiz budur ki, Mərkəzi Bankın uçot dərəcəsilə qısamüddətli faizlərə təsir edərək inflyasiyaya təsir etmək imkanımız olsun. Mən başda olmaqla bütün komanda əməliyyat çərçivəmizin daha da təkmilləşdirilməsi üzərində çalışır.
Azərbaycan Mərkəzi Bankın əsas mandatı qiymətlərin sabitliyinə nail olmaqdır. Qlobal və Azərbaycan iqtisadiyyatındakı proseslərə, həmçinin bizim monetar siyasətimizin yeni çərçivəsinin nəticələrinə əsasən, öz növbəti qərarlarımızı çox guman ki, faiz dəhlizinin aşağı kolidorunun daralması istiqamətində nəzərdən keçirəcəyik. Yeni əməliyyat çərçivəsinin uğurlarını nəzərə alaraq faiz dəhlizinin aşağı hissəsini daraldacağıq. Bizim faiz dəhlizimizn aşağı həddinin bazara təsirini müşahidə edirik. Bu bizə imkan verir ki, monetar siyasətimizi sərtləşdirmək istiqamətində qərarlarımızı verək”,- Taleh Kazımov bildirmişdi.
FAİZ DƏHLİZİ NƏDİR?
Məlumat üçün bildirək ki, pul siyasətinin əməliyyat çərçivəsinin mühüm elementlərindən biri faiz dəhlizidir. Faiz dəhlizi banklararası bazardakı qısamüddətli faizlərin dəhliz daxilində hərəkətini təmin etmək məqsədi daşıyır. Faiz dəhlizi eyni zamanda Mərkəzi Bankın likvidlik əməliyyatları üzrə faizlərinin iyerarxiyasını müəyyən edir.
Mərkəzi Bankın faiz dəhlizi üç parametr olan uçot dərəcəsi, yuxarı hədd və aşağı həddən ibarətdir. Faiz dəhlizinin aşağı həddi sterilizasiya yönümlü daimi imkanlar alətlərindən olan 1 günlük depozit əməliyyatının faizidir. Faiz dəhlizinin yuxarı həddi isə 1 günlük likvidliyin verilməsi üzrə daimi imkanlar alətlərindən olan əks-REPO əməliyyatının faizidir.
Uçot faiz dərəcəsi faiz dəhlizinin mərkəzi parametridir. Bu faiz dərəcəsini elan etməklə Mərkəzi Bank banklararası bazarda qısamüddətli faizləri bu parametrə yaxınlaşdırmağa çalışır.
Dəhlizin aşağı həddi ilə uçot dərəcəsi arasında formalaşan faizlərlə sterilizasiya yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir. Uçot dərəcəsi ilə dəhlizin yuxarı həddi arasında formalaşan faizlərlə likvidliyin verilməsi yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir.
Mərkəzi Bank sərəncamındakı alətlərlə banklararası pul bazarında faizlərin dəhliz daxilində formalaşmasına çalışır. Bu proses pul siyasəti qərarlarının transmissiyasının birinci həlqəsini təşkil edir. Banklararası bazarda qısamüddətli faizlər dəyişəndə digər faizlər, o cümlədən depozit və kredit faizləri də dəyişir. Bu proses pul siyasəti qərarlarının transmissiyasının ikinci həlqəsini təşkil edir.
Artmış pul kütləsinin inflyasya potensiala malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş əməliyyatlara Mərkəzi Bankın sterilizasiya əməliyyatları deyilir. Bununla belə xarici valyuta bazarında revalvasiya təhlükəsi yaradan artıq təklifin alınması əməliyyatlarını xarakterizə etmək üçün də sterilizasiya terminindən istifadə edilir.
Uçot faiz dərəcəsi
28.10.2022 8.00%
18.03.2022 7.75%
28.01.2022 7.5%
Dəhlizin yuxarı həddi
28.10.2022 9.25%
18.03.2022 9.25%
28.01.2022 9%
Dəhlizin aşağı həddi
28.10.2022 5.00%
01.09.2022 4.00%
18.03.2022 6.25%
28.01.2022 6%
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 10 saat əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
Unibank həftəsonuna özəl komissiyasız kredit kampaniyası keçirir
-
2 gün əvvəl
Naxçıvanda Regional Ailə Mərkəzləri yaradılacaq - QALİB ŞİRKƏT
-
2 gün əvvəl
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında sənədlərin imzalanması mərasimi olub
-
2 gün əvvəl
İndi xarici bank kartı ilə edilən ödənişləri kartın öz valyutasında qəbul edin
-
2 gün əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
2 gün əvvəl
"Birgə fəaliyyətimiz, koordinasiyaya yönəlmiş addımlar böyük coğrafiyaya xeyir gətirəcək"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

“Sədərək”dəki yanğınla mübarizə davam etdirilir

Bazar gününün hava proqnozu açıqlanıb

Azərbaycan neftinin son qiyməti

Unibank həftəsonuna özəl komissiyasız kredit kampaniyası keçirir

Azərbaycan, Türkmənistan və Özbəkistan arasında sənədlərin imzalanması mərasimi olub

"Birgə fəaliyyətimiz, koordinasiyaya yönəlmiş addımlar böyük coğrafiyaya xeyir gətirəcək"
Ən çox oxunanlar

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

4 startap 50 min manatlıq mükafat fonduna layiq görülüb

Ağdam Sənaye Parkında 900-dən artıq daimi iş yeri yaradılıb

Dövlət 2 bankda 370 milyon manat depozit yerləşdirdi

Yasamalda hazır və tikilməkdə olan mənzillərin satışı davam edir

Yanan boya zavodu hansı şirkətə məxsusdur?

Boya istehsalı zavodundakı yanğın tam söndürülüb
