Fiziki aktivlik və sağlam qidalanmanı təbliğ edən portal istifadəyə verilir
08 dekabr 2022-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü və “Novo Nordisk” şirkətinin dəstəyi ilə “Sağlam çəkiyə doğru” mövzusunda tədbir keçirilib. Tədbirdə əhali arasında artıq çəki ilə mübarizə və sağlam qidalanma istiqamətində maarifləndirməni artırmaq məqsədi ilə yaradılmış onlayn platforma nümayiş olunub.
Agentliyin yaydığı məlumatda bildirilir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və “Novo Nordisk” şirkətinin Azərbaycandakı nümayəndəliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən Azərbaycanda diabetin və piylənmənin idarə olunması, həmçinin nadir xəstəliklərin (boy hormonu çatışmazlığı, hemofiliya) müalicəsi üçün birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Fiziki aktivlik və sağlam qidalanmanı təbliğ edən portal (saglamceki.az) 2023-cü ildən istifadəyə veriləcək.
Danimarkanın “Novo Nordisk” şirkəti dünyanın 75 ölkəsində fəaliyyət göstərir. Dünyanın 170 ölkəsində 30 milyon şəkərli diabetlə yaşayan insanlar şirkətin məhsullarından istifadə edir, bununla da insulinə olan tələbatın təxminən 50 %-i şirkət tərəfindən təchiz edilir.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 19 saat əvvəl
-
20 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
23 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi
























