"Muğanbank" 2022-nin 9 ayını mənfəətlə başa vurub

"Muğanbank" ASC 2022-ci ilin 9 ayını (yanvar - sentyabr) 703 min manat xalis mənfəət ilə başa vurub. "Muğanbank"ın xalis mənfəəti 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında 101 min manat və ya 16,8% artıb. Bank ötən ilin eyni dövründə 602 min manat xalis mənfəət əldə etmişdi.
"Muğanbank"ın cari ildəki xalis mənfəəti gəlirlərinin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Muğanbank"ın faiz gəlirləri 8 milyon 520 min manat və ya 41,9% artaraq 28 milyon 868 min manat, qeyri-faiz gəlirləri isə 11 milyon 843 min manat və ya53,7 % artaraq33 milyon 899 min manat təşkil edib.
2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Muğanbank"ın faiz xərcləri 5 milyon 570 min manat artaraq 24 milyon 638 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 300 min manat artaraq 23 milyon 861 min manat təşkil edib.
Beləliklə, Bankın əməliyyat gəlirlərinin 20 milyon 362 min manat artmasına qarşılıq əməliyyat xərcləri 6 milyon 870 min manat artıb. Yəni, gəlirlərdəki artımın təxminən 34%-ni xərclərdəki artım silib.
2022-ci ilin 9 ayında "Muğanbank"ın cəmi əməliyyat gəlirləri 62 milyon 767 min manat, cəmi əməliyyat xərcləri 49 milyon 669 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 13 milyon 98 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 12 milyon 395 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb, nəticədə bank 9 ayı 703 min manat xalis mənfəət ilə bağlayıb.
Xatırladaq ki, 2021-ci ilin 9 ayında "Muğanbank"ın cəmi əməliyyat gəlirləri 42 milyon 404 min manat, cəmi əməliyyat xərcləri 42 milyon 799 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 395 min manat təşkil etmişdi. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 995 min qayıtmış, əməliyyat zərəri bağlanmış və Bank həmin dövrü 602 min manat xalis mənfəət ilə yekunlaşdırmışdı.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
"Muğanbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2022-ci ilin 9 ayında 2021-ci ilin sonu ilə müqayisədə 34 milyon 520 min manat və ya 8,6% artaraq 30 Sentyabr 2022-ci il tarixində 435 milyon 581 min manat təşkil edib. O cümlədən, istehlak kreditləri portfeli 15 milyon 776 min manat artaraq 45 milyon 392 min manata, biznes kreditləri portfeli 14 milyon 308 min manat artaraq 278 milyon 178 min manata, ipoteka kreditləri portfeli 4 milyon 437 min manat artaraq 111 milyon 998 min manata yüksəlib.
BANK BÖYÜYÜB
30 Sentyabr 2022-ci il tarixində "Muğanbank" ASC 743 milyon 515 min manat cəmi aktivlərə malik olub. Bank 2021-ci ilin sonunda 708 milyon 452 min manat cəmi aktivlərə malik idi.
"Muğanbank"ın depozit portfeli 2022-ci ilin 9 ayında 2021-ci ilin sonu ilə müqayisədə 13 milyon 373 min manat və ya 3,4% artaraq 410 milyon 224 min manata çatıb.
30 Sentyabr 2022-ci il tarixində "Muğanbank" 103 milyon 562 min manat məcmu kapitala malik olub ki, bu da minimal tələbdən (50 milyon manat) 2 dəfə çoxdur.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 saat əvvəl
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Rəsmi Tehran nüvə təsisatlarının ciddi şəkildə zədələndiyini etiraf edib
-
10 saat əvvəl
"Medya FM" və "Yurd FM"in stendi “Ən Kreativ Stend” mükafatına layiq görüldü - FOTO
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
Yeni mənzil istəyənlərin diqqətinə: Biləcəridə 2 otaq studiya, yeni mənzillər satışa çıxdı
- 13 saat əvvəl
Son Xəbərlər

Dövlət ən iri 5 bankda 500 milyon manat depozit yerləşdirdi

“Azərbaycan Dəmir Yolları”nda yeni təyinat

Bank sektorunda çalışanların sayı cüzi artıb

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

“İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir

30 iyun üçün dolların rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Yeni mənzil istəyənlərin diqqətinə: Biləcəridə 2 otaq studiya, yeni mənzillər satışa çıxdı

Bankların biznes kreditləri portfeli 15 milyard manatı aşıb

Bankların kredit portfelinin artım sürəti 1,8 dəfə azalıb

Sabahın hava proqnozu açıqlanıb
