"Türkiyəin ucuz narlarına görə, Rusiya bazarında aşağı qiymətə narı təklif etmək sərf etmir"
Azərbaycanın nar ixracında yaranan problemlər və onların həlli yolları açıqlanıb
Rusiya-Ukrayna müharibəsi Azərbaycanın nar ixracında əsas bazarları olan Rusiyaya tədarükü 45 %, Ukraynaya isə 83 % azaldıb.
"Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Fərhad Qaraşov açıqlamasında bildirib ki, Azərbaycan ötən il 22 min tona yaxın nar ixrac edib:
“Bunun 15 min tonu Rusiya bazarına tədarük edilib. Bu il isə Rusiyada qismən səfərbərlik elan edildiyi üçün əhalidə alıcılıq qabiliyyəti azalıb. Ölkə sanksiyaların altında olduğu üçün iqtisadiyyat da təsirə məruz qalıb. Nar isə premium məhsuldur. Bununla yanaşı, Rusiya bazarında əsas rəqiblərimizdən biri Türkiyə narlarıdır. Türk lirəsinin dəyərinin itirməsinə görə, Türkiyədən ucuz qiymətə narların ixracı həyata keçirilir. Azərbaycan tədarükçülərinə isə Rusiya bazarında aşağı qiymətə narı təklif etmək sərf etmir”.
F.Qaraşov bildirib ki, Rusiyanın illik nar istehlakı təqribən 140-150 min ton təşkil edir, Türkiyədə nar istehsalı 600 min tondan çoxdur.
"Həmçinin, nar sahələri geniş və istehsalı Azərbaycandan çox olan Özbəkistan da Rusiyaya nar ixrac edir. Rusiya bazarında Özbəkistan da bizim əsas rəqiblərimizdən biri hesab edilir”, - deyə Assosiasiya rəhbəri vurğulayıb.
F.Qaraşov deyib ki, Azərbaycanın nar ixracında digər böyük bazarı Ukrayna idi: "Mövcud münaqişəyə görə bu bazarı tamamilə itirmişik. Ötən il təqribən 5 min ton Ukraynaya nar ixrac edilib. Lakin indi az sayda ixracatçılar, əsasən də Ukraynanın qərb tərəfinə ixrac həyata keçirirlər”.
Assosiasiya rəhbəri bu il Gürcüstan bazarına ixracın artdığını (2,9 dəfə) qeyd edib: “Bu bazar bizim ənənəvi bazarlarımızdandır. Lakin bu ölkəyə böyük həcmdə nar ixrac edilmir. İxrac edilən nar isə əsasən emal müəssisələrində istifadə edilir. Gürcüstan bizim üçün logistika baxımdan yaxın ölkədir".
Qeyd edək ki, bu ilin 9 ayınd Azərbaycan 3,728 milyon ABŞ dolları (il ərzində 47 % azalıb) dəyərində 2 min 373 ton (49,4 % az) nar ixrac edib. Bunun 2 min 040 tonu Rusiyaya, 145,47 tonu Ukraynaya, 152,27 tonu isə Gürcüstana tədarük olunub.
Assosiasiya sədri ölkə bazarındakı narın satışı ilə bağlı vəziyyətdən də danışıb: “Hələ ki, nar mövsümü başa çatmayıb. Ona görə də deyə bilərəm ki, bu il narçılıqda daha çox məhsuldarlıq gözlənilir. Lakin fermerlərimizin istehsal etdikləri məhsulların daxili satışında problemlər yaşanır. Ölkə bazarlarında narın satışı aşağı qiymətə təklif edilir. Səbəbi budur ki, ixrac azaldığı üçün fermerlərimiz narlarını yerli şəbəkələrə təklif edirlər. Narın satışı azaldığı üçün bağlarda israf olur. Emal müəssisələri narın kiloqramını 5-7 qəpiyə qəbul edir. Bu isə narın yetişdirilməsinin heç maya dəyəri etmir. Bu il fermerlərimizin maddi rifahı da pisləşib, çünki onlar istifadə etdikləri dərman, gübrə və pestisidlər həddindən çox bahalaşıb, yəni maya dəyərinin 40-50 %-i qədər artıb. Bu isə xərclərimizi artıırıb".
O, mövcud vəziyyətdən çıxış yollu kimi Azərbaycan narının ixrac potensialının artırılması və yeni ixrac bazarlarını əldə edilməsi üçün “Global Gap” sertifikatının alınmasını qeyd edib:
"Bunun üçün fermerlərimiz standartlara cavab verən şəraitin qurulmasını, bütün texniki şərtlərin Avropa bazarlarına uyğun təmin etməlidirlər. Həmçinin, “Global Gap” ilə bağlı regionlarda sil-silə təlimlərin və seminarların keçirilməsi də fermerlərimizin maarifləndirilməsi üçün vacibdir. Sertifikatın bir qədər baha olduğunu nəzərə alsaq bu prosesin dövlətimiz tərəfindən subsidiyalaşdırılması və tənzimlənməsi fermerlərimiz üçün daha məqsədəuyğun olardı”.
F.Qaraşov hesab edir ki, nar ixracı üçün Avropa bazarları ilə yanaşı digər potensial bazarlar da müəyyənləşdirilməli və bu bazarların alıcılıq qabiliyyətinə uyğun olaraq ixrac potensialı artırılmalıdır: “Keyfiyyətli məhsul istehsalını artırmaq üçün təməl prinsip olan tingçilik məsələsini ön plana çəkməli və fermerlərimizə düzgün və gələcək məhsuldarlığı yüksək olan tingləri almağı təmin etməliyik. Bunun üçün sertifikatlı tingləri müəyyənləşdirmək və seleksiya aparılmış xüsusi bağlarla işləmək, operativ şəkildə yararsız ağacları yeniləri ilə əvəzləşdirmək lazımdır.
Məlumdur ki, son dövrlərdə dərman və gübrələrin qiymətində kəskin artımlar müşahidə edilir. Bununla bağlı subsidiya məbləğinin artırılması fermerlərimiz üçün maliyyə çatışmazlığı istiqamətində böyük dəstək ola bilərdi. İqtisadiyyat Nazirliyi tərəfindən tətbiq edilmiş 3 % ixrac təşviqinin yenidən bərpa olunması və məhsul ixracı zamanı itirilmiş çəki məbləğinin bu vasitə ilə bərpa edilməsi fermerlərimiz tərəfindən arzuolunandır. Yerlərdə fermerlərimizlə sorğuların keçirilməsi, mövcud vəziyyətin qiymətləndirilməsi və narçılıqda dəyər zəncirinin və keyfiyyətin əldə edilməsi üçün artıq Kənd Təsərrüfatı Nazirliyinin lazımi strukturları ilə görüşlər keçirilmiş və bununla bağlı tədbirlər planı yaxın vaxtlarda tərəfimizdən hökumətə təqdim ediləcək”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri

"Prime Cotton" şirkəti akademik Zərifə Əliyevanın doğum günü münasibətilə qanvermə aksiyası təşkil etdi
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı bütün proseslər artıq e-qaydada aparılır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank-ın dəstəyi ilə keçirilən müəllimlər üçün çempionat yekunlaşdı
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Naxçıvanda elektron xidmətlərdən istifadənin dairəsi genişlənib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan qızıl ixracından gəlirini təxminən 6 dəfə artırıb
-
5 saat əvvəl
Azərbaycanın əczaçılıq şirkəti Səudiyyə Ərəbistanının holdinqi ilə anlaşıb
-
5 saat əvvəl
Naxçıvan İqtisadiyyat Nazirliyində istifadə edilən rəqəmsal yeniliklər təqdim olunub
-
5 saat əvvəl
Naxçıvanda müasir Hərracların Təşkili Mərkəzi istifadəyə verilib
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"EKOLİZİNQ" dollar ilə borc alır - ŞƏRTLƏR

“AzerGold”da növbəti iclas

Mərkəzi Bank iri banka icrası məcburi sərəncam verib

Naxçıvan İqtisadiyyat Nazirliyində istifadə edilən rəqəmsal yeniliklər təqdim olunub
.jpg)
“Azərsun Holdinq” mükafata layiq görüldü

Azərbaycan Çindən 26 milyon dollara 7 lokomotiv alır
Ən çox oxunanlar

"Prime Cotton" şirkəti akademik Zərifə Əliyevanın doğum günü münasibətilə qanvermə aksiyası təşkil etdi

16 avtobus marşrutu bu şirkətlərə və sahibkarlara verildi

"İnvest-AZ"ın gəlirləri 14 faizdən çox artıb
.jpg)
Azərbaycan və Səudiyyə Ərəbistanı sərnişin axınının artırılmasını müzakirə edib - AZAL-DA GÖRÜŞ

“SİMA İmza” ilə “digital.login”ə girişlərin həcmi 118 dəfə artıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

ABB-nin iştirakı ilə 31 000-dən çox ağac əkilir!

BOKT “İnternational” kiçik və orta sahibkarlara dəstək məqsədilə – KOB FİLİALINI AÇDI
