BOKT-ların maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır - MƏRKƏZİ BANK
Bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır.
Marja.az xəbər verir ki, bu, 2022-ci ilin 1-ci yarımili üzrə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatında bildirilir.
Qeyd edilib ki, bütövlükdə bank olmayan kredit təşkilatlarının maliyyə sistemində aktivlərinə görə bazar payı 1.0% təşkil edir. Fəaliyyət göstərən 97 bank olmayan kredit təşkilatından 15-i xarici kapitallıdır ki, onların da 11-də xarici kapitalın payı 50%-100% arası təşkil edir.
Cari ilin ilk yarımilliyinin sonuna BOKT-lərin sayı 55, kredit ittifaqlarının sayı isə 41 olmuşdur. 6 ay ərzində BOKT işçilərinin sayı 42 nəfər artaraq 2 592 nəfər, filial sayı isə 11 ədəd artaraq 280-ə çatmışdır.
Hesabat dövrü ərzində 2 BOKT-nin lisenziyası ləğv edilmiş, yeni BOKT lisenziyası verilməmişdir.
Ölkədə fəaliyyət göstərən BOKT-lərin cəmi aktivləri son 6 ay ərzində 13.3% (52 mln. manat) artaraq 440 mln. manat təşkil etmişdir. Artımın əsas drayveri xalis kredit portfeli olmuşdur. İl ərzində xalis kredit portfeli 12.4% (36 mln. manat) artmışdır ki, bu da əsasən istehlak kreditləri hesabına formalaşmışdır. Dövr ərzində BOKT-lərin investisiya portfelinin (digər törəmə təsərrüfat cəmiyyətlərində iştirak payı) 2 dəfədən çox artaraq 19 milyon manata çatdığı müşahidə edilir.
Cari ildə də istehlak kreditləri BOKT-lərin portfelində əsas yeri tutmaqda davam edir. 2022-ci ilin ilk 6 ayının sonuna BOKT-lərin kredit portfelinin 62%-i (227 mln. manat) istehlak kreditləri, 38%-i (140 mln. manat) isə biznes kreditləri təşkil edir. Biznes portfelinin 35.6%-i (50 mln. manat) kənd təsərrüfatı, 26.1%-i (36 mln. manat) qeyriistehsal və xidmət, 19.0%-i (27 mln. manat) isə ticarət sahələrinə verilmiş kreditlər təşkil edir.
BOKT sistemində təmərküzləşmə səviyyəsi aşağı olsa da təmərküzləşmə əlamətləri müşahidə olunur. Təmərküzləşmənin qiymətləndirilməsi üçün beynəlxalq təcrübədə geniş istifadə olunan Herfindahl-Hirschman İndeksi - HHİ13 BOKT sistemində aşağı təmərküzləşmənin olmasını göstərir. Bunun səbəbi sektorda xırda və orta həcmli BOKT-lərin sayının çox olmasıdır. Belə ki, aktivlərin və kredit portfelinin sektor üzrə payına görə HHİ müvafiq olaraq 514 və 568 təşkil edir. Lakin qeyd edək ki, sektorda fəaliyyət göstərən BOKT-lərdən aktivlərinin həcmi 10 mln. manatdan yüksək olan cəmi 13 kredit təşkilatı mövcuddur ki, bu təşkilatların sektorda payı 73.6%-dir (323.8 mln. manat). Həmçinin aktivlərinin məbləği 2 mln. manatdan aşağı olan 25 BOKT mövcuddur ki, bu təşkilatlar sektorun yalnız 5.3%-i təşkil edir.
Sektorun öhdəlikləri artmışdır. Sektorun öhdəlikləri 6 ay ərzində ərzində 14% (32 mln. manat) artaraq 253 mln. manat təşkil etmişdir ki, artımın əsas səbəbi banklardan cəlb edilmiş öhdəliklərdir. Belə ki, yarımil ərzində banklardan əldə olunmuş kreditlərin həcmi 24% artaraq 66.3 mln. manat olmuşdur. Nəticədə, bank kreditlərinin öhdəliklərdə payı ötən ilin sonu ilə müqayisədə 2 f.b. artaraq 26.2%-ə çatmışdır. Kreditlər əsasən rezident banklar üzrədir. Dövr ərzində digər maliyyə institutlarına qarşı öhdəliklərin həcmi 1.8 mln. manat və ya 8% artsa da, öhdəliklərdə payı 0.5 f.b. azalaraq 9.4% təşkil edib. Habelə, BOKT-lərin emissiya etdikləri qiymətli kağız portfelində 11 mln manat artım müşahidə olunsa da, buraxılmış qiymətli kağızların cəmi öhdəliklərdə payı 2 f.b. azalaraq 22.4% təşkil edir. Qiymətli kağızlarda artım məhdud sayda BOKT-də cəmləşmişdir. Son 6 ay ərzində sektorun xarici borcu 23% (3 mln. manat) artaraq 17 mln. manat olmuşdur.
QEYRİ-İŞLƏK KREDİTLƏR AZALIB
İqtisadi aktivliyin bərpası fonunda kredit portfelinin keyfiyyətində yaxşılaşma müşahidə edilmişdir. Belə ki, ilin ilk yarısında sektorun qeyri-işlək kredit portfeli 2.4% azalaraq 67.5 mln. manat təşkil etmişdir. Sektor üzrə QİK əmsalı 18.3% təşkil edir. Qeyriişlək kreditlər əsasən biznes sektorunda cəmlənmişdir. Belə ki, istehlak kreditləri üzrə QİK portfelinin həcmi 27.4 mln. manat (QİK əmsalı 13%), biznes kreditləri üzrə isə QİK portfelinin həcmi isə 38.1 mln. manat (QİK əmsalı 27%) təşkil edir.
SEKTOR ZƏRƏRDƏN MƏNFƏƏTƏ KEÇİB
2022-ci ilin ilk yarımilliyində sektor 13.9 mln. manat mənfəət generasiya edib ki, analoji göstərici ötən ilin müvafiq dövründə 1.5 mln. manat zərər təşkil edirdi. İlin ilk yarımilliyinin sonuna sektorun ROA və ROE göstəriciləri müvafiq olaraq 3.2% və 7.4% təşkil etmişdir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün sonra
-
-
21 d. əvvəl
Mayın 10-da gözlənilən hava şəraiti - 28 dərəcəyədək isti proqnozlaşdırılır
-
37 d. əvvəl
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir
-
54 d. əvvəl
Aqronomların II Beynəlxalq Forumunda “Prime Cotton” şirkəti də təmsil olunub
-
15 saat əvvəl
ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
-
18 saat əvvəl
AQTA “Alp Delux”a qəzəblənib - “Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntülərini yaydı
- 19 saat əvvəl
-
19 saat əvvəl
Dünya qarğıdalı istehsalı 2026-cı ildə rekord səviyyəyə çata bilər
-
19 saat əvvəl
PAŞA Bank “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərinin rəsmi bank tərəfdaşı olub
-
20 saat əvvəl
Naxçıvan Əmlak Məsələləri Dövlət Xidmətinə müvəqqəti rəis və rəis müavini edilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
AQTA “Alp Delux”a qəzəblənib - “Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntülərini yaydı
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub, sahəsinin inkişafı ilə bağlı qərarlar qəbul olunub
Ən çox oxunanlar
Dünya qarğıdalı istehsalı 2026-cı ildə rekord səviyyəyə çata bilər
PAŞA Bank “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərinin rəsmi bank tərəfdaşı olub
"PAŞA Holding" struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib
AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir
Dolların 12 may üçün rəsmi məzənnəsi müəyyən olunub
“İdeal Kredit BOKT”ın xalis mənfəəti 28% artıb






.jpg)
.jpg)





.jpg)








