Azərbaycan vətəndaşları istirahət üçün Türkiyəyə üz tuturlar - ARTIM
Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 28,96% artaraq 2017-ci ilin yanvar-may ayları ərzində 243 421 nəfərə çatıb. Beləliklə, cəmi xarici ziyarətçi sayında azərbaycanlıların xüsusi çəkisi də 2,27%-dən 2,78%-ə yüksəlib.
Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir.
Təkcə bu ilin may ayı ərzində Azərbaycandan Türkiyəyə 56 408 nəfər səfər edib ki, bu da illik müqayisədə 23,47% çoxdur.
Yanvar-may aylarında Türkiyəyə səfər edən xarici vətəndaşlar arasında ilk beşlikdə Rusiya (928 376), Gürcüstan (874 955), Almaniya (863 572), İran (774 010) və Bolqarıstan (638 409) sıralanıb.
Qeyd edək ki, 2016-cı ilin yanvar-may aylarında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan Türkiyyəyə səfər edənlərin sayında 10,37% azalma qeydə alınıb. Belə ki, 2016-cı ilin ilk beş ayında Türkiyəyə 188 761 nəfər Azərbaycan vətəndaşı səfər edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 həftə sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 1 həftə sonra
-
- 5 gün sonra
- 14 d. əvvəl
-
20 d. əvvəl
Təhlükəsizlik kamerası sizi nə qədər qoruyur? - Risklər, həll yolları
- 51 d. əvvəl
-
1 saat əvvəl
“Assist Finance” 800 min manatlıq diskontlu istiqraz buraxır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnvestorlara 15 faiz gəlir vəd edən istiqrazlar ticarətə buraxılır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
“Assist Finance” 800 min manatlıq diskontlu istiqraz buraxır
Rusiyanın buğda ixracı 14 faiz artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
VTB (Azərbaycan)-da yeni təyinatlar olub
İnvestorlara 15 faiz gəlir vəd edən istiqrazlar ticarətə buraxılır
Naxçıvanın şirkəti səhmlərinin Bakı Fond Birjasında ilkin kütləvi təklifini (İPO) hədəfləyir - MÜQAVİLƏ İMZALANIB
Korporativ həyat sığortası şirkətlərə hansı imkanları yaradır? İR rəhbərinin müsahibəsi






















